Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hitleri Berqhofda iki snayper vuracaqmış –Çörçill əməliyyatı ləğv edib

Hakimiyyətdə olduğu 12 il ərzində (1933-1945-ci illər) Adolf Hitlerə qarşı ən azı qırx dəfə sui-qəsdə cəhd edilib. Bu cəhdlərin heç biri uğurlu alınmayıb. Fürerin güclü mühafizəsi sayəsində, yaxud da təsadüf nəticəsində Hitlerin həyatına son qoymaq mümkün olmayıb.

Yenixeber.org: Hitlerə qarşı qəsd planları həm Almaniya daxilində, həm də xarici ölkələrdə hazırlanıb. Fürerin fiziki cəhətdən məhv edilməsi Böyük Britaniyanın baş naziri Uinston Çörçillin də təxirəsalınmaz planlarından birinə çevrilib. Britaniyalı siyasətçi alman faşizmi üzərində qələbəni sürətləndirmək üçün fürerin aradan götürülməsini zəruri sayıb. Elə bu məqsədlə də 1944-cü ildə onun təşəbbüsü ilə “Foksli” əməliyyatına ciddi hazırlıq başlanıb.

winston-churchill-cigars.jpg (148 KB)

II dünya müharibəsi zamanı Britaniyada Xüsusi Əməliyyatlar İdarəsi (SOE) yaradılıb ki, “Foksli” əməliyyatı da bu idarə tərəfindən hazırlanıb. Qeyd edək ki, Xüsusi Əməliyyatlar İdarəsi Almaniya tərəfindən işğal olunan ərazilərdə kəşfiyyat, xüsusi döyüş kəşfiyyatı, diversiya, məxfi məlumatların əldə edilməsi məqsədilə yaradılıb. Eyni zamanda idarə müttəfiq ölkələrin kəşfiyyat xidmətlərinə hərtərəfli yardım göstərməsinə də cəlb edilib. Xüsusi Əməliyyatlar İdarəsinin nümayəndələri Almaniyanın işğal etdiyi bütün ölkələrdə fəaliyyət göstəriblər. O cümlədən idarənin SSRİ-də və ABŞ-da da mənzil qərargahları olub. İdarənin əməkdaşları rəsmi ştat cədvəlinə salınmayıb və onlar vəzifələrini yüksək məxfilik şəraitində icra ediblər.

İdarə tərəfindən Hitlerə sui-qəsd hazırlamaq ideyası 1944-cü ilin əvvəllərində yaranıb. Bununla bağlı bir neçə plan hazırlanıb.

Planlardan birincisi fürerin ölkə daxilində səfərləri zamanı onun hərəkət etdiyi qatarı partlatmaq olub. İdarə əməkdaşlarının bu işdə böyük təcrübəsi olduğundan məhz bu variant seçilib. Amma Hitlerin hərəkət qrafikini müəyyənləşdirmək mümkün olmadığından bu plan təxirə salınıb.

3742.jpg (146 KB)

İkinci planda Hitlerin daha çox olduğu iqamətgaha gedən su xətlərinə çıxış tapmaq və suya qoxusu olmayan zəhərli maddə qatmaq nəzərdə tutulub. Bu plan mürəkkəb bir proses olduğundan və Hitlerin istifadə etdiyi qida məhsulları, o cümlədən su əvvəlcədən ciddi şəkildə yoxlanıldığından mümkünsüz sayılıb.

Nəhayət, üçüncü plan reallığa daha uyğun gəlib. Reallığa əminliyi yaradan isə əvvəllər Hitlerin şəxsi mühafizəsində xidmət edən, sonra isə əsir düşən zabit olub. Zabit bildirib ki, Hitler Berqhofdakı iqamətgahında olanda səhərlər eyni vaxtda, saat 10 radələrində iqamətgah yaxınlığındakı meşəlikdə 20-30 dəqiqlik gəzintiyə çıxır, gəzinti zamanı tək qalmağı üstün tutur və mühafizəni ətrafından kənarlaşdırır. Keçmiş mühafizəçi onu da bildirib ki, Hitlerin Berqhofda olmağını müəyyənləşdirmək də asandır, fürer iqamətgaha gələndə onun ştandartı ( şəxsi bayrağı) o qədər yüksəyə qaldırılır ki, kənardan rahatlıqla onu görmək mümkün olur.

Bu və digər dəqiqləşdirilmiş faktlarla “Foksli” əməliyyatının hazırlığına başlanılıb. Əvvəlcə əməliyyatın əsas müəlliflərinə, iki snayperə ciddi təlimlər keçirilib. Onlar hərəkət edən hədəfləri belə məhv etməyə qadir olublar. Daha sonra alman dilində sərbəst danışa bilən dəstə alman hərbi formasında ərazini öyrəniblər. Snayperlər də alman hərbi formasında hədəflərinin 300-400 metrlik məsafəsində mövqe seçməyə nail olublar. Kəşfiyyatın məlumatına görə, Hitlerin Berqhofa gəlişi 13-14 iyulda gözlənilib.

4-8.jpg (154 KB)

Xüsusi Əməliyyatlar İdarəsinin əməkdaşları və köməkçi qüvvələr əməliyyatın keçirilməsini gözlədiyi günlərdə Londonda əməliyyatla bağlı növbəti müzakirələr başlanıb. Uinston Çörçill və əməliyyatı icra edəcək idarənin rəisi feldmarşal Cerald Templer Hitlerin məhv edilməsi, əməliyyatın icrasını mütləq sayıblar. Birinci şəxslərin bu mövqeyinə baxmayaraq, Xüsusi Əməliyyatlar İdarəsinin Almaniya nümayəndəliyinin rəhbəri polkovnik Ronald Tornli mövcud dövrdə “Foksli” əməliyyatının keçirilməsini məqsədəuyğun saymayıb.

Fikir ayrılığları ilə bağlı mübahisələr 1944-cü ilin noyabr ayına qədər davam edib. Nəhayət, noyabrın 2-də Çörçillin də iştirak etdiyi məxfi müşavirədə “Foksli” əməliyyatının həyata keçirilməməsi haqqında qərar qəbul edilib, əməliyyatı icra edəcək şəxslər geri çağrılıblar.

“Foksli” əməliyyatı aşağıdakı səbəblərə görə təxirə salınıb:

1. Almaniya məğlubiyyətin astanasındadır.

2. Hitler heç vaxt güclü strateq sayılmayıb, buna görə onun hakimiyyətdə olması Britaniya, ABŞ və SSRİ üçün sərfəlidir.

3. Hitlerin fiziki məhv edilməsindən sonra 3-cü Reyxin rəhbərliyinə daha güclüləri gələ bilər.

2acbcdb6e8b3d3cbff73359b9d88c26b.jpg (143 KB)

Beləlikllə, dünya ağalığı iddiasında olan Adolf Hitlerə qarşı növbəti sui-qəsd cəhdi yenə də baş tutmayıb, füreri öldürmək mümkün olmayıb. Sui-qəsd cəhdlərində bəxti gətirən Hitler sonda bu işi intihar etməklə özü görüb.

“Foksli” əməliyyatı haqqında çoxsaylı məqalələr dərc olunub, iki film çəkilib. Uzun illər siyasi və hərbi ekspertlər tərəfindən bu əməliyyatın keçirilib-keçirilməməsinin məqsədəuyğunluğu müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlərin qənaətinə görə, “Foksli” əməliyyatının keçirilməsi vacib sayılıb.

Onlar bunu belə əsaslandırıblar ki, 1944-cü ildə Hitler məhv edilsəydi, qələbəni daha tez əldə etmək olardı, 1944-cü ilin iyul ayından 1945-ci ilin may ayına qədər almanlar tərəfindən öldürülən yüz minlərlə döyüşçü və əsirlər də sağ qalardılar.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam