Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin Türk dünyasını “qazlamaq” istəyirdi, özü “qazlandı” –Rusiyanın Çin ümidinə Türkmən əngəli

“Rusiya prezidenti Vladimir Putin avqustun 11-də özünü pis hiss etməsinə baxmayaraq, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib. Ənənəvi olaraq, görüşün əsas hissəsindən sonra prezident qapalı və dar tərkibdə söhbətini davam etdirib”. 

Yenixeber.org: Telegram sosial şəbəkəsində “General SBR” adıyla fəaliyyət göstərən rus kanalı bu barədə məlumat yayıb.

Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan və vaxtaşırı Kremldən məxfi məlumatlar paylaşan kanalın iddiasına görə, Təhlükəsizlik Şirasının toplantısında bir sıra məsələlər müzakirə edilib: Əsas müzakirə mövzusu isə Putinin hələ 2022-ci ildə Qazaxıstan və Özbəkistanla qurmaq istədiyi “qaz ittifaqı” ilə bağlı təklifinə faktiki rədd cavabı alması ilə bağlı olub. 

“Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Rusiya prezidentinin Qazaxıstan və Özbəkistanı cəlb etməyə çalışdığı “qaz ittifaqı”nın yaradılması ilə bağlı danışıqlarda irəliləyiş olmamasından şikayətlənib. Onun avqustun 9-da çərşənbə günü Şavkat Mirziyoyevlə apardığı telefon danışıqları məhsuldar olmayıb və Rusiya prezidentini əziz məqsədinə yaxınlaşdırmayıb. Özbəkistan prezidenti “qaz ittifaqı” yaratmaq ideyasından imtina etmədən və ya tam imtina etmədən, hətta birlik konsepsiyasının ilkin müzakirəsi prosesini belə uzatmaq üçün bir çox səbəblər tapıb. Putin heç də səbəbsiz hesab etmir ki, Tokayev və Mirziyoyev sadəcə onu aldadırlar və bir növ “nə hə, nə də yox” oyunu oynayırlar. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xeyli söhbətdən sonra Putinə bu ideyanın əleyhinə olmadığını, yekun razılığı yalnız Mirziyoyevin prinsipial razılığından sonra verə biləcəyini açıqlayıb, lakin o da öz növbəsində qərarı gecikdirir, arzulanan fürsəti bloklayır, hətta layihənin başlanmasını belə elan etməyə tələsmir”, - məlumatda bildirilir.

 

İddiaya görə, Putin cümə günü keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra qurumun daimi üzvləri ilə söhbətində “sadə və rasional qaz birliyi" ideyasının həyata keçirilməsi yolunda bütün eniş-yoxuşlu problemlərindən danışıb, Qazaxıstan və Özbəkistan prezidentlərinin belə gözəl ideya ətrafında birləşmək istəmədiklərinə görə onların qarasınca ağır sözlər işlədib: “Görüş iştirakçıları isə prezidenti rəğbətlə dəstəkləsələr də, heç bir konstruktiv fikir bildirməyiblər”.

Qeyd edək ki, dünən axşam Qazaxıstanın rəsmi kanallarının yaydığı məlumatlar da “General SBR”-in iddialarını qismən təsdiqləyib. “Qazaxıstan Rusiyadan “üçtərəfli qaz ittifaqı”nın yaradılması ilə bağlı hər hansı rəsmi təklif almayıb”, - bu barədə respublikanın Energetika Nazirliyinin rəsmi nümayəndəsi Şinqis İlyasov bildirib, “Zakon.kz”-a açıqlamasında bildirib.

Ş. İlyasov vurğulayıb ki, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Özbəkistan Respublikası arasında qaz sənayesində üçtərəfli əməkdaşlığın formalaşdırılması təşəbbüsü Rusiya Federasiyası tərəfindən gəlib. Amma nə Rusiyadan, nə də Özbəkistandan Qazaxıstana rəsmi təklif göndərilməyib.

Məlumata görə, Kreml “üçtərəfli qaz ittifaqı” layihəsinin mahiyyətini belə izah edir: “birinci mərhələdə koordinasiya mexanizminin yaradılması, gələcəkdə həm daxili, həm də xarici bazarlar üçün qazın istehlakı və nəqli infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulur”.

 

Rusiyanın energetika naziri Nikolay Şulqinov ötən ilin iyun ayında bildirmişdi ki, bu ilin əvvəlində “Qazprom”un Qazaxıstan və Özbəkistandan olan tərəfdaşlarla imzaladığı yol xəritələri əsasında birliyin yaradılması ilə bağlı müzakirələr davam edir. 

Rusiyanın bu təklifi ən çox Türkmənistanı qıcıqlandırıb. Bildirilir ki, rəsmi Aşqabad Çinə qaz tədarükü ilə bağlı Rusiyaya bir çox suallarının olduğunu açıqlayıb. Türkmənistanın əsas sualı isə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskiyə yönəldilib. Çünki o, avqustun 11-də mediaya verdiyi açıqlamasında “qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsindən” danışıb. Buna başqa ölkələrin də maraqlarının olduğunu bildirən diplomat vurğulayıb ki, “əməkdaşlıq bütün iştirakçıların mövqeləri nəzərə alınmaqla, qarşılıqlı faydalı və konstruktivdir”.

Bu bəyanata Türkmənistanın reaksiyası özünü çox gözlətməyib. “Türkmənqaz” dövlət konserninin sədr müavini Murad Arçayev bildirib ki, “bu cür layihələr Pekinə qaz nəqli baxımından respublikanın maraqlarına toxunur”Çünki bəhs edilən kəmərin qolları Qazaxıstan və Özbəkistan ərazisindən keçir, Türkmənistan qazı da bu kəmər vasitəsilə Mərkəzi Asiya respublikasının əsas qaz istehlakçısı olan Çinə çatdırılır.

"Çinə tədarük edilən qaz həcmlərinin paylanması üçün mövcud sxem Türkmənistan-Çin qaz kəməri layihəsinin iştirakçılarının sayını genişləndirmək planlarını əhatə etmir", - deyə Arçayev vurğulayıb.

 

Arçayev əslində haqsız da deyil. Ukraynanı işğal edənə qədər Rusiya əsasən Avropa ölkələrinə qaz verirdi. Hətta 2000-ci illərdə Türkmənistan qazının Transxəzər xətti ilə Avropaya nəqli layihəsinin qarşısını zorla alıb, daşınma projesini öz üzərindən həyata keçirməyə çalışıb. 2003-cü il aprelin 10-da Rusiya ilə Türkmənistan arasında imzalanan təbii qaz müqaviləsi ilə 25 il müddətində 70-80 milyard kubmetr türkmən qazının Rusiyaya çatdırılması nəzərdə tutulurdu.

Türkmənistan 2009-cu ilə qədər Rusiyaya hər il 40-50 milyard kubmetr təbii qaz ixrac edirdi və bu qaz da Rusiyanın dövlət şirkəti olan “Qazprom” vasitəsilə Ukraynaya və Avropaya çatdırılırdı. Real dəyərindən xeyli ucuz qiymətə alınan bu qaza ödəmələr də gecikdirilir və istər-istəməz Moskva ilə Aşqabad arasında gərginliyə yol açırdı. Türkmənistan bu məsələni müntəzəm olaraq gündəmə gətirirdi. 

Bu dava-qalmaqallı “evlilik” uzun sürmədi. 2008-ci ildə Rusiyanın Gürcüstanın bəzi əyalətlərini işğalı və Ukrayna ilə aralarında yaşanan problemlər Avropanın bəzi ölkələrini qorxutdu. Onlar təbii qazdan silah kimi istifadə edən Rusiyaya çox bel bağlamağın mənasız olacağını anlayınca, Moskvanın arzuladığı səviyyədə qaz satışı reallaşmadı. Beləcə, “Qazprom” Türkmənistandan aldığı qazı azaltmağa başladı. 2009-cu ildə artıq “Qazprom” Türkmənistan qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcək hala gəldi. Məhz həmin ilin 9 mart ayında Türkmənistan-Özbəkistan sərhədi yaxınlığında Rusiyaya uzanan boru kəmərində partlayış baş verdi və bir il ərzində Rusiyaya qaz axını təmin oluna bilmədi. Türkmənistan partlayışda "Qazprom"u günahlandırarkən, eyni tarixdə Çinlə birgə layihələr həyata keçirmək məcburiyyətində qaldı. 2010-cu ildə Rusiyaya təbii qaz nəqli bərpa olunsa da, “Qazprom” ondan qaz alışı miqdarını 11 milyard kubmetrə endirildiyini açıqladı. Yəni Türkmənistanla bağlanan müqavilədə nəzərdə tutulandan 7-8 dəfə az.

 

2015-ci ildən etibarən "Qazprom" Türkmənistandan təbii qaz alışını 4 milyard kubmetrə qədər azaltdı. Bu azalmaya baxmayaraq, 2015-ci ilin son aylarında Türkmənistanın Neft və Təbii Qaz Nazirliyi “Qazprom”un 2015-ci ilin əvvəlindən aldığı təbii qazın pulunu ödəmədiyini bəyan etdi. Ukrayna böhranı ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan Rusiyanın təsirləndiyini və alıcılıq qabiliyyətinin azaldığını bildirən Türkmənistan Qazpromdan 400 milyon dollar alacağını açıqladı2016-cı ildə “Qazprom” artıq Türkmənistandan təbii qaz almayacağını rəsmən açıqladı. Səbəbi olaraq təbii qaz bazarındakı vəziyyət və “Qazprom”un iqtisadi problemləri göstərildi.

Türkmənistan bundan sonra bütün diqqətini Çin bazarına yönəltdi. Çin və Türkmənistan arasında təbii qaz layihələri Türkmənistan və Rusiya arasındakı bu təbii qaz böhranına əhəmiyyətli dərəcədə təsir etdi. Türkmənistanın Rusiyadan asılılığının azaldılması və Çinin təbii qaza artan ehtiyacı ideyası 2009-cu ildə Türkmənistan-Çin təbii qaz kəmərinin açılmasına səbəb oldu. Hər il Pekinə 65 milyard kubmetr qaz çatdırmağı hədəfləyən layihənin uzunluğu təxminən 7 min kilometrdir. 2009-cu ildən bəri Türkmənistandan Çinə daşınan təbii qazın həcmi davamlı olaraq artırır. Ötən il Çinlə bağlanan müqavilə ilə bu ölkədən Asiya nəhənginə 4-cü kəmərin çəkilməsi planlaşdırılır. 185 kilometri Türkmənistan, 529 kilometri Özbəkistan, 1300 kilometri Qazaxıstan və təxminən 5 min kilometri Çin sərhədləri daxilindən keçən bu kəmərlər Avropaya qaz alışları durdurulduğuna görə Avrasiyada enerji paylanmasında monopoliya qurmağı hədəfləyən Rusiyanı faktiki olaraq oyundankənar vəziyyətə salır. Görünür, Rusiya da bu əngəli aşmaq üçün Özbəkistan və Qazaxıstanla anlaşıb Türkmənistanı sıradan çıxarmağa çalışırBelə aydın olur ki, hər iki Türk respublikası Türkmənistanı Rusiyaya yedirməmək üçün Putinin bu planına qarşı çıxırlar.

Bununla belə, Rusiyanın Çin uğrunda Türkmənistanla rəqabət aparmaqdan başqa çarəsi də qalmayıb. Çünki onun üzünə başqa bazarlar bağlıdır. 

 

Rəsmi statistikaya görə, Rusiya ötən ildən Çinə qaz tədarükünü artırıb və bu il demək olar ki, Türkmənistana yaxınlaşmaq əzmindədir. Çin Baş Gömrük İdarəsinin statistikasına görə, Rusiyadan bu ölkəyə tədarüklər 2023-cü ilin birinci yarısında dəyər ifadəsi  ilə 3,4 milyard dollar, Türkmənistandan isə 5 milyard dollardan çox olub. Aşqabad tədarükçülər arasında hələ də birinci yerdədir. Lakin Moskva ötən ildən bəri onun üçün ciddi rəqibə çevrilib. Özbəkistan və Qazaxıtanın Rusiyanın him-cimlərinə aldanmaması isə Putinin bu arzusunu da gözündə qoya bilər.(ovqat)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam