Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Tramp və K* umsuq durumda -nə Rusiya, nə də Ukrayna onun çətiri altında olmaq istəmir

Ataların bir sözü var, deyirlər, kənardan baxana döyüş asan gəlir. Heç demə, təkcə döyüş deyilmiş, kənardan baxana müharibəni dayandırmaq, döyüşən tərəfllər arasında sülh yaratmaq da asan gəlirmiş.

Yenixeber.org: ABŞ prezidenti Donald Tramp belə bir acı gerçəklik qarşısındadır. Keçən il bu vaxt, prezidentliyə namizədliyini irəli sürəndə və Baayden administrasiyasının ona yaratdığı hüquqi əngəlləri dəf etmək üçün çarpışanda tez-tez deyirdi ki, Rusiya-Ukrayna savaşını 24 saatın içində dayandıra bilər.

Öz dövlətinin dünyada hamıdan güclü olduğuna əmin olan Amerika xalqı ona inanırdı, elə bilirdi ki, Tramp prezident seçilərsə, avtomatik olaraq əlinə “sehirli çubuq” keçəcək və 100 nəfərlik orkestri bu çubuqla dilləndirən və susduran dirijorlar tək hərəkət edəcək, bir işarəsi ilə topları susduracaq, tankları geri oturdacaq və sülh yaradacaq.

Rusiya dövləti və xalqı Trampda elə bir qüdrətin olmadığını bilirdi, amma ümid edirdi ki, zaman-zaman Rusiyaya rəğbət ifadə edən bu kişi prezident seçilərsə, müharibədə Rusiyanın qalib gəlməsi üçün müəyyən şərait yaradacaq.

Ukrayna dövləti və xalqı narahat idi ki, bu şəxs yenidən Ağ Evə qayıtsa, Kiyev üçün qara zolaq başlanacaq.

Avropanın aparıcı dövlətləri isə həm narahat, həm də əmin idilər ki, məhz belə də olacaq.

Bəs Tramp özü nəyə əmin idi? Tramp özü əlində “sehirli çubuq” olmadığını bilirdi, amma ona əmin idi ki, ABŞ-dən asılı olan Kiyev onun iradəsi qarşısında susqun qalacaq, Tramp “təslim ol, müharibə bitsin” göstərişi verən kimi Zelenski və onun komandası bu gedişatla dərhal razılaşacaq.

a227df50-f6aa-11ef-b898-07ecc7ba-2.jpg (43 KB)

Budur, Tramp dördüncü aydır çabalayır, əsib-sovurur, tərəfləri dilə tutur, hədələyir ki, heç olmasa atəşkəsə nail olsun, amma ona qulaq asan yoxdur. Nə Rusiya, nə də Ukrayna onun çətiri altında olmaq istəmir. Rusiya bəzən onun təşəbbüslərini sırf özünü yek dünya lideri hesab etməməsi üçün sabotaj edir, Ukrayna isə zəif görünməməsi, atəşkəsdən ötrü əldən gedirmiş görüntüsü yaranmaması üçün savaşı davam etdirir.

Bəlkə də startda Tramp düşünürdü ki, Rusiya və Ukrayna arasında münaqişəni bitirsə, bu ilin payızında Nobel Sülh Mükafatı qazana bilər. O, milyarder olaraq maddi planda heç nəyə ehtiyacı olmasa da, çox şöhrətpərəst olduğu və Amerika tarixində ən yaxşı 5 prezidentdən biri kimi qalmaq istədiyi üçün onun bu mükafatı çox istədiyi bəllidir.

Hazırda isə Tramp özünün və başçılıq etdiyi dövlətin reputasiyasını qorumağı düşünür. Onsuz da onun bir sıra qeyri-populyar qərarlarıyla (bəzi ölkələrə ərazi iddiaları sürməsi, miqrantlara qarşı ksenofobiya siyasəti yeritməsi, 185 ölkəyə idxal rüsumu tətbiq etməsi və s.) ölkəsinin beynəlxalq nüfuzuna ciddi zərbələr vurub. İndi Tramp heç olmasa bir münaqişə ocağını söndürərək, ABŞ-nin sözünün çəkisini göstərmək istəyir.

Ancaq onun gücü hələlik sonradan qeyri-müəyyən müddətə uzadılması gözlənilən 90 günlük atəşkəs əvəzinə yalnız qısamüddətli Pasxa atəşkəsi əldə etməyə çatdı. O da döyüşən tərəflərin ikisinə də sərf edirdi, ona görə başa gəldi.

Trampın əleyhdarları isə lap əvvəldən bildirirdilər ki, onun Rusiya-Ukrayna müharibəsini durdurmaq üçün nə prinsipial mövqeyi, nə hərtərəfli düşünülmüş aydın proqramı, nə də diplomatik bacarığı var.

thumbs_b_c_729455f0c54b7bb48606a.jpg (50 KB)

Onun və komandasının diplomatik məharəti Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evin oval kabinetində qəbul edərkən üzə çıxdı. Diplomatiya çərçivəsində aparılan söhbətdən çox, bir şəhərin kriminal vəziyyətinə nəzarət edən avtoritetlə bir qəsəbənin avtoritetinin ayırdetmə söhbətinə bənzəyən danışıqlarda aydın oldu ki, Tramp özündən əvvəlki 44 prezidentdən ərkansızlığı, işbilməzliyi ilə fərqlənir. Görüşdən ən yadda qalan ifadələr bunlar idi: “Sən mənə hörmət etmirsən”; “O vaxt mənim düşmənimin yanında oldun”.

Bu, gözdən uzaq, tərk edilmiş tikililərin həyətində aparılan “kriminal raborka”ların ritorikasıdır, amma Tramp bunu Ağ Evin divarları arasında etdi.

Artıq Tramp və komandası anlayıb ki, tərəflərə təzyiq etməklə, dilə tutmaqla heç nəyə nail ola bilməyəcək, ona görə də uzun sürəcək mənasız danışıqlar yolunu seçib.

Bəlkə də Avropa dövlətlərinin iradəsi olmasa, o, Ukraynanı fakt qarşısında qoyaraq kapitulyasiyaya vadar edə bilərdi, amma öz təhlükəsizliyindən əndişəli olan Avropa dövlətləri (Böyük Britaniya, Almaniya, Fransa, Niderland, Polşa) Ukraynaya dəstəyin davam edəcəyini bildirərək bu planı pozdu.

Bu günlərdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynada sülhün bərqərar olması perspektivlərinə "nikbin" olduğunu bildirsə də, dövlət katibi Mark Rubionun ritorikası bədbin tonda olub. Bu, onu göstərir ki, ya Trampın komandası daxilində fikir ayrılıqları var, ya da heç bir koordinasiya yoxdur, sadəcə, məsul şəxslər improvizə edirlər.

1721286739-1721283775-9418d7dd-3.jpg (70 KB)

Fəqət onların hamısının mülahizələrini ümumiləşdirsək, belə bir nəticə alınır: Tramp və komandası aqressoru cilovlamaq və yerində oturtmaq niyyətində deyil, sadəcə, əziləni əzənin əlindən almaq, təsəlli vermək, əzənə isə “döydün, əlindəkinin yarısını aldın, ta bəsindir” demək fikrindədir.

Belə sülhə nail olmaq çox da çətin deyil, heç qol çırmayıb ortalığa girməyə də ehtiyac yoxdur, seyrçi qalmaq kifayətdir ki, daha güclü yırtıcı zəif şikarını parçalasın.

Bəzən ABŞ prezidentinin Rusiyaya qəzəbləndiyi, Kremlə, Putinə təsir göstərmək üçün üzünü bozartdığı barədə informasiyalar yayılır. Bunlar əfsanə söhbətdir, göz boyamaq üçündür. Vaşinqtonda belə bir məram yoxdur.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam