Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi –FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində “Balaxanı Operating Company” LTD şirkətinin  fəaliyyətində qanunsuzlar aşkar edilib.

Yenixeber.org: SİMDNX-dan verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud  qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır

    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam