Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

ABŞ-la Ukrayna arasında mineral ehtiyatlar razılaşması: Saziş Kiyev üçün təhlükəsizlik zəmanəti ola biləcəkmi? - TƏHLİL

ABŞ-la Ukrayna arasında mineral ehtiyatlar razılaşması: Saziş Kiyev üçün təhlükəsizlik zəmanəti ola biləcəkmi?  - TƏHLİL
ABŞ və Ukrayna, nəhayət ki, BŞ-ın Ukraynanın kritik mineral resurslarına üstünlük əldə etməsini təmin edən mühüm bir razılaşma imzaladılar. Aylarca davam edən danışıqlardan sonra yekunlaşan bu müqavilə Ukraynanın müharibə sonrası bərpa və iqtisadi inkişafını dəstəkləmək məqsədilə birgə Bərpa İnvestisiya Fondu yaratmağı nəzərdə tutur.

Yenixeber.org: Razılaşma Ukraynanın dövlətə məxsus təbii resurslardan, o cümlədən litium, titanium, uran və qrafitdən gələcək gəlirlərinin 50%-ni fonda yatırmasını tələb edir, bununla da borc öhdəlikləri yaranmır. Fond hər iki ölkə tərəfindən birgə idarə olunacaq və gəlirlər hesabına ən azı on il ərzində Ukraynaya yenidən sərmayə qoyulacaq. Bu razılaşma Ukraynanın resursları üzərində mülkiyyət və nəzarətini qoruyur, əvvəlki suverenliklə bağlı narahatlıqları həll edir. Yeni fond ABŞ və Ukrayna nümayəndələri tərəfindən birgə idarə olunacaq. Onun strukturu, idarəetmə qaydaları və maliyyə mexanizmləri ayrıca razılaşdırılacaq. Fondun fəaliyyətində ABŞ qanunvericiliyi nəzərə alınacaq və ABŞ hökumətinin bu fondda maliyyə payı və qərarvermə səlahiyyətləri məhz bu çərçivədə müəyyən ediləcək.

          Ukraynanın bərpası fondu: Təbii resurslardan gəlir

US and Ukraine sign critical minerals deal

Əldə olunmuş razılaşmaya əsasən, Ukrayna hökuməti dövlətə məxsus təbii resursların, o cümlədən neft, qaz, və digər çıxarıla bilən materialların gələcək monetizasiyasından əldə ediləcək gəlirin 50 faizini fonda yönəldəcək. Bu vəsaitlər Ukraynanın bərpası məqsədilə yenidən investisiyaya çevriləcək. Fond daxil olan vəsaitləri toplayaraq Ukraynada yeni layihələrə sərmayə yatıracaq və lazım olduqda bu layihələrin faktiki xərclərini Ukrayna hökumətinə qaytara və ya kreditləşdirə biləcək. Hər iki tərəf fondun gəlirlərini artırmaq və kapitalın dəyərini qorumaq üçün zəruri addımlar atmaq hüququnu da öz üzərində saxlayır.

Tərəflər fondun fəaliyyəti zamanı sanksiyalarla bağlı mövcud məhdudiyyətlərin pozulmamasına xüsusi diqqət yetirəcək. Bundan əlavə, fondun fəaliyyəti Ukraynanın Avropa İttifaqına üzvlük prosesi və beynəlxalq maliyyə institutları ilə olan öhdəlikləri ilə ziddiyyət təşkil etməməlidir. Sənəddə qeyd olunur ki, bu fond kommersiya xarakteri daşıyacaq və onun yaradılması Ukraynanın uzunmüddətli bərpası üçün davamlı maliyyə dayanıqlığının təmin olunmasına yönəlib. Fondun hüquqi əsasları Ukrayna Ali Radası tərəfindən ratifikasiya olunmalıdır. ABŞ tərəfi, həmçinin, Ukraynanın təhlükəsizliyinin təmin olunması və sülhə nail olunması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bəyan edib. Tərəflər fondun yaradılması üzrə danışıqlara dərhal başlamağa razılıq verib. Bu məqsədlə ABŞ tərəfindən Maliyyə Nazirliyi, Ukrayna tərəfindən isə Maliyyə və İqtisadiyyat nazirlikləri məsul qurumlar kimi müəyyən edilib.

                           Natamam müqavilə

London Summit: Reality of no security guarantee for Ukraine, shadowed by  empty promises-ANALYSIS

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında bildirib ki, Ukrayna hazırda sənədin Konstitusiyasına uyğunlaşdırılması və öz mövqeyinin qəbul etdirilməsi istiqamətində səylər göstərdiyindən bu müqavilə hələ formalaşmamış haldadır.

ABŞ ilə Ukrayna arasında faydalı qazıntı yataqlarının işlənməsi barədə razılaşmanın imzalanması məsələsi 2024-cü ilin noyabrında gündəmə gəlsə də, sənədin ümumi parametrləri hələ Co Bayden ABŞ prezidenti olanda hazırlanmağa başlamışdı. Lakin C. Bayden seçkidə məğlub olduğu üçün bu məsələ də yubandı. Hakimiyyətə qayıdan Donald Tramp haqqında bəhs etdiyim razılaşmanın davam etdirilməsi ilə bağlı siyasət irəli sürməyə başladı. Lakin Baydendən fərqli olaraq, Trampın sələfindən daha az danışmağa və əməli fəaliyyətə meylli olması həmin sənədin faktiki olaraq, onun Prezidentliyinin ilk ayında imzalanması ilə nəticələndi. Lakin sənəd imzalansa da, Tramp Administrasiyası sonradan mütəmadi olaraq ona düzəliş etmək istiqamətində cəhdlər etməyə başladı. Ukrayna isə hazırda bu sənədin daha çox öz Konstitusiyasına uyğunlaşdırılmasına, bəzi məsələlərlə bağlı öz mövqeyinin qəbul etdirilməsinə çalışır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, imzalanmış olsa da, hazırda biz natamam bir müqavilə ilə qarşı-qarşıyayıq”, - deyə ekspert vurğulayıb.

                        Razılaşmasında təhlükəsizlik zəmanəti yoxdur

Ukraine's fate will shape global security - and Americans should care -  Atlantic Council

Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə razılaşmanın təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir konkretlik daşımadığını və bu məsələnin gələcək danışıqlarda müzakirə ediləcəyini bildirmişdi. Bundan əlavə, bəzi Ukrayna rəsmiləri razılaşmanın "Tramp razılaşması" kimi sərt şərtlər daşıdığını və ölkənin suverenliyini riskə ata biləcəyini ifadə etmişdilər.

Ukraynalı ekspert sözügedən sənəddə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı müddəanın mövcud olmadığını bildirib: “Vaşinqtonun marağında olan faydalı qazıntı yataqlarına investisiya cəlb olunur. Bu isə o deməkdir ki, Ukraynanın istənilən bölgəsində bu və ya digər faydalı qazıntıların olduğu ərazilər bilavasitə ABŞ-ın maraq dairəsinin təsiri altına düşür. Bu isə o deməkdir ki, istənilən dövlətin həmin yataqlara göstərmiş olacağı istənilən səviyyədə maraq bilavasitə rəsmi Vaşinqtonun maraqlarına toxunulmaq kimi anlaşılacaq. Bu halda Birləşmiş Ştatlar öz maraqlarının müdafiəsi üçün istənilən addımı ata bilər. Biz heç vaxt ABŞ-ın mövcud olduğu dövr ərzində özünün milli maraqlarına zidd addımlar atmasının və ya onları qorunmamasının şahidi olmamışıq. Məhz buna görə hipotetik formada hesab etmək olar ki, məhz bu amin elə Ukrayna üçün təhlükəsizlik zəmanəti deməkdir. Lakin bu zəmanətin hüquqi cəhətdən əsaslandırıldığı, daha dəqiq, təsbit olunduğu hər hansı sənəd mövcud deyil. Həm bu, həm də daha öncə imzalanmış sənədlərdə belə bir rəsmi zəmanət qeyd edilməyib”.

                         ABŞ-ın Ukrayna siyasətində vektor dəyişikliyi

Sənədin Ukrayna üçün müsbət və mənfi tərəflərinə gəldikdə, Aleksandr Kovalenko qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra onun Administrasiyası ilk dəfə olaraq Ukraynaya silah ixracına yaşıl işıq yandırdı: “Yayılan məlumata görə, Ağ Evin rəhbəri Ukraynaya 50 milyon dollar dəyərində müdafiə təyinatlı məhsulların göndərilməsini təsdiqləyib. Bu, Trampın prezidentliyi dövründə Ukraynaya göndərilən ilk silah partiyasıdır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu hadisə Ukraynanın malik olduğu faydalı qazıntılarla bağlı müqavilənin imzalanmasından dərhal sonra baş verib. Bundan əlavə, senator Lindsi Qrem bu günlərdə daha bir maraqlı təkliflə çıxış edib. Təklifə əsasən, əgər Prezident Vladimir Putin danışıqlardan imtina edərsə, Rusiyadan neft idxal edən ölkələrə 500 faizlik gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur. Təklif reallaşarsa, Rusiyadan birbaşa və ya dolayı yollarla (“boz sxemlərlə”) neft idxal edən dövlətlər üçün bu, ciddi iqtisadi və maliyyə yükünə çevriləcək. Nəticədə, həmin ölkələrin iqtisadi inkişafına, ümumi daxili məhsul səviyyəsinə və digər mühüm amillərə mənfi təsir yarana bilər. Fikir verdinizsə, bütün bu hadisələr məhz qeyd etdiyimiz sənədin imzalanmasından sonra baş verib. Biz gələcəkdə bu ölkələrlə əməkdaşlığı genişləndirmək niyyətindəyik və görürük ki, sənədin imzalanmasından cəmi bir sutka sonra ABŞ-ın Ukraynaya münasibətində ciddi dəyişiklik müşahidə olunmağa başlayıb. Qarşıdakı dövrdə ehtimal olunur ki, ABŞ Trampın prezidentliyi zamanı ya daha ukraynameylli, ya da daha açıq desək, rusiyameylli mövqe tutacaq. Bütün bunlar onu göstərir ki, 2025-ci il Ağ Evin Ukrayna siyasətində vektor dəyişikliyinin ili olacaq.”

                                     Sazişin strateji əhəmiyyəti

ABŞ-İran danışıqları: Yeni qarşıdurma, yoxsa yeni fürsət? - TƏHLIL

Amerikalı siyasi analitik Peter Teyz isə APA-ya açıqlamasında bu müqaviləni Ukraynanın gələcəyi üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

30 aprel tarixində Ukrayna ilə ABŞ arasında imzalanan mineral resurslar razılaşması Ukraynanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Razılaşma Ukraynanın enerji və mineral resurslarının birgə istismarını nəzərdə tutur və ABŞ-ın Kiyevə verdiyi hərbi dəstəyin artırılması ilə müşayiət olunur. Bu sazişin imzalanması, Ukraynanın Baş nazir müavini Yuliya Sviridenkonun rəhbərliyi altında baş verib. Sviridenko Ukraynanın milli təhlükəsizliyini qorumağa və sülhə olan sadiqliyini nümayiş etdirərək, Prezident Volodimir Zelenskini bu mühüm qərarı dəstəkləməyə təşviq etdi. ABŞ-ın Maliyyə naziri Skot Bessent tərəfindən imzalanan razılaşma ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumaq niyyətində olduğunu göstərir. Bununla yanaşı, sazişin imzalanması Ukraynanın hazırda işğal altında olan əraziləri və Qara Dənizə çıxışına ciddi təsir göstərəcək. Rusiya bu razılaşmanı Vaşinqtonun Ukraynanın azadlığını və suverenliyini qorumağa yönəldiyini anladıqca, gələcəkdə münasibətlərində gərginlik yaşana bilər. Razılaşma Ukraynanın enerji və mineral resurslarının xarici şirkətlər tərəfindən istismarına imkan tanıyır, lakin mülkiyyətin Ukraynanın özünə qalacağı bildirilir. ABŞ bu sazişlə Kiyevə hava hücumlara qarşı müdafiə sistemləri və genişləndirilmiş hərbi yardımlar təqdim edəcək,” deyə analitik vurğulayıb.

                        ABŞ Ukraynanın suverenliyini qorumağa hazırdır

Amerikalı analitikin fikrincə, bu sazişi Donald Trampın prezidentliyi dövründə mühüm xarici siyasət addımlarından biri kimi qiymətləndirib: Prezident Tramp Ukraynanın suverenliyini qorumaq və Rusiyaya qarşı strateji mövqeyini gücləndirmək məqsədi güdür. Bu addım 19-cu əsrdə ABŞ Prezidenti Rutherford B. Hayesin Paraqvayın ərazi suverenliyini müdafiə etməsi ilə müqayisə olunur. Ukraynada prezident seçkilərinin təxirə salınması və Rusiyanın bu sazişi necə qəbul edəcəyi hələ də qeyri-müəyyəndir. Lakin ABŞ bu razılaşma ilə münaqişənin sona çatdırılmasına yönəlmiş diplomatik və hərbi addımlar atmağa hazır olduğunu bildirir. Bu razılaşma yalnız Ukraynanın deyil, həm də Avropanın gələcəyi üçün mühüm təsirə malikdir və dünya siyasətində yeni mərhələnin təməlini qoyur”.(apa)

Fərid Azəri

Lamiyə Şirinova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam