Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Münhendə iki qətl, eyni killer, eyni silah –Rus və ukraynalı patriotları düşmən edən epizodlar

İstər sovet dönəmində, istərsə də indiki Rusiyada patriot rusların Ukraynadan söz düşəndə nifrətlə çəkdikləri bir ad var: Stepan Bandera.

Yenixeber.org: Ukrayna millətçilərinin rəhbəri olan Banderaya (1909-1959) nifrət sovet dövründə ona görə şiddətliydi ki, o, sovet quruluşunu qəbul etmirdi, Ukraynanın xoşbəxtliyini müstəqil yaşamasında görürdü. Elə müasir ruslar da bu şəxsə və onun ardıcıllarına məhz ona görə nifrət edirlər.

Sovet dövləti Stepan Banderaya gendən-genə nifrət etməklə qalmayıb, onun məhv edilməsi üçün killer hazırlayıb və onu 1959-cu ildə, 50 yaşındaykən Almaniyada öldürtdürüb.

Banderanı DTK-nın işçisi Boqdan Nikolayeviç Staşinski öldürüb. 1931-ci ildə anadan olmuş Staşinski də Qərbi Ukrananadan olib və onun ailə üzvləri hamısı Ukrayna millətçiliyinə rəğbət bəsləyib.

         Millətçini satqın edən ehtiyac

boqdan.JPG (27 KB)

1945-ci ildə Lvova köçən, orada əvvəlcə orta məktəbi, sonra pedaqoji institutu bitirən Boqdan 1950-ci ilin aprelində yoxsulluq ucbatından tez-tez Lvovdan Borşçoviçə və geriyə biletsiz gedirmiş. Bir gün o, milislər tərəfindən saxlanılır. Stansiyada onu DTK kapitanı Sitnyakovskiyə təvil verirlər. Kapitan Boqdanı və onun ailə üzvlərini əksinqilabi maddələrlə təqib edəcəyi ilə hədələyərək (toplanmış materiallar ona bunu etməyə imkan verirdi) onu əməkdaşlığa məcbur edir. Staşinski Ukrayna millətçilərinin gizli təşkilatı haqqında bildiyi hər şeyi danışır. Ona "Oleq" kod adı verirlər. Əvəvlcə onun xırda-para çuğullamaları kifayətlənsələr də, sonra bu, təhlükəsizlik zabitlərini qane etmir. Kuratorlar ondan millətçilərin partizan dəstəsinin komandiri İvan Labanın tutulmasına kömək etməyi tələb edirlər. Bacısı Mariyanın vasitəsi ilə o, 1951-ci ilin martında partizanlara qoşulur. Onun öz kuratoru Sitnyakovskiyə Morze əlifbası ilə göndərdiyi xəbərlər sayəsində həmin il iyunun 14-də Laba və onun tərəfdaşları pusquya salınaraq öldürülür.

Bogdan-Stashinskij.jpg (12 KB)

Meşədə olarkən Staşinski dramaturq və publisist Yaroslav Qalanın tələbə Mixail Staxur tərəfindən öldürüldüyünü öyrənir, onu da satır, Staxur həbs edilir və asılır.

           Satqının irəli çəkilməsi

Bundan sonra Staşinskinin DTK ilə əməkdaşlıq etdiyi aydın olur və qohumları onunla bütün əlaqələri kəsirlər. Komitədə maaş yaxşı olduğu üçün o, bu struktura işə daxil olur. Onu DTK-nın (o vaxtlar DTN) Lvov regional idarəsinin bölmələrindən biri olan “Tayfun” qrupuna qəbul edirlər.

Xruşovun hakimiyyəti illərində komsomoldan irəli çəkilərək DTK rəhbəri təyin edilən Aleksandr Şelepin Ukrayna millətçilərini terror yolu ilə aradan götürmək planı hazırlayır və Boqdan Staşinskini də bunun üçün hazırlayırlar. Ona lazımi sənədlər düzəldiılir və 1956-cı ilin əvvəlində Staşinski Qərbi Almaniyaya göndərilir. O, Münhendə yaşayan, Ukrayna millətçilərinin liderlərindən biri olan və Bandera ilə intriqa aparan Lev Rebetin qaçırılmasında iştirak etməli idi. Rebetin qaçırılmasına məsul olan şəxs bu işi bacarmır və nəticədə millətçi ziyalının qətlə yetirilməsi Staşinskiyə tapşırılır.

          Birinci qətlə hazırlıq – zəhər püskürən tapança

rebet.png (127 KB)

O, bir müddət “Samostiynik” jurnalının redaktoru olan Rebeti izləyir, onun yeni ünvanını öyrənir. Nəhayət, Boqdanı naməlum bir şəxslə tanış edirlər, həmin şəxs ona tətiyi olan kiçik silindrik predmeti göstərir, onun bunun tapança olduğunu izah edir. Tətik çəkilərkən ampulanı zəhərlə sındıran mexanizmi işə düşür, onun buxarları iki-üç dəqiqədən sonra damarların tıxanmasına və qurbanın ürək dayanmasından ölməsinə səbəb olur. Staşinskiyə izah edirlər ki, seçilmiş qurbanı sinə nahiyəsinin yuxarısından vurmalıdır ki, yüksələn buxarlar tənəffüs sisteminə düşsün. Bu halda ölüm bir dəqiqə yarımdan sonra baş verir və zəhərin izləri yarılma zamanı aşkar edilmir. Silah birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdu və atışdan sonra atılmalı idi. Atışdan əvvəl killer özü də damarları genişləndirən antidot qəbul etməli idi, çünki zəhərli buxarlar onun üçün də təhlükəli idi.

          Rebetin qətlinə dair həkim rəyi: “Təbii səbəblərdən...”

Staşinski 9 oktyabr 1957-ci ildə Münhenə uçur. Kuratorun tələbi ilə qətl Karlsplatzda yerləşən redaksiyada baş verməli idi. Oktyabrın 10 və 11-də Staşinski antidot qəbul edərək Rebeti gözləyir, amma o işə gəlmir. Oktyabrın 12-si Rebet səhər saat 10 radələrində ofisə gəlir. Staşinski onun tramvaydan düşdüyünü görüb, girişə daxil olur və ikinci mərtəbəyə qalxır. Rebet içəri girəndə qatil onu pilləkəndə qarşılayır, qəzetə bükülmüş tapançanı onun üzünə tuşlayır və atəş açır. Sonra o, Hofqarten parkına gedir və kuratorun göstərişinə uyğun olaraq tapançanı çaya atır. Rebetin cəsədinin yarılması zamanı patoloqanotom belə qənaətə gəlir ki, onun ölümü təbii səbəblərdən - ürəyin dayanması ilə bağlıdır.

Qətl növbəsi Banderaya çatır – eyni killer, eyni silah

Bu “uğurlu terror əməliyyatı”ndan məmnun qalan DTK və onun rəhbəri Şelepin qətl sırasının Banderaya çatdığını düşünürlər.

274px-SBandera.jpg (18 KB)

25 may 1958-ci ildə Staşinski Rotterdamdakı Krosveyk qəbiristanlığında ukraynalı millətçilərinin təşkil etdiyi, Yevgeni Konovaletsin NKVD agenti Sudoplatov tərəfindən öldürülməsinin iyirminci ildönümünə həsr olunmuş xatirə yığıncağında iştirak edir. O, tədbirdə çıxış edən Stepan Banderanı görür. 1959-cu ilin yanvarında Staşinski Banderanın ünvanını müəyyən etmək tapşırığı ilə Münhenə uçur. DTK onun Münhendə Stefan Popel adı ilə yaşadığını bilirdi. DTK-ya məlum olan ünvanın köhnə olduğu aydın olanda Staşinski telefon kitabçasında Popelin yeni ünvanını tapır.

1959-cu ilin aprelində Staşinski Moskvaya çağırılır, burada polkovnik Georgi İşçenko Boqdana Banderanı eynilə Rebet kimi öldürməyi tapşırır. Bunun üçün ona təkmilləşdirilmiş qoşalüləli silah verildi ki, bu silahla həm ukraynalı millətçini, həm də ondan ayrılmayan mühafizəçini öldürsün.

1959-cu ilin mayında Staşinski Münhenə uçur və bir neçə gün öz evində və Zeppelinstrassedəki iş ünvanında Banderanı izləyir. Onun üstündə açar dəsti olsa da giriş qapısını aça bilmir.

            MKİ baş tutan qətldə DTK-nın “əli izi”ni aşkarlayır

Staşinski oktyabrın 14-də yenidən Münhenə uçur. Ertəsi gün, oktyabrın 15-də o, günorta saatlarında Bandera ilə bir qadının maşına minib getdiyini görür. Staşinski tramvayla qurbanın evinə gedir, girişə daxil olur, birinci pilləkən qəfəsinə qalxır, gözləyir. Əlində bir çanta tərəvəz daşıyan Bandera gəlir, bir az tərəddüd edərək girişin qapısını açır. DTK-nın killeri aşağı enir, Banderaya tərəf hərəkət edir, zəhər püskürdən tapançasının hər iki lüləsindən onun üzünə atəş açır, sonra girişdən çıxıb antidotla isladılmış dəsmalı nəfəsinə çəkir.

bandera.JPG (23 KB)

Staşinski piyada Hofqartenə gedir, tapançadan qurtulur, sürətli qatarla Frankfurta yola düşür, orada bir oteldə gecələyir və səhəri gün Berlinə uçur.

Ağzından, burnundan və qulaqlarından axan qanlar içində yerdə uzanan Bandera təcili yardım çağıran qonşusu tərəfindən aşkarlanır. O, təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda ölür.

Həkimlər yenə hesab edirlər ki, ukraynalı millətçinin ölümünün ilkin versiyası insultdur. Ancaq yarılma zamanı məhkəmə həkimi Volfqanq Spann onun bədənində kalium sianid izləri tapır. Bununla belə, həkimlər və polis Banderanın intihar edə biləcəyini düşünürlər. Sonradan həm öz təhqiqatılarını aparan Ukrayna millətçiləri, həm də Almaniya polisi və əks-kəşfiyyatı, eləcə də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi qətldə DTK-nın “əl izi”ni tapırlar. Sovet məxfi xidmətləri Şərqi Almaniya mətbuatı vasitəsilə Adenauer hökumətinin naziri Teodor Oberlanderi Banderanı ölümündə günahlandır, iz azdırmağa çalışırlar.

          Killerin SSRİ-dən çıxışı və AFR-ə keçməsi

Maraqlıdır ki, Moskvaya qayıdan və törətdiyi qətllərə görə “Qırmızı Əmək Bayrağı” alan Staşinski bu qətllərin üstünü özü açıb. Buna səbəb onun DTK-dan gördüyü soyuq münasibət, izlənməsi və almaniyalı arvadı ilə görüşməsinə mütəmadi əngəl törədilməsi olub.

17s27 stashynskyi2 copy.jpg (102 KB)

1961-ci ilin mart ayının 31-də onun arvadı İnqa Pol Berlində vaxtından əvvəl bir oğlan doğur, adını Peter qoyur. Staşinski Berlinə getməyə icazə istəyir, DTK rəhbərliyi icazə vermir. Avqustun 8-də Staşinski oğlunun Berlində vəfat etdiyini öyrənir və DTK onun Berlinə səfərinə razılaşır. Çünki İnqa çarəsiz halda ADR hakimiyyətinə müraciət edəcəkdi və bu da onun haqqında məlumatların sızmasına gətirib çıxaracaqdı.

Avqustun 10-da Staşinski Krılovun adına olan pasportla Berlinə uçur, lakin rəhbərlikdən gizli şəkildə Leman və Staşinskinin adına olan sənədlərin əslini də götürür.

Avqustun 12-də axşam saatlarında Boqdan və İnqa AFR-ə qaçmağa qərar verirlər və buna görə də övladlarının dəfn mərasiminə qalmırlar. Əgər onlar bir gün də artıq qalsalar, qaçışları baş tutmayacaqdı. Çünki Xruşşov və Ulbrixtin razılaşdırdıqları qərara əsasən avqustun 12-dən 13-nə keçən gecə ADR ilə AFR arasında vətəndaşların sərbəst hərəkəti dayandırılmalı idi.

               MKİ Staşinskiyə niyə inanmayıb?

Staşinskilər polis idarəsinə gedib özlərini təslim edirlər. Avqustun 13-də Boqdan təyyarə ilə Qərbi Berlindən Frankfurta təxliyə edilir və ayın sonuna qədər MKİ tərəfindən sorğu-suala çəkilir. Ancaq dünyanın 1 nömrəli kəşfiyyat qurumu Staşinskinin Rebet və Banderanın qətli ilə bağlı verdiyi ifadələrə inamsızlıqla yanaşır. Sentyabrın 1-də Staşinskini dəyərli informator hesab etməyən amerikalılar onu Qərbi Almaniyanln kriminal polisinə təhvil verdilər.

_1206-1677433053.jpg (56 KB)

Staşinskinin qaçmasının “təhlili” zamanı bir sıra DTK zabitləri ADR-dən geri çağırılır, onun kuratoru Aleksandrov və Berlin rezidenturasının rəhbərlərindən biri Aleksandr Svyatoqorov nəinki dövlət təhlükəsizlik orqanlarından xaric edilir, həm də cinayət təqibinə də məruz qalırlar.

Staşinski alman polisinə hər iki qətli etiraf edib və sovet xüsusi xidmət orqanlarının əməliyyatları barədə ətraflı danışıb. 1962-ci ildə onun məhkəməsi DTK-nin xaricdəki əməliyyatlarına və Ukrayna millətçi hərəkatına geniş diqqət yetirib. Yüngül cəza (8 il həbs) alan Staşinski onu tam çəkməyib və 1966-cı ildə gizli şəkildə azad edilib. Alman hakimiyyət orqanları onu xaricə, ABŞ və ya Cənubi Afrikaya aparıblar. Orada Staşinskinin yeni bir adla və ehtimal ki, dəyişmiş görünüşü ilə məskunlaşıb. Onun sonrakı taleyi, harada öldüyü, yaxud hələ də yaşadığı məlum deyil.

             SSRİ-nin rəhbəri olmaq istəyən Şelepinin “vurulması”

Bu hadisə sovet dövləti üçün başağrısına çevrilib. Staşinski Banderanın qətlinə ölkənin ali rəhbərliyi tərəfindən sanksiya verildiyini birbaşa təsdiqləyib. Onun sözlərinə görə, qətl sifarişini o vaxt DTK-nın sədri, 1962-ci ildə isə artıq Sov.İKP MK-nın katibi olan Şelepin verib.

66770397424f383d47801d8de0d6788b.jpg (115 KB)

Bundan sonra Qərbi Almaniya Şelepin barədə həbs qərarı çıxarıb və sonrakı illərdə onun sosialist düşərgəsindən kənara çıxması mümkün olmayıb. 1975-ci ildə cinayət təqibi təhlükəsi aradan qaldırıldıqdan sonra artıq Ümumittifaq Həmkarlar İttifaqları mərkəzi şurasının rəhbəri olan Şelepin Britaniya həmkarlar ittifaqı rəhbərlərinin dəvəti ilə Londona səfər edərkən onun gəlişinə qarşı Ukrayna diasporunun iştirakı ilə nümayişlər keçirilib və bu, Brejnevə vaxtilə baş katib olmaq istəyən nüfuzlu rəqibini təqaüdə göndərmək üçün bəhanə verib.

Beləliklə, Ukrayna və rus millətçilərinin davası azı 100 ildir ki, davam edir. Ona görə də bəziləri hazırkı Ulrayna-Rusiya müharibəsini “iki qardaş xalqın savaşı” adlandırarkən bir xeyli yanılırlar. Onların düşmənçiliyinin tarixi kökləri var.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam