Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Geri çəkilmədən necə geri getməli?”-Kreml müharibə çıxılmazında 

Yenixeber.org: ABŞ və Rusiya xarici işlər nazirlərinin Cenevrə görüşləri başa çatdı. 21 yanvarda Lavrov və Blinken arasındakı danışıqlar sülhə ümid yaratmasa da müharibəni də ertələmiş görünür. Real müharibə təhlükəsi varmı? Bu sual da ayrıca düşündürücüdür. Nazirlərin brifinqindən yayılan məlumatları gözdən keçirəndə belə məlum olur ki, vəziyyət təkcə kritik həddə deyil, həm də elədir ki, geri dönmək qərarı vermək geri dönməkdən daha çətindir. Bu cür hərbi-siyasi və psixoloji gərginlik biləyə keçirilmiş qandal kimidir – istənilən hərəkət onu daha da sıxılmağa məcbur edir. Beləliklə, 

Lavrov deyir: 

1. Rusiyanın Ukraynaya hücum planı yoxdur. 

Deməli, Ukrayna sərhədinə topladığı bu qədər qoşun və texnikaya baxmayaraq, Rusiya “hücum” etirafından çəkinir. Müharibənin gözlənilən risklərini qiymətləndirir, amma geriyə dönüş üçün hər hansı yol təsəvvür edə bilmir.

2. ABŞ yazılı qarantiya verməlidir, gələn həftə verəcək

Aydın məsələdir ki, ABŞ Rusiyaya onun milli sərhədləri çərçivəsində hər hansı təhlükədə olmayacağına dair sənəd verə bilər. Ancaq Rusiyanın iddia etdiyi formada regional təsir dairələrinə bölgü ilə razılaşmaq mümkün görünmür və bu baxımdan da bu “qarantiya kağızı”ndan ciddi bir məsələ gözləmək doğru olmaz. 

3. Rusiya Ukrayna xalqına təhdid deyil

Rusiyada başa düşürlər ki, Moskva üçün ən böyük dəhşət Ukrayna və Belarus kimi yaxın xalqlarla savaş ola bilər. Bu, artıq “qərblə savaş” kimi təqdim edilə bilməz və Rusiyanı hərbi, eyni zamanda siyasi-inzibati baxımdan parçalaya bilər. Moskva vilayəti özünü Avropa mədəniyyətinin bir hissəsi kimi görür. 

4. Bu görüşdən hansısa nəticə gözləmirdik

Elə isə bu etiraf da təsdiq edir ki, Kreml geri çəkilmək üçün, ya da “irəli” daha bir təhlükəli addım atmamaq üçün zaman qazanmaq istəyir. Nəticəsinə ümid etmədiyi görüşə  razılıq verməyi başqa cür şərh etmək bir qədər çətindir.

5. NATO Rusiyaya qarşıdır. 

Rusiya? Rusiya NATO-ya qarşı deyilmi? Rusiya o zaman kimə qarşıdır? Niyə silahlanır? Özünü kimdən qorumaq istəyir? 

6.Qərbin Ukraynanı silahlandırması gərginliyi artırır

Rusiyanın belə iddiası həm də onu göstərir ki, Qərb Ukraynanı silahlandırmasaydı, daha yaxşı olardı. Məsələni “daxili qaydada” həll edərdilər. “Gərginlik” isə bu ifadədə “müqavimət” kimi başa düşülməlidir.  

Blinken deyir: 

1. Müttəfiqlərimizlə məsləhətləşib birlikdə addım atacağıq.

ABŞ, Bayden administrasiyası, söz verdiyi kimi, Qərbi bir koalisiyada saxlamaq üçün çalışacaq və bütün qərarları birlikdə verəcəklər. Nəzərə alsaq ki, “Şimal axını-2” layihəsi hazırda sual altındadır və Fransanın da Rusiyaya qarşı ritorikası sərtləşib, bu o deməkdir ki, Qərb cəbhəsində özünə inam artıb və əvvəlki kimi pərakəndəlik yoxdur. Üstəlik, Britaniyanın Ukraynanı açıq-aşkar silahlandırması Kremli xeyli pəjmürdə edib. 

2. Diplomatik prosesə önəm veririk. 

Blinken deyir ki, danışıb anlaşmaq  daha faydalıdır. Yəni, biz müharibə istəmirik. 

3. Moskva gərginliyi artırır. 

Müharibəni Rusiya istəyir, Ukrayna sərhədinə qoşunları Moskva yığıb, Krımı onlar işğal ediblər. Biz, sadəcə, problemin dərinləşməsini istəmirik. 

4. Rusiya hücum etsə, sərt, sürətli və qəti cavab alacaq. 

Nəhayət, Rusiya Qərbin bütövlüyünə xələl gətirən addım atıb, diplomatiyanı qulaqardına vursa və müharibə eşqinə düşsə, o zaman biz ona göstərəcəyik. 

Blinkenin bu açıqlamalarındakı ardıcıllığa fikir versək, görərik ki, burada bir məntiq var. Yəni, planın bəndləri yazılmış kimi görünür. ABŞ müharibəni son variant kimi düşünür və bunun “sərt, sürətli qəti” olacağını deyir. Tərcümə etmək isə artıq Rusiyaya daha çox lazımdır. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam