Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aprel döyüşləri - Azərbaycanın döyüş uğurlarının təməli -ŞƏRH

 

 Yenixeber.org: Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqillyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Aprel müharibəsi 44 günlük döyüşlərin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı. Məlum oldu ki, Ermənistan ordusu, kəşfiyyatı heç də müxtəlf mənbələrin təbliğ etdikləri səviyyədə deyil. Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində istefalar oldu, bir çox yüksək vəzifəli şəxslər həbs edildi. Rəsmi İrəvan çaşbaş vəziyyətə düşdü. Hakimiyyət günahkarları axtarmağa başladı. Bu hadisələr həm də Ermənistanda hakimiyyət dəyişikliyinin əsasını qoydu. Düz iki il sonra, 2018-ci ilin aprelində Ermənistanda yeni siyasi qüvvələr hakimiyyətə gəldi. O vaxtkı prezident Serj Sarqsyana qarşı müxtəlif ittihamlar qaldırılıb, istintaq hələ də davam edir. Serj aprel döyüşləri məğlubiyyətinin əsas suçlusu olaraq qınanır. Serj Sarqsyan apreldə uduzmalarının səbəbini əsaslandıra bilmirdi. Xocalı sakinlərinin qatili hakimiyyətdə olduğu müddətdə ilk dəfə Azərbaycan əsgəri tərəfindən sarsıdıcı zərbə almışdı. Həmin günlər İrəvan-Moskva arasında danışıqlar da intensivləşmişdi. Ermənistanın xahişi, Rusiyanın istəyi və vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də tərəflər atəşkəsə razılaşdılar.

 

Aprel müharibəsi Azərbaycan hərbçilərinin döyüşə hazırlıq vəziyyətinin yoxlanılması üçün baş məşq də sayıla bilər. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikalar da sınaqdan çıxarılıb. Məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri “Harop” kamikadzek PUA, “ThunderB” nəzarət dronları və “Spike”ləri, “TOS-1A” 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq edib. Məlumatlara görə, 4 günlük döyüşlər başlamazdan əvvəl Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirib. Belə əməliyyatlardan biri Aprel döyüşlərindən iki həftə öncə baş verib. Eyni zamanda Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq Əsgəran bölgəsindəki Hava Hücumundan Müdafiə Kompleksinin RLS-ni məhv etmişdi.

Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğrularını dövlət başçısı qiymətləndirib. 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin uyğun sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” Ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” Ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırıb.

Həmin günlərdə cəmiyyət də özünü təmkinli və mübariz apardı. Azərbaycan cəmiyyəti müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda göstərdiyi birliyi apreldə də nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan cəmiyyətinin birliyinin yoxlanılması üçün bir sınaq oldu. Həmin günlərdə beynəlxalq ictimaiyyətin təmsilçiləri - BMT, ABŞ, Avropa İttifaqı, onların ətrafındakı ayrı-ayrı dövlətlər Azərbaycanı qınadılar və ittiham etdilər. Onlar yenə də uzun illərdir deyilən açıqlamaları təkrarlayırdılar. ABŞ-ın o vaxtkı dövlət katibi, Azərbaycana qarşı tətbiq edilən 907 saylı düzəlişin həmmüəllifi Con Kerri və müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid edib.

Eyni zamanda həmin günlərdə Azərbaycanın dostları və düşmənləri bir daha təsdiqləndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığında silahlı toqquşma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verərək bildirmişdi: “Çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd yanaşması nəticəsində biz bu mənzərə ilə qarşı-qarşıya qaldıq”. Pakistan Prezidentinin katibi Əhməd Fərrux isə belə demişdi: “Pakistan həmişə Azərbaycanın yanındadır. Azərbaycan qardaş və dost ölkədir”. Təəssüf ki, İran Aprel müharibəsi zamanı verdiyi bəyanatın arxasında 44 günlük döyüşlərdə durmadı. İranın müdafiə naziri general-mayor Hüseyn Dehqani Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova telefon danışığı zamanı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd etmiş, münaqişəsinin qısa müddətdə beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirmişdi. O, münaqişənin həll olunmasında Azərbaycana yardım və dəstəyini təklif etmişdi. Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdı və s.

 

Aprel döyüşləri bir neçə məsələyə aydınlıq gətirdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir; Azərbaycan cəmiyyəti birliyini göstərdi; Azərbaycan Ordusu döyüş qabiliyyətini nümayiş etdirdi; Prezident İlham Əiyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə təsdiqləndi; Ermənistanın bütün sahələrdə gücsüzlüyü və döyüş qabiliyyətinin çox zəif olduğu dünyaya məlum oldu; Ermənistanın havadarlarına zərbə vuruldu; ATƏT-in Minsk qrupunun fərsizliyi və fəaliyyətsizliyi bir daha sübuta yetdi; Ermənistan siyasi-ideoloji xülyalarının puç olduğunun əsası qoyuldu; Aprel döyüşləri Ermənistanın dövlət deyil, regionda başqalarının sifarişini yerinə yetirən, ianə ilə dolanan təşkilat olduğunu faş elədi; Türkiyə, Pakistan, Ukrayna və başqalarının Azərbaycanla dost, əsl müttəfiq olduqları bir daha təsdiqləndi.

Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlər və ermənlərin havadarlarına sübut elədi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, buna mane olan regiondaxili amil Ermənistandır. Rəsmi Bakı aprel hadisələri ilə beynəlxalq güclərə, erməni lobbisinə, havadarlarına ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi. Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Qələbə paradı ilə yekunlaşdı.

Yeri gəlmişkən, Azərbaycan cəmiyyətində aprel ayı məyusluq da yaradıb. Çünki 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini ermənilər, bolşeviklər işğal edib, süquta yetiriblər. Ancaq Aprel döyüşlərinin qəhrəmanları bu ayı Azərbaycana şərəfli təqvim olaraq təqdim etdilər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam