Redaktor seçimi
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
Günün xəbəri

Türkdilli Mərkəzi Asiya:Qərb və Rusiya arasında nüfuz yarışının getdiyi növbəti bölgə?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının iclası

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

                          Rusiya, Fransa, indi isə Britaniya...

Yenixeber.org: Son vaxtlar bu ölkələrin Mərkəzi Asiyada nüfuz üçün yarışa girdiyi müşahidə olunur - təkcə noyabr ayının ilk yarısında onlar ya bölgəyə səfər edib, ya da bu barədə bəyanat veriblər.

Britaniya parlamentinin komitəsi Britaniya hökumətinə tövsiyə edib ki, Mərkəzi Asiya ölkələrilə əlaqələri inkişaf etdirsin. Xarici Siyasət Komitəsi deyib ki, Britaniya hökumətinin Mərkəzi Asiya ilə əlaqələri “qeyri-adekvat”dır.

Bu tövsiyələr Fransa Prezidenti Makronun və onun ardınca Vladimir Putinin Mərkəzi Asiyaya səfərindən sonra verilib.

Rusiya Prezidenti ötən həftə Astanada Qazaxıstan Prezidenti Kassym Jomart Tokayev ilə ikitərəfli əlaqələr və strateji əməkdaşlıq barədə müzakirələr aparmaq üçün bu ölkəyə səfər edib. O son vaxtlar çox nadir hallarda xarici ölkələrə gedir.

Və bu səfər Fransa Prezidenti Emmanuel Makronun Mərkəzi Asiya səfərindən, eləcə də Türk Dövlətləri Təşkilatının, əsasən hərbi əməkdaşlığın müzakirə edildiyi sammitindən bir neçə gün sonra baş tutub.

Əsasən türkdilli ölkələrin yerləşdiyi Mərkəzi Asiya həm də Türkiyə Prezidenti Erdoğanın öz nüfuz dairəsini genişləndirməyə çalışdığı bölgədir.

Fransa, Qazaxıstan, Mərkəzi Asiya, Rusiya, siyasət, iqtisadiyyat, ticarət

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Noyabr ayında Makron da Mərkəzi Asiyaya səfər edib

                Mərkəzi Asiya niyə önəmlidir?

Azərbaycan və Türkiyənin Mərkəzi Asiyanın türkdilli ölkələrilə əlaqələrini inkişaf etdirmək səyləri son illərdə daha qabarıq nəzərə çarpır.

Türkiyə və Azərbaycan liderlərinin də iştirak etdiyi Türk Dövlətləri Təşkilatının sammiti noyabrın əvvəlində Astanada keçirildi.

Prezident Recep Tayyip Erdoğan çıxışında Türkiyəni Naxçıvan vasitəsilə "Ata yurdumuz olan Mərkəzi Asiya ilə birləşdirəcək" kommunikasiya xətləri barədə danışıb.

Azərbaycan da hesab edir ki, regionda nəqliyyat və kommunikasiya sahəsinin inkişafı üçün Mərkəzi Asiya ölkələrinin böyük əhəmiyyəti var.

Rəsmi Bakı bəyan edib ki, regionda yaranmış "yeni fürsətlərin düzgün istifadəsi böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcək".

Təşkilatın sammitində Kremli qıcıqlandıracaq açıqlamalar verilməyib.

Ancaq Qazaxıstanda səfəri zamanı Fransa Prezidenti həmkarı Tokayevi “Moskvaya boyun əymədiyinə” görə təqdir edib, bunu IntelliNews saytı yazır.

Rusiya rəsmi dairələrinin Makronun açıqlamaları ilə bağlı bəyanatları Moskvanın Qərb nümayəndəsinin səfərindən narahatlıq keçirdiyini üzə çıxarıb.

Ukraynada işğalçı müharibəyə başlamaqla Rusiya Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda nüfuzunu tədricən itirməyə başlayıb.

Qazaxıstanı xüsusi edən məqamlardan biri Rusiyanın ən böyük quru sərhədinin məhz bu ölkə ilə olmasıdır. Bundan əlavə, Qazaxıstan Xəzər dənizi hövzəsində ən uzun sahil xətti olan ölkədir.

Xəzər dənizindən Çinə qədər uzanan Qazaxıstan həm də Rusiyanın Mərkəzi Asiyaya çıxış qapısıdır. Qərb üçün isə Qazaxıstan mineral və enerji ehtiyatları ilə zəngin coğrafiyadır.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qazaxıstan ABŞ və Norveçdən sonra, Avropanı yanacaqla təmin edən üçüncü ixracatçıya çevrilib. Bundan əlavə, Qazaxıstan dünyanın ən zəngin uran ölkəsidir. Uran Avropanın enerji bazarında xüsusi rol oynayır.

ABŞ Prezidenti Joe Biden-in bu ilin sentyabrında tarixdə ilk dəfə Mərkəzi Asiya dövlətlərinin liderləri ilə Washington-da forum təşkil etməsi bu regionun Ağ Ev üçün də xüsusi əhəmiyyət daşıdığını göstərdi. C5+1 adı verilən forumda Biden görüşü “illərdir qurulan yaxın əlaqələr üçün tarixi an” adlandırmışdı, Dövlət Departamentinin məlumatında qeyd olunub.

              Fransa Prezidentinin səfərində nələr oldu?

Fransa, Qazaxıstan, Mərkəzi Asiya, Rusiya, siyasət, iqtisadiyyat, ticarət

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfəri zamanı qazaxıstanlı həmkarını geosiyasi təzyiqlərin öhdəsindən bacarıqla gəldiyinə, eləcə də çoxşaxəli xarici siyasi xətt yeritdiyinə görə təqdir edib, IntelliNews saytı yazıb.

Qazaxıstan Prezidenti isə Fransanı “ən etibarlı və əsas tərəfdaş” adlandırıb.

Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir.

İllərdir ki, Fransa urana olan ehtiyacının böyük hissəsini Qazaxıstanın hesabına ödəyir. Uranla zəngin olan və Fransanı təmin edən ikinci ölkə Nigerdə baş vermiş hərbi çevrilişdən sonra rəsmi Paris üçün Qazaxıstanın önəmi daha da artıb, BBC jurnalisti Ido Vock yazır.

Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü ən əsas ölkəyə çevrilib.

Fransanın Qazaxıstanla yaxınlaşması fonunda Rusiyaya yönəlik verdiyi mesajları əsas gətirən BBC jurnalisti Ido Vock Kreml rəhbərinin Astana səfərini Avropa İttifaqının Mərkəzi Asiyada nüfuzunun güclənməsindən narahat olması ilə əlaqələndirir.

Qazaxıstanlı siyasi təhlilçi Dosym Satpayev BBC-yə bildirib ki, əslində Rusiya Ukraynada işğalçı müharibəyə başladıqdan sonra onun Mərkəzi Asiyada təsir imkanları getdikcə zəifləyir.

Son illər ərzində Qərbin sanksiyaları nəticəsində Rusiya iqtisadiyyatının zəifləməsi Kremlin Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini də sarsıdıb.

Makronun Qazaxıstan səfərindən sonra rusiyalı rəsmilərin Qərbi tənqid edərək, Avropa İttifaqını Kremlin Mərkəzi Asiyada təsirini azaltmağa çalışmaqda ittiham etməsi bundan qaynaqlanır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Makronun səfərindən sonra deyib ki, Rusiya tarixən Mərkəzi Asiya və Qafqazda olub və orada "yoxa çıxmağa" hazırlaşmır. "

Carnegie Fondunun Rusiya Avrasiya Mərkəzinin analitiki Temur Umarov fondun saytında çap edilmiş məqaləsində yazıb ki, əslində Mərkəzi Asiya ölkələrinin Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarına riayət etməsi onların Qərbi dəstəkləməsi və ya Rusiyaya arxa çevirməsi demək deyil.

“Bu, öz iqtisadiyyatlarını mümkün çöküşdən və təcridolmadan xilasetmə cəhdləridir”, - Umarov bildirib.

Bununla belə, o, Mərkəzi Asiya dövlətlərinin yalnız iqtisadi baxımdan deyil, hərbi və siyasi baxımdan atdığı addımların da Rusiyadan daha çox Qərbin xeyrinə olduğu qənaətindədir.

“Region ölkələrindən heç biri Rusiyanın Ukraynaya yönəlik işğalçı müharibəsini dəstəkləmədi. Region ölkələrindəki bankların heç biri Rusiyanın MIR ödəmə kartını qəbul etmir. Yalnız ABŞ razı olduqdan sonra Qazaxıstan, sadəcə məhdud həcmdə bundan istifadəyə imkan yaratdı”, - Umarov qeyd edib.

              Rusiya nədən narahatdır?

Fransa, Qazaxıstan, Mərkəzi Asiya, Rusiya, siyasət, iqtisadiyyat, ticarət

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Fransa Prezidentinin səfərinin ardından, noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana gələrək Prezident Kasym Jomart Tokayev ilə təkbətək görüş keçirdi.

Görüş zamanı Putin deyib ki, bu iki ölkə “sadəcə müttəfiq yox, ən yaxın müttəfiqdirlər”. Onun qazaxıstanlı həmkarı isə Qazaxıstan-Rusiya əlaqələrinin “zəngin keçmişi və parlaq gələcəyi”nin olduğunu bildirib. - IntelliNews yazıb.

Prezidentlər, həmçinin Moskva və Astana arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Ölkə liderləri arasında bu cür dialoqların normal olduğuna diqqət çəkən Temur Umarov əslində region ölkələrinin “Rusiyaya inteqrasiya layihələrindən tədricən uzaqlaşdıqlarını” yazıb.

“Ötən ilin oktyabrında Qırğızıstan Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz ərazisində hərbi təlimlər keçirməsini təxirə saldı. Dekabrda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rusiyalı həmkarı ilə üz-üzə gəlməmək üçün Bişkekdə keçirilən görüşdə iştirakdan imtina etdi və hazırda bu ölkələr Rusiyanın rəhbərlik etdiyi layihələrdən uzaq duraraq Türk Dövlətləri Təşkilatı kimi layihələrdə mövcudluqlarını artırırlar”, - analitik Carnegie Fondunun saytında dərc edilən məqaləsində bildirib.

Rusiyanın Mərkəzi Asiya ilə, xüsusilə Qazaxıstanla əlaqələrini BBC-yə şərh edən Prism Siyasi Risklərin İdarəedilməsi Mərkəzinin baş analitiki Ben Godwin isə 2022-ci ildə Qazaxıstanda qazın qiymətinin bahalaşmasına görə başlanan etiraz aksiyalarını və KTMT qüvvələrinin ölkəyə gətirilməsini xatırladır.

Onun fikrincə, bununla Kreml Ukraynada müharibə aparmaqla yanaşı, Mərkəzi Asiyadakı nüfuzunu da saxlamağa çalışdığını göstərir.

Həmin vaxt Tokayev ölkədə baş verənləri “çevrilişə cəhd” adlandırmışdı və Qazaxıstanda “sabitlik yaratmaq” üçün Rusiyadan qoşun göndərməyi xahiş etmişdi.

Bunu əsas gətirən Ben GodwinMərkəzi Asiyanın Qərb və Rusiya arasında nüfuz uğrunda mübarizə bölgəsinə çevrildiyini bildirsə də, onun Rusiyadan ayrılma cəhdlərinin uzun müddət çəkəcəyini bildirir.

Britaniya parlamentinin komissiyası da Mərkəzi Asiyadakı “5 ölkənin böyük güclərin mübarizə mərkəzinə çevrildiyi üçün” hökumətdən Mərkəzi Asiyada Britaniyanın “maraqlarını qoruyacaq” addımlar atmağı tələb edib.

“Rusiya, Çin və digərlərinin regiondakı manevrlərinə Britaniyanın cavabı Mərkəzi Asiya ölkələrinin həm iqtisadi, həm də siyasi müstəqilliyinə əhəmiyyətli təsiri ola bilər”, - Britaniya parlamentinin bəyanatında qeyd olunub.

                    Çin amili

Çinin “Bir Kəmər- Bir Yol” layihəsinin əsas marşrutunun Mərkəzi Asiyadan keçdiyini nəzərə alsaq, o zaman bu regionda təkcə Avropa və Rusiyanın deyil, elə Çinin də öz nüfuzunu gücləndirmək istədiyi görünür.

Temur Umarov hesab edir ki, Rusiya və Çin uzun müddət bu regionda “müştərək şəkildə” öz qüvvələrini artırmağa çalışıblar və bir-birlərinin sahələrinə müdaxilə etməyiblər.

“Çin regionun iqtisadi sahələrində iştirak edir, Rusiya isə təhlükəsizliklə bağlı məsələlərə fokuslanıb”, - Temur Umarov yazıb.

Lakin Ukrayna müharibəsindən sonra Çinin də regionda maraqlarının gücləndiyini deyən Carnegie Fondunun nümayəndəsi rəsmi Pekinin Tacikistanda ikinci hərbi baza yaratma planlarını, eləcə də Qırğızıstan və Özbəkistanda hərbi mövcudluğunu əsas gətirir.

Xüsusilə ABŞ 2021-ci ildə Əfqanıstandakı bütün qoşunlarını çıxartdıqdan sonra Çin bölgədə bu boşluğu doldurmağa çalışır. “Çin ekspansiyası” adı verilən bu siyasətə qarşı Mərkəzi Asiya xalqları bir neçə dəfə etiraz aksiyası keçirsələr də, nümayişlər vəziyyəti dəyişməyə kifayət etməyib.

Rusiya Prezidenti Vladimir Putin 2021-ci ildə investisiya forumunda çıxışı zamanı etiraf etmişdi ki, Çinin təhlükəsizliklə bağlı Mərkəzi Asiyada atdığı addımların qarşısını almaq gücündə deyil.

“Çin 1.5 milyard əhalisi olan ölkədir və onun da bütün ölkəboyu təhlükəsizliyi təmin etmək hüququ var”, - Putin bildirib.

Temur Umarov hesab edir ki, Rusiya və Çin bir-birilərini rəqib kimi görsələr də, onların Mərkəzi Asiyaya baxışı əməkdaşlıq üzərində qurulub. Son illər ərzində onların Mərkəzi Asiyada apardıqları birgə hərbi təlimləri diqqətə çatdıran Umarov region uğrunda əsas mübarizənin Qərb və Rusiya arasında getdiyini əsas gətirərək Rusiyanın Çinlə yaxınlaşma niyyətinin də buradan qaynaqlandığını yazır.(BBC)

Müəllif, Fərid Həsənov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam