Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı-QADAĞALAR/FOTOLAR

Yenixeber.org: Bu ilin əvvəlində iki hindistanlı - Raca və Priti Narasimhan "ictimai yerlərdə yerə tüpürməyi dayandırın" mesajı ilə ölkə boyu kampaniya başladıblar. Cütlük əllərindəki meqafonlarla avtomobildən "tüpürmək əleyhinə" şüarlar səsləndirib. 

Hindistanda olmusunuzsa, ər-arvad Narasimhanların nəyə qarşı mübarizə apardıqlarını yaxşı bilirsiz. Ölkənin küçələri tüpürcəklərlə "bəzədilib" - həm "sadə", həm də bəlğəmli tüpürcəklərlə. Bəzən də kofeinə bənzər stimullaşdırıcı betel qozunu çeynəyən insanların qanlı tüpürcəkləri ilə. Hətta Kəlküttə şəhərinin tarixi Haora körpüsündə də vəziyyət belədir.

Bu səbəbdən Narasimhan cütlüyü küçələri, binaları və körpüləri yerə tüpürən insanlardan qorumaq üçün ölkə boyu təbliğatla məşğuldur.

Mumbayda tüpürməyin ictimai sağlamlığa nə qədər zərərli olduğunu izah etmək üçün divarlara qraffitilər çəkilib

Puna şəhərində yaşayan cütlük 2010-cu ildən bu yana sözügedən problemə qarşı mübarizə aparır. Bu mövzuda seminarlar təşkil edir, onlayn və oflayn kampaniyalar vasitəsilə yerli bələdiyyələrlə birlikdə təmizlik işləri təşkil edir.

Cənubi Asiyada betel və ya areka qozu deyilən məhsulları betel yarpaqlarına bükmək və çeynəmək geniş yayılmış ənənədir. Onların paan və ya qutkha kimi müxtəlif növləri də var. Orqanizmdə kofein effekti yaradan, müəyyən müddətdən sonra ağız xərçənginə səbəb olan bu məhsullar ağzı qırmızıya boyayır. 

Raca deyir ki, bir dəfə Pune dəmiryolu stansiyasında paan ləkələrini örtmək üçün divarı boyayıblar, amma üç gün sonra insanlar yenidən divara tüpürməyə başlayıblar.

Onlar Raca və ərinin tənqidlərinə etiraz edir, hətta əsəbləşiblər, hətta biri "Sənə nə? Atanın malıdır?" deyə qəzəblənib də.

Priti deyir ki, pandemiya dövründə müəyyən dəyişikliklər baş verib, tüpürənlərin bəziləri hətta üzr də istəyiblər: "Epidemiya təhlükəsi onları da düşündürdü".

                       "Tüpürən ölkə"

Tüpürmək adətinə qarşı bu ölkədə həmişə könülsüz mübarizə aparıblar. Mumbay şəhərində isə ən çətin yol seçilib - yerə tüpürən, zibil atan və ya işəyən insanları danlamaq "başa bəla" könüllü nəzarətçilərə həvalə edilib.

Bəzi şəhərlərdə yerə tüpürən kişilərə tüpürcəklərini təmizləmək cəzası verilir

Ardınca koronavirus epidemiyası başlayıb. Tüpürmək vərdişini aradan qaldırmaq üçün "Fəlakətlərin idarə edilməsi" qanununa uyğun olaraq pul və hətta həbs cəzaları tətbiq edilməyə başlayıb. Baş nazir Narendra Modi tüpürməyi "həmişə səhv hərəkət olduğunu bildiyimiz bir şey" adlandıraraq kişiləri yerə tüpürməməyə çağırıb.

Amma səhiyyə nazirinin 2016-cı ildə dedikləri bunun tamamilə əksi olub: "Hindistan tüpürən bir ölkədir. Darıxanda tüpürürük. Yorulanda tüpürürük. Əsəbləşəndə də tüpürürük. Biz tüpürürük. Hər yerdə, bəli, hər yerdə tüpürürük. Saat neçə olur-olsun, həmişə tüpürürük". 

O da özünə görə haqlıdır. Hindistanda küçəyə tüpürmək çox yayğın ənənədir. Yol kənarında dincələn kişilər başlarını o tərəf-bu tərəfə tərpədib ağızlarının suyunu yerə atırlar. Velosiped, avtomobil və ya avto-rikşa sürən adamlar başlarını uzadıb işıqforlara tüpürməkdən çəkinmirlər. Bundan əvvəl qırtlaqlarındakı bəlğəmi tərpətmək üçün hündürdən səs də çıxarırlar.

Bu vərdiş əsasən kişilərə xasdır. Köşə yazarı Santosh Desai yazır ki, hindistanlı kişilər öz bədənlərindən çıxan hər şeydən çox məmnundurlar:

"Bu, şüurlu, eqoist bir rahatlıqdır. Narahat olsam, dərhal tədbir görərəm. Mən özümü məhdudlaşdırmaq fikrini həqiqətən də sevmirəm".

Hindistanda nəşr olunan "The Telegraph" qəzetinin redaktor müavini Uddalak Mukherjee qeyd edir ki, tüpürmək həm də toksik kişiliyi gücləndirən "talançılıq" formasıdır.

Amma niyə hamının yanında tüpürəsən ki?

Raca Narasimhanın sözlərinə görə, əsas səbəb "vaxt keçirməyə" görə yaranan qəzəbdir: "Bundan daha yaxşı bir işlə məşğul olmaq imkanları yoxdur. Ya da bəsit bir şəkildə hesab edirlər ki, tüpürmək onların haqqıdır". Tarixçi Mukul Kesavanın qənaətincə, daha bir səbəb "hindistanlıların kirlilik və ondan qurtulmaqla bağlı vasvasılığıdır".

Bəzi tarixçilərə görə, bu vasvasalıq hindlilərin və yuxarı sosial təbəqələrin natəmiz hər şeyi evdən kənara ataraq bədən təmizliyini qorumaq ideyasına əsaslana bilər.

"Tüpürməyə münasibət gigiyena məsələləri çərçivəsindən kənara çıxır. Bir dəfə bir taksi sürücüsü mənə dedi ki, pis bir gün keçirdim və bunu kənara atmaq üçün tüpürdüm", - Mukherjee belə yazır.

                      Tüpürməyə qarşı savaş

Belə görünür, Hindistan tarixində insanların hər yerə tüpürdüyü bir dövr olub. Çünki tüpürmək hətta kral məhkəmələrində də bayram edilib. Bir çox evdə böyük tüpürcək qabları olub.

Orta əsrlərdə Avropada süfrənin altında olduğu müddətdə - nə?? yemək zamanı tüpürmək olardı. Erasmus bununla bağlı məqaləsində yazırdı ki, "Tüpürməkdən geri çəkilmək hörmətsizlikdir". 1903-cü ildə "British Medical Journal"-da çıxan bir məqalədə isə Amerikadakı tüpürmə vərdişindən bəhs edilirdi.

1908-ci ildə Massaçusets ştatının sağlamlıq müfəttişi getdiyi hər fabrikdə dərzilərin niyə yerə tüpürdüklərini soruşmuş, ona belə cavab vermişdilər: "Əlbəttə ki, yerə tüpürəcəklər. Siz onlardan öz ciblərinə tüpürməyi gözləyirsiz?"

 

1880-cı illərdə Amerikada yerə tüpürməyi qadağan edən ilk şəhər Nyu-York olub

Vaxtilə İngiltərənin səhiyyə işçiləri tramvaylara tüpürənlərin cəzalandırılmasını və bununla bağlı qanun qəbul edilməsini tələb ediblər. Yəni İngiltərədə də vəziyyət yaxşı olmayıb.

Qərbdə bu vərdişin azalmasına vərəm epidemiyası səbəb olub. Bu yaxınlarda dərc ediləcək "Vərəm Tarixə necə təsir etdi?" (Phantom Plague: "How Tuberculosis Shaped History") kitabının müəllifi, jurnalist Vidya Krishnan deyir ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində mikroblar haqqında məlumatların artması vəziyyətin dəyişməsində həlledici rol oynayıb:

"Mikrobların necə yayıldığına dair məlumatlılıq yeni sosial vərdişlərin və adətlərin yaranmasına səbəb olub. İnsanlar asqırıq və öskürəkdən qorunmağı, əl sıxmaqdan imtina etməyi və körpəni öpməməyi öyrəniblər. Ev üçün məcburi sayılan gigiyena tələbi küçələrə də yayılıb".

Krişnanın sözlərinə görə, tüpürmək vərdişinin vərəm kimi xəstəliklərin yayılmasına gətirib çıxardığını öyrənmək kişilərdə "davranış dəyişikliyinə" səbəb olub.

Bununla belə, o qeyd edir ki, Hindistanın aşmalı olduğu bəzi maneələr var. Birincisi, dövlət heç vaxt bu vərdişə qarşı ciddi mübarizə aparmayıb. İkincisi, tütün çeynənməsi, idmançıların kamera qarşısına tüpürməsi və ya Bollivud filmlərində kişilərin bir-biri ilə döyüşərkən tüpürməsi bu davranışın cəmiyyət tərəfindən məqbul sayılmasını gücləndirir .

Raca Narasimhan isə küçələrdə tüpürcək qablarının olmamasına təəssüflənir:

"Onlar soruşurlar ki, "Həqiqətən tüpürməli olanda hara tüpürəcəm". Uşaq vaxtı mən Kəlküttədə elektrik dirəklərinə qumla dolu tüpürcək qablarının bərkidildiyini görmüşdüm. Amma sonra o qablar yoxa çıxdı və insanlar hər yerə tüpürməyə başladılar".

Priti Narasimhan deyir ki, "Heç bir böyük davranış dəyişikliyi və ya ictimai sağlamlıq müdaxiləsi kasta, sinif və cinsiyyət problemlərini diqqətə almaya bilməz. Hindistanda hamamlar və yaxşı su təchizatı hələ də hamı üçün əlçatan deyil".

Səhiyyə mütəxəssislərinin fikrincə, insanların niyə tüpürdüklərini anlamağa çalışmadan, onları sadəcə cəzalandırmaqla bu problemi aradan qaldırmaq olmaz.

Pandemiyanın artıq 2 ildir ki, davam etməsinə baxmayaraq tüpürmək vərdişini tərgitmək cəhdləri zəifləyir.

Amma Raca və Priti küçələrdə tüpürməyə qarşı mübarizələrini davam etdirirlər.

Onlar vurğulayırlar ki, bir çox insan bu mübarizənin "Covid-19"-un yayılmasına töhfə verə biləcəyinin fərqində deyil.

Tüpürmə vərdişini tamamilə yox etməsələr də, səylərinin nələrisə dəyişə biləcəyini söyləyən Raca Narasimhan optimistdir:

"Vaxtımızı boş yerə sərf etsək belə, cəhdlərimizi davam edəcəyik. İnsanların hətta 2 faizinin davranışında dəyişikliyə nail olmuşuqsa, deməli, fərq yarada bilmişik". (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam