Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Arif Hacılı Sərdar Cəlaloğlunu özünə rəqib seçdi: ADP sədrindən reaksiya...

 

 

Məlum olduğu kimi, bəzi seçki dairələrində vaxtilə eyni düşərgədə, siyasi blokda təmsil olunmuş, dost, müttəfiq olmuş siyasilər rəqib olublar.

Yenixeber.org: İndi onlar bir-biri ilə mübarizə aparmalı olacaqlar. Deputatlığa iddialıların sayı artdıqca belə "cütlük"lər də artır. Onardan biri də Arif-Hacılı-Sərdar Cəlaloğlu tandemidir. Bu şəxslər 2003-cü ildə "Bizim Azərbaycan", 2005-ci ildə isə "Azadlıq" blokunda çiyin-çiyinə mübarizə aparıblar, həbsxanada birlikdə cəza çəkiblər.

 

Hazırda isə onların ikisi də eyni dairədə  - 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliklərini irəli sürüblər. 

 

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu günlər öncədən bu dairədən namizədliyini açıqlamışdı və Müsavatla iddiaçıların toqquşmaması üçün anlaşdıqlarını qeyd etmişdi.

 

Onu da bildirək ki, 2010-cu ildəki parlament seçkilərində bu dairədən Müsavatın o zamankı başqanı İsa Qəmbər namizəd olmuşdu. 

 

Məsələ ilə bağlı Sərdar Cəlaloğlu bunları dedi: “Burada heç bir problem yoxdur. Arif bəy mənə demişdi ki, görüşüb razılaşarıq. Amma indi bu cür qərar verdilər, lap yaxşı. Əgər Arif Hacılı əvvəlcədən elan etsəydi, ümumiyyətlə, o dairədən namizədliyimi verməzdim. Bir haldakı məndən sonra namizədliyini verib, demək istəyir ki, mən orada mübarizə aparacam, buna da lap yaxşı deyirəm”.

 

S.Cəlaloğlu İ.Qəmbərin 9 il öncə namizəd olduğu dairədən indiki başqanın iddiasını irəli sürməsinin avantaj olduğu barədə deyilənlərə də münasibət bildirdi: “Axı, o zaman İsa Qəmbər deputat seçilməmişdi. Digər tərəfdən, nə Müsavat o dövrdəki Müsavatdır, nə də Arif Hacılı İsa Qəmbər deyil. Mən son prezident seçkilərində ikinci yerə çıxmış adamam. Özümə arxayınam. Bərabər seçki keçiriləcəyi təqdirdə, istənilən adamla rəqabət aparmağa hazıram. Arif Hacılının dairəmdən namizəd olacağı barədə heç düşünməmişdim. Onun bu dairədən namizəd olmasında heç bir problem yoxdur. Bundan heç narahat da deyiləm. Azərbaycanda hərənin öz seçicisi var. Seçicilərin səslərini almaq uğrunda mübarizə aparacağam. Alternativlərə qarşı mübarizə aparmaq fikrim yoxdur”.

 

Bunlardan başqa, tanınmış jurnalistlər Zahir Əzəmət və Ceyhun Musaoğlu da eyni dairədən (45 saylı Abşeron seçki dairəsi) namizədliklərini irəli sürüblər. Ancaq bir fərq var ki, bu "cütlük" bir-birinə uğurlar arzulayır, birgə efirlərə çıxır, az qala bir-birinə kömək edirlər və qətiyyən kəskin sözlü rəqabətə girişmək fikrində olmadıqlarını göstərirlər.

 

Görək keçmişdə müttəfiq olmuş daha hansı "cütlük"lər necə davranacaqlar... (müsavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam