Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvandan “U” dönüşü və ya Paşinyanın bəyanatlarının pərdəarxası -ŞƏRH

Analitik: “Situasiya dəyişəndə, Rusiyanın təşəbbüsü arxa plana keçəndə İrəvan yenə Qərb ölkələrinin iştirak edəcəyi çoxtərəfli formata qayıdacaq”

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında sülh danışıqlarını davam etdirmək üçün Azərbaycan və Ermənistan sərhədində Azərbaycan lideri İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib. Eyni zamanda, Baş nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İrəvanın hazırkı mərhələdə Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini söyləyib. Paşinyan Azərbaycanla ikitərəfli iş formatını dəstəkləyərək, onun dekabrdan aprelə qədər səmərəliliyini qeyd edib.

Baş nazir mətbuat konfransında onu da qeyd edib ki, bölgədə Rusiya nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsində vasitəçi ola bilməz. Onun sözlərinə görə, vasitəçilik şəraitdən asılıdır: “Ermənistanı təxribatda ittiham edən ölkənin vasitəçi kimi necə çıxış edə biləcəyi maraqlıdır”.

Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu kommunikasiyaların bloklanması ilə bağlı şərhlərinə görə tənqid edib. Baş nazir bildirib ki, regional kommunikasiyalar hələ də əlaqəsiz və rusiyalı tərəfdaşların ÜçtərəfliBirgə Bəyanatın ruhuna zidd şərhlər səbəbindən blokdan çıxarılmayıb. O qeyd edib ki, bu bəyanatlar çox vaxt Rusiya Federasiyası Prezidentinin 9 və ya 10 noyabr tarixli fərmanı ilə ziddiyyət təşkil edir.

Paşinyan vurğulayıb ki, Ermənistan “bu məsələni təxribat etmir, əksinə, “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində kommunikasiyaların açılmasında maraqlıdır.

“Bu bəyanatla Rusiya artıq özünü istənilən vasitəçilikdən kənarlaşdırıb. Siz harada görmüsünüz ki, vasitəçi tərəflərdən birini xüsusilə heç bir əsas olmadan ittiham edir”, - Paşinyan vurğulayıb.

Ermənistan lideri mətbuat konfransında Azərbaycan Konstitusiyası ilə bağlı da əcaib bəyanat verib. Bildirib ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var.

“Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir. Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zamanı Azərbaycan bütövlükdə Sünik (Zəngəzur), Vayots Dzor (Dərəlyəz) Tavuş (Qazax qəzası), Qeqarkunik (Göyçə), Ararat (Vedi), Lori və Şirak bölgələrinə iddia edir”, - Baş nazir vurğulayıb.

Paşinyanın son bəyanatları ilə bağlı bizə danışan siyasi icmalçı Asif Nərimanlı əvvəlcə Azərbaycan Konstitusiyasındakı ərazi iddiası məsələsinə toxunub. Analitik bildirib ki, İrəvanın “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir:

- Paşinyan məsələni bu cür qoymaqla konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir. Hətta bir qədər də gedərək, iddia edir ki, “Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstirusiyasında iddialar yer alır”. Amma yanılır. Birincisi, Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. İkincisi, AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Ermənistan Konstitusiyasında isə qondarma “miatsum” iddiasının yer aldığı “İstiqlal Bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsi Ermənistan dövlətinin qarşısında vəzifə kimi qoyulur;

İrəvanın iddiası faktdan yox, ritorikadan ibarətdir. Hərçənd, Paşinyanın açıqlamasında mühüm məqam da yer alır. Ermənistanın Baş naziri diqqəti konstitusiya məsələsinə yönəltsə də, Zəngəzurun, Göyçənin, Dərəlyəzin və digər ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu da dilə gətirir. Bu, Ermənistanın siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə ilk etirafıdır. Həm sərhədin delimitasiyası, həm də Qərbi Azərbaycan məsələsində bundan istifadə etmək olar.

- Paşinyan Azərbaycanla sərhəddə ikitərəfli görüşdə və danışıqlarda maraqlı olduqlarını söylədi. Bunun perspektivi nə qədərdir?

- Paşinyan Azərbaycanla danışıqların ikitərəfli formatda davam etdirilməsini istəyir, hətta Azərbaycan lideri İlham Əliyevlə sərhəddə görüşə biləcəyini deyir. Halbuki Bakı ikitərəfli format və sərhəddə görüş məsələsi üzərində israrla dayananda İrəvan üçüncü tərəflərin iştirakında maraqlı tərəf kimi çıxış edirdi. Paşinyanın “U” dönüşünün səbəbi Putinin ondan istədikləri və Moskvada görüşün gündəmə gəlməsidir. Rusiya masasına getməmək üçün ikitərəfli formatın əhəmiyyətini irəli sürür. Lakin situasiya dəyişəndə, Rusiyanın təşəbbüsü arxa plana keçəndə İrəvan yenə Qərb ölkələrinin iştirak edəcəyi çoxtərəfli formata qayıdacaq.

- Rusiya demişkən, Paşinyan kommunikasiyalar məsələsində Rusiyanın vasitəçi ola bilməyəcəyini söylədi, Moskvaya iradlar bildirdi. Bunu necə qiymətləndirmək olar?

- Bir qədər əvvələ qayıtmaqda fayda var. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Paşinyana zəngi, ardınca Əliyevlə müzakirələri telefonda davam etdirməsi diqqəti iki məsələyə yönəldir. Birincisi bəllidir: daha öncə də Rusiyanın Bakı-İrəvan danışıqlarında təşəbbüsü ələ almaq, Qərb qüvvələrini kənarlaşdırmaq və regionun kommunikasiyanın açılmasında, xüsusilə, Zəngəzur dəhlizinin açılmasında iştirakını təmin etmək istəyir. Bu fakt danışıqlarla bağlı rəsmi məlumatlarda da əksini tapır. İkincisi açıq olaraq qalır: Paşinyan nə istəyib və Putin Əliyevə nəyi çatdırıb? Rusiya danışıqların indiki məqamda Moskvaya köçürülməsini istəyir, hətta bu müvəqqəti xarakter daşısa da. Çünki ABŞ-ın aktivliyi fonunda Rusiyaya bir addım önə çıxmaq lazımdır. Putin Azərbaycanda olarkən, rəsmi Bakı Moskvada danışıqların davam etdirilməsinə razı olduğunu bəyan etdi. Məntiqlə Putinin Paşinyanla müzakirəsindən konkret nəticə çıxmalı idi. Lakin yenidən Bakıya zəng etmək zərurətinin yaranması müəyyən ehtimallar yaradırdı. Mümkündür ki, Paşinyan Moskvada danışıqlara gəlmək üçün şərt irəli sürür. Paşinyanın mətbuat konfransında dedikləri də bunu sübut etmiş oldu.

- Onlar hansı şərtlərdir?

- Mövcud vəziyyətdə İrəvanın iki mümkün şərt irəli sürməsi ehtimalı var. Kommunikasiyanın suverenlik prinsipi əsasında açılması. Bakının ən azı Naxçıvana maneəsiz keçid reallaşmadan Bakının bu məsələdə razılaşmayacağı məlumdur; maneəsiz keçid dəhlizdə yer almaq üçün Rusiyayaya da lazım olduğu üçün belə bir şərt real görünmür. İkincisi, sərhədin delimitasiyasında Alma-Ata Bəyannaməsinin danışıqlardakı əsas prinsip kimi qəbul edilməsidir. Bu, İrəvana mövcud sərhədlərdə legitimlik əldə etmək və Azərbaycan qoşunlarının geri çəkilməsinə nail olmaq üçün lazımdır.

Sülh danışıqlarını ələ almaq və kommunikasiyada iştiraka nail olmaq istəyən Rusiya üçün sərhəd məsələsi o qədər də prinsipial görünmür. İstisna deyil ki, Putin Paşinyanın bu “şərtini” Əliyevə çatdırıb. Bu ehtimalı önə çıxaran məqamlardan biri də Putin-Əliyev danışıqları ilə bağlı rəsmi məlumatlardakı detal fərqlidir. Kremlin rəsmi məlumatında sərhədin delimitasiyası məsələsi qeyd olunsa da, Bakının rəsmi məlumatında bu məqam yer almırdı.

Demək olar ki, proseslər hələki diplomatik müstəvidə gedir. Amma bunun isti mərhələyə keçməsi və hərbi təxribatların olması da istisna edilməməlidir. Mümkündür ki, Rusiya masasına gəlmək istəməyən Paşinyan Putinə birbaşa “yox” deyə bilmir və çətin “şərt” irəli sürməklə Bakını görüşdən imtina edən tərəfə çevirmək istəyir. Diplomatik manevrlər tükənəndə Ermənistanın eskalasiya yaratmaq və bunu Rusiya və Azərbaycanın birgə planı kimi göstərmək ssenarisinə əl atması gözlənilən versiyalardandır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam