Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Panqolinlər Münasibətlərdə Yeni Problem Yaradıb -ANALİZ

ABŞ-la Çin arasında gərginlik yaradan ilginc mövzu: Panqolinlər...  Sitat.info

Yenixeber.org: Vaşinqton Pekinlə mübarizədə bütün üsullardan istifadə etməyə çalışır. Halbuki, iki ölkənin lideri dialoq üçün imkan da axtarır. Buna baxmayaraq, ABŞ prezidenti Co Bayden Çin hakimiyyətinin 2023-cü ilin sonuna qədər panqolinləri nəsli kəsilməkdən qorumaq üçün “əhəmiyyətli öhdəliklər” götürmədiyi təqdirdə Çinə ticarət məhdudiyyətləri tətbiq edə biləcəyini söyləyib.

Panqolinlər dünyanın yeganə pullu məməliləridir, bu heyvan növü tez-tez ovlanır və qaçaqmalçılığa məruz qalır. Bu heyvan növünün nəsli kəsilmək üzrədir. Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin ticarəti müvafiq beynəlxalq konvensiya ilə qadağandır. ABŞ prezidenti isə hesab edir ki, qadağaya baxmayaraq, Çin panqolinin dünyada ən böyük idxalçısıdır. Panqolinlərin Çin bazarında satışına şərait yaradılıb. Pekin Baydenin ittihamlarını qəbul eməyib. Pekində hesab edirlər ki, Vaşinqton Çinin imicinə zərbə vurmağa çalışır. Beləliklə, panqolinlər mövzusu Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusuna çevrilib.

Co Baydenin Pekinlə mübahisəsi keçmiş prezident Donald Trampın diqqət mərkəzindədir. Tramp Baydeni aşağılamaqda davam edir. Tramp Baydenin düşüncə tərzini 6 yaşlı uşağın düşüncə tərzindən geri qaldığını iddia edib. Tramp iddia edib ki, bu səbəbdən Moskva və Pekin Baydenə hörmət etmirlər.

Tramp Baydenin Rusiya və Çin siyasətini illərdir tənqid edir. Ancaq Trampın prezident olduğu illərdə Vaşinqtonun Moskva və Pekinlə münasibətləri indikindən çox da yaxşı deyildi. Çinə qarşı ticarət məhdudiyyətləri məhz Donald Trampın prezidentliyi dövründə tətbiq edilmişdi. Ancaq bu, ABŞ-da keçirilən rəy sorğularında Donald Trampın reytinqinin Co Baydenin reytinqini sürətlə üstələməsinə mane olmur.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam