Bakı Olimpiya Stadionu və Qız qalası -qırmızı rənglə işıqlandırıldı
Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan Qız qalası qırmızı rənglə işıqlandırılıb. Binaların üzərində Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı şüarlar ("The clock is ticking", "End TB") nümayiş olunub.
Yenixeber.org: Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB ("Vərəmə son qoyaq") tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın müxtəlif şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların "qırmızı rəngə" boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət" İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkilib və onlarla həmrəylik nümayiş olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkarlanmasını 100 illiyi münasibətilə həmin günü təsis ediblər.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1,5 milyon insan bu xəstəlikdən ölür. Ötən ilin əvvəllərində dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə bir qədər çətinləşib.