Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Konqresdə erməni lobbisinin məzhəkəsi - təlxəklərin dəyişməyən rolları -ŞƏRH

 

Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisi tarixinin ən rəzil günlərini yaşayır. Keçmiş prezident Cozef Baydenin biabırçı gedişi, Donald Trampın yenidən dövlət başçısı seçilməsi lobbinin arzu və planlarının üstündən xətt çəkdi.

Yenixeber.org: Daha çox Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm verən Tramp qondarma erməni soyqırımını tanımır, baş verənlərin sadəcə “faciə” olduğunu qəbul edir. Elə bu səbəbdən də lobbidən yemlənən konqresmenlər, bütün erməni cəmiyyətləri Trampı qorxaqlıqda ittiham ediblər. Onlar ənənəvi müdafiəçiləri - ermənipərəst konqresmen və təşkilatları qabağa veriblər.

Lobbiyə yaxınlığı ilə seçilən ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasının təşkil etdiyi məzhəkə isə Azərbaycanda insan hüquqlarına həsr edilib. Bakıda məhkəmə prosesi keçirilən separatçıların dərhal azad edilməsi, Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb ediblər.

“Dinləmələr”də çıxış edənlər arasında komissiyanın Rusiya və Avrasiya proqramının demokratiyanın inkişafı üzrə milli fondunun direktoru Azərbaycanofob, türkofob Miriam Lanski daha çox canfəşanlıq göstərib.

Rəzillik o həddə çatıb ki, erməni təşkilatının rəhbərləri ilə yanaşı, “dinləmələr”ə Qarabağda keçmiş separatçı rejimin “keçmiş dövlət naziri” Artaq Beqlaryanı da dəvət ediblər. Onunla yanaşı, müzakirələrdə ANCA-nın (ABŞ-dəki erməni təşkilatı) icraçı direktoru Aram Ambaryan da iştirak edib. Ənənələrinə sadiq qalaraq hər ikisi çıxışında ABŞ-ni Azərbaycana qarşı sanksiyalar qəbul etməyə, Qarabağı könüllü tərk edən erməni sakinlərin geri qayıtması üçün təzyiq göstərməyə çağırıblar.

Hətta “ombudsman” Beqlaryan iddia edib ki, “beynəxalq təşkilatlar - Freedom House və digərləri Qarabağda baş verənləri etnik təmizləmə və soyqırımı kimi qiymətləndirib”. Beqlaryan "Artsax xalqının soyqırımı" haqqında danışıb və Azərbaycana yardımların dayandırılmasını tələb edib. Məlumat üçün deyək ki, özünü gah "dövlət naziri", gah da "ombudsmanı" adlandıran şəxs əslində terrorçuların və separatçıların təbliğat səslərindən biri idi.

 

Şübhəsiz ki, separatçıları, lobbini və konqresmeni özündən çıxaran ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubu olub.

“Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır", - Tramp qeyd edib.

Bu qısa mətn bütövlükdə ABŞ-Azərbaycan münasibətlərinin gələcək prioritetlərini müəyyən etməklə yanaşı, Bayden dövründəki qatı ermənipərəst mövqenin geridə qaldığının sübutudur. Bu səbəbdən Konqresdə keçirilən “müzakirə” sadəcə erməni lobbisinin şousundan başqa bir şey deyil.

Şübhəsiz ki, tədbirə devrilmiş işğalçı xuntanın keçmiş "məmurlarının" dəvət edilməsi ABŞ prezidentinin tanıdığı və dəstəklədiyi Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hücumdur. Yeri gəlmişkən, “müzakirələr”də Bakıda məhkəmə prosesi keçirilən erməni separatçıların azad olunması da istənilib. Bu isə açıq-aşkar Azərbaycana təzyiq vasitəsidir. Barələrində konkret ittihamlar olan həmin şəxslərin məhkəməsi keçirilir və proses başa çatmadan onların azad edilməsi tələbi absurddur.

Sözügedən komissiyanın dinləmələrində çıxış etmiş şəxslərin qərəzli münasibəti açıq görünür. Qatı erməni mövqeyindən çıxışlar da onu deməyə əsas verir. Ümumiyyətlə, dinləmənin obyektivliyi və ədalətliliyi ciddi suallar doğurur. Belə görünür ki, dinləmə, sadəcə, əvvəlcədən müəyyən edilmiş ssenarini yerinə yetirmək üçün keçirilib. İclasda çıxışların mahiyyəti kökündən qüsurlu olmaqla yanaşı, real vəziyyəti düzgün əks etdirmir.

Heç bir fakta əsaslanmayan, anti-Azərbaycan ritorikası üzərində qurulan dinləmə zamanı təqdim olunan çaşdırıcı uydurmalar vəziyyətin tarixi kontekstinə məhəl qoymayaraq, yalnız birtərəfli perspektivi təqdim etməyə xidmət göstərib.

Tom Lantos Komissiyası dinindən asılı olmayaraq, bütün insanların bərabərliyini tanıyan İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini "təşviq etmək" məqsədi daşıyır. Məlumat üçün bildirək ki, Lantos adına insan hüquqları üzrə belə adlandırılan komissiya Tom Lantosun adını daşıyır. Bu şəxs Fars körfəzində müharibənin qəti tərəfdarı kimi tanınıb.

Dini qərəzliliyi göstərən lüğətdən istifadə etməklə komissiya öz məqsədlərini, dəyərlərini və prinsiplərini qoruyub saxlaya bilməyib. Məsələn, komissiya nə Qərbi Azərbaycandan, nə də Qarabağ və ətraf ərazilərdən qovulan azərbaycanlılarla bağlı bir dəfə də olsun məsələ qaldırmayıb. Bu da komissiyanın etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün şəxslərin hüquqlarına həqiqətən də dəyər verməsini sual altına qoyur.

Bütün bunlar aydın şəkildə göstərir ki, “dinləmələr”, əslində, insan hüquqlarına deyil, müəyyən bədnam maraqlara xidmət edib. Bundan əlavə, dinləmə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə davam edən səyləri sarsıdır. Belə ki, dinləmədə ifadə edilənlər düşmənçiliyi qızışdıran yanaşmanı davam etdirir və barışıq yoluna əlavə maneə yaradır. Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin bir məqsədi var - Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirmək. Lakin Trampın da qeyd etdiyi kimi, ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır və proses belə də davam edəcək.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam