Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DİVİZİYA KOMANDİRİ VƏ DESANT ALAYININ KOMANDANI MƏHV EDİLDİ... -Yüksək rütbəli zabitləri öldürüldü, əsir götürüldü + FOTOLAR/VİDEOLAR

Sosial şəbəkələrdə Rusiya qırıcıları tərəfindən hava hücumuna məruz qalan və 300-ə yaxın insanın həlak olduğu Mariupol Dram Teatrının səmadan görüntüsü paylaşılıb. Kadrlar drondan çəkilib.

Yenixeber.org: Videoda bir zamanlar insanların sığınacağı kimi istifadə olunan binanın yanında iri hərflərlə “Uşaqlar” yazıldığı da görünür.

Xatırladaq ki, faciəvi hadisə martın 16-da baş vermişdi. Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bombardman zamanı binanın zirzəmisində 1300-dən çox adamın qaldığını bildirmişdi.

Drondan çəkilmiş kadrlarda həmçinin Rusiya ordusunun əməliyyatları nəticəsində acınacaqlı vəziyyətə düşmüş Ukraynanın liman şəhərinin başqa binaları da əks olunub.

***

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 331-ci Qvardiya Hava Desant Alayının bütün komandanlığını məhv edib. Bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev Facebook-da yazıb.

Onun sözlərinə görə, Ukrayna ərazisində hərbi toqquşmalar nəticəsində 331-ci alaya komandanlıq edən polkovnik Sergey Suxarev öldürülüb. Qərargah rəisi, podpolkovnik, qərargah zabitləri də hamısı məhv edilib.

Eks-deputat onu da xatırladıb ki, 2014-cü ildə İlovayski “yaşıl dəhliz”lə tərk edən Ukrayna qoşunlarına məhz 331-ci alay kürəyindən xain zərbəsi endirib. Həmin hücuma şəxsən Suxarev rəhbərlik etmişdi. Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan bildirib. 

 

 

O vaxt Suxarev yalnız bir batalyon-taktiki dəstəyə rəhbərlik edirdi. Lakin Ukraynanın işğalı zamanı Suxarev artıq alaya komandanlıq edirdi.

***

Ukraynada həlak olan rusiyalı hərbçilərinin sıralarına raket artilleriya diviziyasının komandiri, Tatarıstandan olan polkovnik-leytenant Dmitri Domidontov qatılıb. 

Onunla birlikdə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı artilleriyaçı Aleksandr Okrujnov həlak olub.

Həmçinin qərargah rəisi, Altay diyarından olan mayor Oleq Lisovski və dəniz piyadaları tağımının komandiri, baş leytenant Bekham Verdixanov da həlak olub. 

Bu barədə Dialoq.UA Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefanın Telegram kanalına istinadən xəbər verir.

Qeyd olunur ki, polkovnik-leytenant Domidontov martın 20-də məhv edilib. Ukraynalı müdafiəçilər üç rusiyalı zabitinin: bölmə komandiri, batalyon komandiri və aviasiya nəzarətçisi olan blindajı vurublar. 

“Onlar artıq Ukraynaya və onun xalqına qarşı hərbi cinayətlər törətməyəcək”, - Stefan bildirib.

Dormidontov Ukraynada “təlimlər” zamanı öldürülən ikinci tatarıstanlı polkovnik-leytenantdır. Bundan əvvəl Kazanlı Renat Qaysin məhv edilib.

 

 

Ukrayna döyüşçüləri Xarkov vilayətində Rusiya ordusunun tank polkunun leytenant rütbəli zabitini əsir götürüblər. Virtualaz.org xəbər verir ki, Molçanov Dmitri Vladimiroviç adlı həmin zabit Rusiyanın Qərb Hərbi Dairəsinin tərkibində olan 59-cu tank polkunda qulluq etdiyini, rabitə rəisi olduğunu deyir. Bildirir ki, bir aydan artıqdır gedən döyüşlərdə onların polku tam məhv edilib. Polkun şəxsi heyətindən cəmi 2 nəfər sağ qalıb, qalanlar isə ya öldürülüb, ya yaralanıb.

Leytenant Molçanovun xidmət etdiyi polk Xarkov vilayətindəki Malaya Roqan kəndinə daxil olub və kəndi dağıdıb.

“Polkun şəxsi heyətinin demək olar ki, hamısı öldürülüb, bir qismi əsir düşüb. Cəmi iki nəfər sağ qalıb - kapitan Denisov və polkovnik Oneykin”, - o deyir.

Xatırladaq ki, Xarkov istiqamətdə gedən döyüşlərdə Rusiyanın Qərb Hərbi Dairəsinin 1-ci tank ordusu nəhəng miqdarda itkilər verib, nəticədə ordu komandanı, general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib. 59-cu tank polku da 1-ci tank ordusunun diviziyalarından birinin tərkibindədir.

 



Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsndə məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 300 hərbçi zərərsizləşdirilib.

 

 

Bundan başqa, hücum edən tərəfin 605 ədəd tankı, 1 723 ədəd zirehli döyüş maşını, 305 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 131 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1 184 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Bu arada Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb. Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.

 

 

7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.

Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.

Bu arada Rusiyanın işğalından azad olunan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinin görüntüləri yayılıb. Görüntüləri “Ukrainska pravda” nəşri paylaşıb.

Kadrlarda raket zərbəsinə məruz qalmış körpülər, binalar və ümumiyyətlə dağıdılmış şəhər infrastrukturu, habelə həlak olmuş insanların nəşi əksini tapıb.

Xatırladaq ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpen martın 28-də işğaldan tam azad olunub.

 

 

“Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.

Bunu isə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.

Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək”, - məlumatda vurğulanıb.

 

 

Rusiya qoşunları isə həmişəki kimi şəhərləri bombalayıb, mülki əhalini qətlə yetirməkdədir.  Bu gün səhər də Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalına istinadən xəbər verir.

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam