Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Enerji Agentliyi bir ildə bütün pullarını komforta xərcləyib: 137 minə isə iki ədəd “Toyota” alır

Enerji Agentliyi bir ildə bütün pullarını komforta xərcləyib: 137 minə isə iki ədəd “Toyota” alır

Enerji Məsələlərini Tənzimləmə Agentliyi  (EMTA) iki ədəd avtomobil alacaq.

Yenixeber.org: Bununla bağlı dünən keçirilmiş tenderin nəticəsi açıqlanıb.

Məlumatda bildirilir ki, Agentlik 2 ədəd minik avtomobil satın alacaq. Bununla bağlı, “TOYOTA ABŞERON CENTER” MMMC ilə müqavilə bağlanılıb. Həmin müqavilənin dəyəri isə 137 min 600 manatdır.

Kiçik araşdırma zamanı belə aydın olur ki, EMTA rəhbərliyi özünə “Camery Base Hav Leather” modelini almaq fikrindədir. Çünki “Toyota Abşeron” MMC-nin satış salonunda bu məbləğə uyğun gələn yeganə maşın budur.

Diqqət etdikdə maraqlı bir məqam üzə çıxır. Məlum olur ki, sözügedən dövlət qurumu il ərazində öz fəaliyyətinə təkan verəcək hər hansı tender həyata keçirməyib. Əksər tenderləri yalnız komfortla bağlıldır. Məsələn, bu ilin ilk 4 ayında 3 tender keçirilib. Onlardan biri yuxarıda qeyd etdiyimizdir. İkincisi, Agentliyin istifadə etdiyi binalarda yanğına qarşı siqnalizasiya sistemlərinin servisi, sıradan çıxmış hissələrin təmiri, yanğınsöndürmə balonlarının doldurulması ilə bağlıdır. “FİRE GROUP” MMC ilə bu işləri görməyə 2.990 manat xərclənib.

İkinci tender isə Agentliyə sair avadanlıqların (jalüzlər və s.) satın alınması ilə bağlıdır. “VVOOD STORE GROUP” MMC ilə 12 min 36 manatlıq müqavilə imzalanıb.

Keçən il keçirilən tenderlərə də diqqət etdikdə bu ilkindən fərqli bir şey nəzərə çarpmır. ETMA 2024-cü ildə avtomobillərinin təmirinə 64.290 manat, onların sığortalanmasına 7.332 manat, binadakı isitmə və soyutma sistemlərinin cari təmirinə 9.381 manat, siqnalizasiya sisteminin quraşdırılmasına 14.864 manat, kompüter və rabitə avadanlıqlarının alınmasına 106 min 214 manat, Agentliyə mebelin alınmasına 161.837 manat, digər maşın və avadanlıqların satın alınmasına 20.523 manat və ən nəhayət Dəftərxana və təsərrüfat mallarının satın alınması isə 13.969 manat xərcləyib.

Diqqət edin, bu tenderlərin heç biri elmi, praktiki, nəzəri biliklərin artırıllmasına, Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə sərf olunmayıb. Bütün xərclər rəhbərliyin komfortu üçün nəzərədə tutulub və bunun başqa adı yoxdur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin  (EMTA) rəhbəri Samir Axundovdur.(tribunainfo.az)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam