Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Türkiyə-İsrail qarşıdurması nə qədər realdır? -TƏHLİL

İsrail-Türkiyə qarşıdurması yeni müharibəyə səbəb ola bilər? - Bu, birbaşa...
Son günlərdə Suriyada artan gərginlik, təbii ki, Türkiyənin Suriyada dörd hərbi baza qurmaq istəyi ilə bağlıdır. Artıq bunun üçün işlərə start verilib. 
Yenixeber.org: Bundan rahatsız olan bir neçə dövlət var; İsrail, Rusiya, İran, bəzi ərəb ölkələri, uzaq perspektivdə ABŞ. İsrail Türkiyənin bölgədə güclü HHM sistemləri quracağını və nəticədə səmalarda İsrailin hökmranlığını məhdudlaşdıracağını yaxşı bilir. Üstəlik, Türkiyədə hər gün güclənən antisionist dalğanın Yaxın Şərqlə bağlı israilin bütün planlarını alt-üst edir. İllərlə maliyyə və logistik dəstək verdiyi kürd problemi də artıq öz həllini tapmaq üzrədir. (Dünən PYD silahlılarının bir qisminin Hələbi tərk etməsi bu prosesin sürətləndiyini göstərir).
Rusiya üçün də bu bazaların qurulması çox ciddi qıcıq yaradır. İki əsrdən çox davam edən Türkiyə-Rusiya qarşıdurmasında demək olar ki, son illərdə Türkiyənin aşkar üstünlüyü hiss olunur. Liviya, Qarabağ və Suriya buna açıq sübutdur.
Həmçinin İran üçün də bu, " Şiyə hilalı" projesinin əsas fiqur dövləti olan Suriyanın Türkiyə xeyrinə iflasa uğraması deməkdir. Milyardlarla pul xərclədiyi bu proje həm ərəb dövlətləri, həm İsrail, həm də Türkiyə üçün ciddi təhdid idi. Maraqlısı odur ki, bu proje həm də "Səfəvi hilalı" adlanırdı. Belə bir məqamda İranın revanşist ələvi qiyamına dəstək verməsi və dünyaya "Ələvi qətliamı" adı ilə servis etməsi də İranın necə qəzəbləndiyini göstərir. Türkiyədə və Azərbaycanda da bu propoqandanı aparan çoxlu nüfuz agentləri var idi. Halbuki İran, daxilində onunla razılaşmayan müxalifətə qarşı olduqca amansız mübarizə aparıb. Edamlar, həbslər, işgəncələr haqda bilməyən yoxdur.
Uzaq perspektivdə ABŞ üçün də Türkiyənin Suriyada güclənməsi arzuolunan deyil. Lakin hələlik ABŞ Türkiyə üçün yaşıl işıq yandırıb. Bunun bir neçə səbəbi var. İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yaponiya və Almaniyaya dəstək verməsi uzaq hədəflərə hesablanmış bir siyasətin nəticəsi idi. Amerikanın mədəni və iqtisadi ekspansiyası ənənəvi kalonial isğal deyildi. Bu sistem artıq ikinci dünya müharibəsindən sonra öz aktuallığını itirdi. İngiltərə və Fransanın mustəmləkələri müstəqillik əldə etdilər. Və beləliklə yüz ildən artıq bir vaxtda əllərində saxladıqları ölkələr artıq bərabər hüquqlu dövlətlərə çevrildi. SSRİ-ni də eyni aqibət yaxaladı. Amerika Avropanın mərkəz dövləti Almaniyanı, Uzaq Şərqin ən iddialı dövləti Yaponiyanı, Cənubi Koreyanı, Hind-Çin yarımadasının bəzi ölkələrini, Cənub Şərqi Asiya ölkələrinin bir qismini, Ərəb ölkələrinin bir qismini öz mədəni-iqtisadi imperiyasına tabe etməklə, həm onların inkişafına dəstək verirdi, həm də qeyri amerikan dünyası üzərində öz aşkar üstünlüyünü ortaya qoyurdu. Amma bir məsələ var ki, bu dövlətlərin hərbi və istixbarat sistemləri böyük ölçüdə Amerikanın əlində idi. Bir vaxtlar ABŞ Türkiyənin NATO-ya daxil edilməsi ilə buna bənzər bir siyasi xətt güdürdü. Amma bir neçə fakt Türkiyəyə dəstəyin lazımi ölçüdə olmamasına gətirib çıxarırdı. İslam, toplum içində çox güclü olan türkçülük, Osmanlı ruhu, son xilafət olmasının İslami toplumlar üzərindəki təsirləri, Türkiyənin güclü olacağı halda, bu faktorların onun yenidən bölgənin əsas sahibinə çevrilməsinə əsas yaradacağından ehtiyat etməsinə əsas verirdi. Ona görə həmişə ehtiyyatda saxlanan darbeçilər, milli və dini kimlikdən soyunmuş solçular, "cümhuriyyətçi" müxalifət lazımi məqamda proseslərə müdaxilə edə bilirdi. Nə vaxt iqtisadiyyatın milliləşdirilməsi, yerli sənayenin inkişafı, regional güc olmaq iradəsi ortaya çıxırdısa, NATO cu generallar dövrəyə girər, hərbi çevriliş olardı. 1960. 27 may, 1980. 12 sentyabr, 1997. 28 fevral darbesi, Gezi parkı olayları, 2016. 15 iyul darbe girişimi və qeyd etmədiyimiz yüzlərlə hadisə əslində ABŞ və Avropa birliyi ölkələrinin Türkiyəyə qarşı əsl niyyətindən xəbər verirdi. Lakin indi tamamilə yeni siyasi vəziyyət Türkiyə ilə bağlı ABŞ və Avropa birliyi ölkələrinin siyasətində hələlik müəyyən xətt dəyişikliyi tələb edir. Cənab Ərdoğanın qərarlılığı, milliyyətçi qanadın tam dəstəyi, eləcə də illərlə İslam ölkələrinə qarşı aparılmış ədalətsiz və vəhşi müharibələrin müsəlmanlarda oyandırdığı intiqam hissi, bölgədə yaxın zamanlarda qurulmuş onlarla İslami hərəkat bu siyasi xətt dəyişikliyini qaçılmaz edir.
Dünyanın bir çox ölkəsinə qarşı gömrük rüsumlarını artıran Tramp hakimiyyətinin Türkiyəyə qarşı olduqca yumuşaq siyasət yürütməsi onu göstərir ki, qurulacaq Yeni Dünya Düzənində Türkiyənin əsas müttəfiqlərdən biri olması qaçılmazdır. Yaxşı bəs bu vəziyyətlə İsrail razıdırmı? Əlbəttə ki, yox! Amma israilin də dalana dirənməsi onun öz siyasətində müəyyən korrektələr etməyə vadar edəcək. Bu mənada ABŞ ilə müttəfiq olan Türkiyə ən yaxşı seçimdir. Hələlik isə İsrail özünün ənənəvi qışqırtma siyasətindən istifadə edir. Bu həm də Amerikanın vur-qaç siyasətinin bölgədəki vizual görüntüsüdür. Yəqin ki, yaxın günlərdə ABŞ tərəfləri daha təmkinli və uzlaşmacı davranmağa dəvət edəcək. Bu həm Amerikanın Yaxın Şərqdə əsas söz sahibliyini göstərməsi, həm də İrana qarşı ediləcək hərbi müdaxilədə Türkiyənin loyallığını əldə etmək üçün əla fürsətdir. Trampın bir neçə müddət bundan öncə Suriyada Türkiyəni əsas söz sahibi kimi qəbul etdiyini deməsi və Ərdoğana övgülər etməsi, 10% lik gömrük rüsumu tətbiqi, Rusiya-Ukrayna müharibəsində Avropa birliyi ölkələrini Türkiyəyə möhtac buraxması bu mənada çox ciddi məsələlərdən xəbər verir. Əvvəlki yazılarımda da bildirdiyim kimi, yeni dünyanın maraqlar və savaş mərkəzi Orta Şərqdir. Rusiya-Çin-İran birliyinə qarşı Amerika müttəfiqlərini seçmək məcburiyyətindədir. İsrailin Rusiyaya yaxınlaşması da, Netanyahunun son Macarıstan səfəri də, masada əlini gücləndirmək istəyidir. Bütün siyasi risklərə baxmayaraq ,Türk dövlət ağlı sakitcə, heç bir provokasiyaya fikir vermədən öz bazalarını qurmaqla məşğuldur. Hər şeyi öz yerinə qoyacaq olan isə əlahəzrət zamandır.
Zaman Piriyev, tarixçi-sosioloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam