Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKİYƏNİN YENİ SİYASƏTİ QƏRBİ MƏMNUN EDİR –Nələr dəyişə bilər? (Təhlil)

Türkiyənin NATO-dakı müttəfiqlərilə arası soyuyandan sonra, qəfil “geri dönüş” etməsi və ABŞ-ı da məmnun edən bəzi addımlar atması, onun alyansdakı çəkisini bir xeyli artırıb.

Yenixeber.org: Bu barədə Qərb mediasında yazılır.

Xüsusilə də, “Reuters” agentliyi qeyd edir ki, Prezident Ərdoğanın “siyasi xəttini dəyişməsi” ABŞ-ı məmnun edib və ölkəsinin iqtisadi sıxıntılardan qismən xilas olması və xarici investisiyaların artması üçün ümidlər yaradıb.

Agentlik bildirir ki, Ərdoğanın Putinlə münasibətləri son illərdə Qərb müttəfiqləri ilə də münasibətlərə təsir edirdi, lakin son zamanlar Türkiyə liderinin “fərqli mövqe” nümayiş etdirməsi, NATO çərçivəsində kompromisə meyilli addımlar atması, xüsusilə də, Rusiyanı qıcıqlandırsa belə, “Azovstal” əsirlərini Zelenskiyə təhvil verməsi Qərb siyasi dairələri arasında rəsmi Ankaranın nüfuzunu xeyli artırıb. Hətta “Reuters” qeyd edib ki, Kremlin buna “ilıq etiraz” göstərməsi belə, Qərbin diqqətindən yayınmayıb.

Bir tərəfdən, bütün olanlara rəğmən, İsveçin NATO üzvlüyünə Ərdoğanın razılıq verməsi Qərbdəki müttəfiqlərin Türkiyəyə yanaşmasına da təsir edəcək. Qərb mediası bunun Türkiyə iqtisadiyyatına da təsir edəcəyi fikrindədir.

Şübhəsiz ki, Türkiyənin NATO prinsiplərinə sadiq qalması onun Avropa İttifaqına üzv olmaq istəyinin də reallaşmasına təsir edəcək.

Qərb müttəfiqləri görürlər ki, Türkiyə regionda əsas oyunçulardan biridir və hətta, bəzi önəmli məqamlarda Kremlə də təsir edə bilir.

Belə olduğu halda, Türkiyə kimi müttəfiqi kim itirmək istər?

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krım tatarlarının taleyinə biganə yanaşmadığını dəfələrlə vurğulayıb. Ərdoğanın dediyi kimi, rəsmi Ankaranın əsas prinsiplərindən biri də odur ki, Krım türkləri öz tarixi torpaqlarına qayıtmalıdır və orada, türkəsilli icmanın muxtariyyət hüquqları bərpa olunmalıdır.

Bunu rəsmi Brüsseldə də, Moskvada da, Vaşinqtonda da başa düşürlər.

Qərbin ən çox xoşuna gələn, hətta təəccübləndirən də odur ki, Türkiyənin Ukraynaya müxtəlif silahlarla, o cümlədən “Bayraktar” dronları ilə yardım etməsinə baxmayaraq, rəsmi Moskva Ankara ilə “ipləri” qoparmır, hətta, ən vacib məqamlarda belə, yeganə “ünsiyyət kanalı” kimi Türkiyə ortaya çıxır.

Bu da, Türkiyə rəhbərliyinin həm siyasi nüfuzunun, həm də Türkiyənin alyansda vacibliyinin bir daha vurğulanması deməkdir. Görünür ki, seçkilərdən əvvəl Putinə qarşı “sərt tədbirlər görüləcəyini” deyən müxalifət liderlərindən fərqli olaraq, Ərdoğanın yürütdüyü siyasətin mahiyyəti tədricən NATO müttəfiqlərinə aydın olmaqdadır.

Bu isə o deməkdir ki, Türkiyənin istər siyasi, istərsə də iqtisadi baxımdan müəyyən məqamlarda Qərbdəki müttəfiqlərlə ortaq məxrəcə gəlməsinə ümidlər yaranıb. Türkiyənin Avropa İttifaqına qoşulması ilə bağlı ümidlər də yersiz sayıla bilməz.

Əslində, burda yeni siyasət yoxdur, sadəcə, Türkiyənin çoxdan yürütdüyü vahid siyasi xəttin ortaya çıxardığı “yeni faktlar” var.

Necə deyərlər, həqiqət acı olsa da, qəbul etmək lazımdır. Qərb dövlətləri bu gün Türkiyən regiondakı rolunu nə qədər “acı” qarşılasa da, danılmaz həqiqət budur, görməmək mümkün deyil.(azpolitika)

Rüfət Əhmədzadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam