Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Putinin nüvə təhdidlərinə son qoyulmalıdır” – NATO-ya qəflətdən ayılmaq çağırışı

        General: “Nüvə silahı daşıyan bombardmançılar hərəkətə keçməlidir”

Yenixeber.org: “Guardian” yazır ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Raymund Andjeyçak Rusiya rəhbərliyinin nüvə təhdidlərinə qarşı NATO-nun indikindən qat-qat sərt reaksiya verməli olduğunu deyib. Onun fikrincə, Alyans nüvə silahına malik olduğunu xatırlatmalıdır: “Vəziyyəti gərginləşdirmək istəmirəm, amma leksokonumuzda nə problem var? NATO nüvə təşkilatıdır”.

Andjeyçak Kremldəkiləri qanqsterlərlə müqayisə edərək qeyd edib ki, indi Qərbin qarşısında “dəlisov pis oğlanlar” dayanıb. O, Moskvanın nüvə silahından istifadə ilə bağlı dəfələrlə hədələməsini və Vladimir Putinin Belarusda döyüş başlıqları yerləşdirmək qərarını əsas gətirib: "Hamı parka siqar çəkməyə getdi, qanqsterlər stolun üstünə silah qoydular və biz isə Panama köynəklərində ona baxıb deyirik: "Yaxşı, mənim də silahım var, amma onu evdə qoymuşam””.

General hesab edir ki, NATO Rusiyaya qarşı daha sərt olmalıdır: “Məsələn, bu cür təhdidlərə cavab nüvə silahı daşıya bilən bombardmançıların nümayiş uçuşları ola bilər. 70-80-ci illərdə B-52 bombardmançılarının 30%-I daimi uçurdu və hazır pilotlarla nüvə silahına sahib idi. Bu gün qarşımızda B-61 (ABŞ-ın əsas termonüvə cazibə bombası) sözünü tələffüz etmək vəzifəsi durur, ona görə də yanaşmaları dəyişdirməliyik”.

Andjeyçakın sözlərinə görə, Polşa Prezidenti Anjey Duda Rusiya raketlərinin Belarusda yerləşdirilməsi ilə bağlı NATO-nun nüvə mübadilə proqramına qoşulmağı xahiş etdikdən sonra tam sükut hökm sürüb: “NATO “Vaqner” muzdlularının Polşaya və ya blokun başqa bir üzvünə hücum edəcəyi təqdirdə öz hərəkətləri barədə qərar verməlidir. Xüsusilə, NATO bunu Rusiyanın hücumu kimi qiymətləndirəcək və nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə uyğun olaraq cavab verəcəkmi? Bu məsələ Polşa üçün çox həssasdır, çünki coğrafi mövqeyinə görə bu barədə düşünməyə vaxtı olmayacaq. Bizim Kalininqrad vilayəti və Belarusla birbaşa sərhədimiz var. Bu, artıq “soyuq müharibə” deyil”.

Bundan əvvəl Putin Belarusda nüvə silahının yerləşdirildiyini açıqlamışdı və Belarus rəhbəri Aleksandr Lukaşenko Polşadan belə bir hücumun mümkünlüyünə işarə edərək, hücum olacağı təqdirdə bu raketlərdən istifadə edəcəyi ilə hədələmişdi.

Ukraynaya müdaxilənin ilk günlərində Kreml Rusiya nüvə triadasını “xüsusi həyəcan rejimi”nə keçirdi və sonra Dövlət Dumasının deputatları və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin adından dəfələrlə nüvə silahından istifadə etməklə hədələdi. Bu il sentyabrın 1-də məlum olub ki, Rusiya ordusu geniş spektrli nüvə və hipersəs döyüş sursatları daşıya bilən “Sarmat” qitələrarası ballistik raketini döyüş növbətçiliyinə verib.

Polşa Baş Qərargahının rəisi NATO rəhbərliyini Rusiya və Belarusun yüksək səviyyəli nümayəndələrinin ağzından tez-tez eşidilən nüvə təhlükələrinə müvafiq sərt ritorika və hətta bombardmançı təyyarələrlə cavab verməyə çağırmaqda nə dərəcədə haqlıdır? Bu, o mənada təhlükəli deyilmi ki, Moskvanın qeyri-adekvat reaksiyasına səbəb ola bilər və onu Ukrayna ərazisində nüvə silahından istifadə etməyə sövq edə bilər?

Mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə etmişik.

Ukraynalı hərbi ekspert, İnformasiya Müqaviməti Qrupunun koordinatoru, müdafiə planlaması, qoşunların istifadəsi və ordunun inkişafı üzrə mütəxəssis Konstantin Maşovets:

“Andjeyçak 100% haqlıdır. Moskvanın qeyri-adekvat reaksiyasına səbəb olmaq təhlükəsi yoxdur. Rusiyanın nüvə qüvvələri NATO-nun müvafiq qüvvələri ilə eyni vəziyyətdə deyil.

Rusiya Federasiyasının Ukrayna ərazisində nüvə silahından istifadə etməsi yalnız o halda mümkündür ki, NATO-dan (istənilən səviyyədə) cavab verilməməsində arayınçılıq olsun. Polşalı general məhz bunu nəzərdə tutur. Çünki Kremlin hazırkı strategiyasının əsas elementlərindən biri məhz nüvə şantajıdır.

Andjeyçak Kremli bu elementdən məhrum etməyi təklif edir. Burada əsas sual nümayişin səviyyəsi və buna uyğun olaraq real hazırlıq səviyyəsidir.

Hər kəs Rusiyanın strateji nüvə qüvvələrinin döyüş istifadəsinə hazırlığının real səviyyəsini mükəmməl başa düşür. Andjeyçak da bilir. Yəni Putinin də eskalasiyanın həddi var. Başqa məsələ taktiki nüvə silahlarıdır, lakin bu, başqa bir müzakirə mövzusudur”.

Belaruslu analitik, jurnalist, demokratik fəal Aleksandr Otroşenkov (Varşava):

“Polşa və onun NATO müttəfiqləri kifayət qədər uzun müddətdir ki, taktiki nüvə silahlarının Kalininqrad vilayətində yerləşməsinə əsaslanaraq öz fəaliyyətlərini planlaşdırırlar. Buna görə də Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi heç nəyi kökündən dəyişmir.

Bundan əlavə, hələlik bu silahların Belarusa çatdırılmasına dair heç bir etibarlı sübut təqdim edilməyib. Bəli, Putin və Lukaşenkonun çoxsaylı bəyanatları var, lakin bu faktın baş verməsi ilə bağlı şübhələr həm Brüsseldə, həm də Vaşinqtonda səslənib.

Polşa Baş Qərargah rəisinin narahatlığını başa düşmək olar. Axı, Rusiyadan və ya Belarus ərazisindən hücumun ilk hədəfi Brüssel və Vaşinqton deyil, Polşa və Baltikyanı ölkələr ola bilər. Və Polşada bu cür təcavüzü dəf etməyə hazırlaşmaq üçün lazımi tədbirlər görülür. Daim yeni silah növləri alınır.

Amma açıq-aydın NATO müttəfiqləri Moskva və Minskdən gələn şübhəsiz aqressiv, lakin yenə də sadəcə sözlərə cavab olaraq real tədbirlər görməyə ehtiyac görmürlər. Üstəlik, rusların hərəkətləri heç bir halda onların Polşa istiqamətində eskalasiyaya hazır olduqlarını göstərmir. Beləliklə, bugünlərdə ən yüksək səviyyədə keçən ilin dekabrında elan edilmiş “Qərb 2023” fövqəladə təlimlərinin keçirilməyəcəyi açıqlandı.

Raymund Andjeyçak, şübhəsiz, haqlıdır ki, Moskvanın aqressiv hərəkətlərini təhrik edən reaksiya yoxdur. Putin çoxdan bütün dünyaya nümayiş etdirdi ki, o, icazə verildiyi qədər hərəkət edir. Əgər nüvə silahından istifadə ilə bağlı təhdidlərə sərt reaksiya verilməsə, o, bu təhdidləri etməyə davam edəcək. Amma çətin ki, o, bu silahlardan istifadə etmək qərarına gəlsin, çünki o, əmindir ki, cavab tədbirləri onun xoşuna gəlməyəcək”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam