Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Salyan Su Meliorasiya idarəsində baş verən qanunsuzluqlar və danışan "ölü canlar"

post-img

Salyan Su Meliorasiya idarəsində iddia olunan rüşvət, mənimsəmə və korrupsiya halları ilə bağlı saytın elektron üvanına şikayət göndərilib.

Yenixeber.org: Həmin şikayəti ixtisarla oxuculara təqdim edirik:

"Hörmətli redaksiya, bildiririk ki, dəfələrlə cəmiyyətin və dövlət qurumlarının diqqətini Dövlət Su Ehtiyatları Agentliyinin tabeçiliyində olan qurumlarda baş verən rüşvət, mənimsəmə və korrupsiya hallarından ölkə mediasında yazılmağına baxmayaraq problemlər yenə də qalmaqdadır.

Bu yazıda da Salyan Su Meliorasiya idarəsində  baş verən qanunsuzluqlardan bəhs edəcəyik.

 Beləki, idarənin tabeçiliyində olan qurumların, siyahısına baxanda aparılan talan siyasətinə görə adamı dəhşət bürüyür. Hətta  Salyan Su Meliorasiya idarəsində baş verən korrupsiyanın “razmer”ini digər dövlət qurumları ilə müqayisə edəndə anlamaq olur ki, mənimsə genişmiqyasıldı. Deyə bilərik ki, idarəyə məxsus texnikanı və avadanlıqları “yağlamaq” üçün sürtkü yağlarının alınması üçün  adı var öz yox MMC-lər üstündən əməliyyatlar həyata keçirilir. Və “otkat” alaraq dövlətin ayrdığı vəsaiti dolayı yollarla nəğdləşdirib çiblərinə qoyurlar. İdarənin apardığı CARİ TƏMİR adı altında maxinasiyalar əldə edilənləri demirik. İdarənin balansında olan ekslvatorlar və yük maşınları müxtəlif şirkətlərə icarəyə verilərək külli miqdarda pul qazanır. İdarədə xeyli miqdarda “ölü canlar” saxlanılır və maaş kartları idarənin seyfində saxlanılır. Bir ədəd texnika sahibkara ayı 2-3 min manata icarəyə verilir. Bu puldan dövlət büdcəsinə heç bir manat da daxil olmur. 

Sonda onu da qeyd edək ki, hər yerdə olduğu kimi Salyanda sel və daşqınlarla müşahidə olub və olunur.. Amma, dövlətin ayırdığı pullar mənimsədiyi üçün kanallar təmizlənmir, lillə dolur və yağışlar yağanda, yaxud daşqınlar ətraf əraziləri sel olub basanda, əziyyəti çəkən kəndlilər, fermerlər olur ki, yaranan fəsadlar onların təsərrüfatına külli miqdarda ziyan vurur. 
Görəsən, bizim gördüyümüzü idarə müdiri niyə görməzdən gəlir. Salyan Su Meliorasiya idarəsində  baş verən qanunsuzluqlardan və görməzdən gəlinən  həqiqətlərdən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun xəbəri varmı...!?"  

Qeyd edək ki, Salyan Su Meliorasiya idarəsin müdiri İlkin Əzizovdur.(paytaxt.org)

Mövzuya qayıdacağıq. Bizi izləyin!



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam