Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sülhün alternativi yoxdur, lakin: cavab tələb edən suallar var

Ərəstun Oruclu: “Ermənistan fəallıq göstərməklə Azərbaycanı sülh danışıqlarına getməyən tərəf kimi göstərir”

Rauf Mirqədirov: “Vasitəçisiz görüşdə hansısa sənəd imzalanarsa, o zaman həmin sənədin icrası necə təmin olunacaq?”

Yenixeber.org: İrəvan Bakının sülh sazişi üzrə təkliflərinə cavab verib. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 21-də yaydığı məlumatda qeyd edilib ki, Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib: “Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”.

Bunun ardınca rəsmi Bakıdan reaksiya gəlib. Azərbaycan XİN Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib.

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”, - deyə çağırışda vurğulanıb.

Rəsmi Bakının bu mövqeyindən aydın olur ki, Azərbaycan tərəfi vasitəçisiz, birbaşa danışıqlara açıqdır və Ermənistandan da bu qərarı gözləyir. Ermənistan bu çağırışa “hə” deyəcəkmi, yekunda sərhəddə, vasitəçisiz və ya qonşu Gürcüstanın vasitəçiliyi ilə görüşün keçirilməsi, sülh sazişinin imzalanması mümkündürmü?

Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi vasitəçisiz danışıqlar çağırışı ilə Ermənistana müraciət edib. Eyni zamanda, Azərbaycan Prezidenti səviyyəsində rəsmi Bakının Tiflisdə görüşə hazır olduğu bəyan edilib.   

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məsələni şərhində deyib ki, İrəvandan verilən cavabın iki tərəfi var – həm müsbət, həm də mənfi: “Müsbət tərəf odur ki, Ermənistan sülh danışıqlarında maraqlı olduğunu bildirir. Hesab edirəm ki, bu, yaxşı xəbərdir. Pis cəhət isə odur ki, Ermənistan belə fəallıq göstərməklə, bəyanatlar verməklə Azərbaycanı sülh danışıqlarına getməyən tərəf kimi göstərir. Bakının Qranada, Brüssel və Vaşinqton görüşlərindən imtinası var. Görünən odur ki, Azərbaycan Qərbin vasitəçiliyindən imtina edib. Ermənistan isə israrla Qərb platformasını önə çəkir. Belə olan halda nəticənin olması güman olunmur”.

“Azərbaycan vasitəçisiz, birbaşa danışıqların tərəfdarı olduğunu bəyan edib. İrəvandan isə buna müsbət reaksiya verilmir. Rəsmi Bakı bəyan edir ki, məsələ Vaşinqtonda yox, bölgə ölkələrində həllini tapmalıdır. Məlum deyil ki, bölgə ölkəsi dedikdə hara nəzərdə tutulur – Rusiya, İran, yoxsa Gürcüstan? Ümid edirəm ki, Gürcüstanda danışıqlar nəzərdə tutulur. Əvvəldən də demişəm ki, Tiflisin vasitəçiliyi ilə danışıqlar Cənubi Qafqaz regionunun maraqlarına cavab verir, çünki bu halda bölgəyə kənar müdaxilələr məhdudlaşır. Çünki sülh danışıqlarında vasitəçilik həm də vasitəçilərə öz şərtlərini tərəflərə qəbul etdirmək imkanı verir”, - deyə həmsöhbətimiz bildirib.

Oruclu Tiflisin vasitəçiliyini ideal variant hesab edir: “Çünki Gürcüstan elə böyük güc deyil ki, Azərbaycana və Ermənistana öz maraqlarını qəbul etdirsin, tərəflərə hansısa şərtləri diktə etsin. Eyni zamanda, Gürcüstan bölgə ölkəsidir və bu vasitəçilik Tiflis üçün olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, bu gün Gürcüstanın iki bölgəsi də Rusiyanın işğalı altındadır. İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyindən imtina, birbaşa, vasitəçisiz danışıqlar hər iki tərəfin – Azərbaycanın da, Ermənistanın da maraqlarına cavab verir”.

Siyasi şərhçi Rauf Mirqədirov isə söyləyib ki, görüşün harada keçirilməsi yox, verilən qərarlar və onların icrası əhəmiyyətlidir. Analitik Bakının sərhəddə görüş təklifinin də maraqlı detal sayır.

“Sərhəddə görüş təcrübəsi var. Vaxtilə sabiq Prezident Heydər Əliyevlə Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan arasında Naxçıvanda, sərhəddə görüş keçirilmişdi. Səhv etmirəmsə, həmin görüş çadırda təşkil olunmuşdu. Amma heç bir nəticə əldə olunmamışdı. Demək istədiyim odur ki, texniki cəhətdən görüşün sərhəddə keçirilməsi də mümkündür. Ümumiyyətlə isə görüşün keçirilmə məkanı yox, qərarlar vacibdir. Məsələn, “sərhəddə keçirilən görüşdə qərar qəbul oluna bilərmi”, “həmin qərarın yerinə yetirilməsi nə qədər mümkündür” kimi suallar açıq qalır”, - deyə müsahibimiz vurğulayıb.

Onun fikrincə, vasitəçisiz görüş ola bilər, amma: “Bu görüşdə hansısa sənəd imzalanarsa, o zaman həmin sənədin icrası necə təmin olunacaq? Görünən odur ki, Azərbaycan vasitəçisiz danışıqlarda və sülh sazişinin imzalanmasında maraqlıdır. Amma biz vakumda olsaydıq, ətrafımızda heç kim olmasaydı, heç bir qüvvənin regionda geosiyasi, qlobal maraqları olmasaydı, bəlkə də, belə bir razılaşmanı əldə etmək, icra etmək mümkün olardı. Söhbət qarşılıqlı inamdan gedir”.

Mirqədirov əlavə edib ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı inam sıfır səviyyəsindədir: “Məsələn, inanmıram ki, Azərbaycanda kimsə Paşinyanın verdiyi sözlərə inanır. Eyni zamanda, Ermənistanda da kimsə İlham Əliyevin sözlərinə güvənir. Digər tərəfdən, regionda həm regional, həm də qlobal oyunçuların maraqları və təsirləri var. Hətta söhbət bu qüvvələrin açıq qarşıdurmasından gedir. Belə şəraitdə, tərəflərin də qarşılıqlı inamının olmadığı vəziyyətdə görüşlərdə hansısa sülh sazişinin imzalanacağına inam yoxdur. Çünki tərəflər, xüsusilə də Ermənistan təminatlar istəyəcək. Vasitəçisiz təminata isə İrəvan inanmayacaq. Bu təminatın olmaması səbəbindən Ermənistan sazişə imza atmaqdan çəkinəcək”.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam