Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xruşovun “ABŞ-ı ötmək” əmri, Larionovun “ət repressiyası” –saxta qəhrəmanlığın sonu intihar olub

Yenixeber.org: Saxta və şişirdilmiş rəqəmlər, xüsusilə kənd təsərrüfatı sahəsində, pambıq, üzüm, taxıl, ət və süd məhsullarının istehsalında və tədarükündə kağız üzərindəki statistika, maxinasayalar SSRİ-də bir çox məmurların karyerasına, bəzi hallarda isə həyatına son qoyub. Aleksey Larionov isə bu sahədə əsl “möcüzə” yaradıb və adını tarixə “Ryazan möcüzəsi”nin müəllifi kimi salıb.

1948-ci ildə Mərkəzi Komitənin geniş tərkibli iclasında İosif Stalin vilayət partiya komitələrinin birinci katiblərinin fəaliyyəti ilə bağlı çıxışında Ryazanda vəziyyətin son dərəcə acınacaqlı olduğunu qeyd edərək Mərkəzi Komitənin katibi Georgi Malenkova üz tutub:

- Yoldaş Malenkov, biz Moskava ətrafındakı bu uçuruma nə qədər göz yummalıyıq? Ryazandakı vəziyyətlə bağlı təcili qərarlar çıxarılmalıdır. Sergey Malov (Ryazan vilayət partiya komitəsinin birinci katibi) vəzifəsini icra etmək imkanında deyil. Ryazan vilayətinə öz işini bilən birinci katib təyin edilməlidir...

scale_1200 (1).jpg (87 KB)

Müşavirənin səhərisi günü Sergey Malov vəzifəsindən azad edilib, onun yerinə isə Mərkəzi Komitənin kadrlar idarəsində şöbə müdiri işləyən Aleksey Larionov təyin edilib.

Aleksey Larionov 1907-ci ildə Arxangelskdə anadan olub, 19 yaşından komsomol orqanlarında işləyib, Leninqrad Dövlət Universitetində ali təhsil aldıqdan sonra partiya orqanlarında işə başlayıb. 1942-1946 cı illərdə Yaroslavl partiya komitəsinin üçüncü, ikinci və birinci katibi olub. 1946-cı ildə o, Moskvaya dəvət alaraq Mərkəzi Komitənin kadrlar idarəsində şöbə müdiri vəzifəsinə təyin edilib və yuxarıda qeyd etdiyimiz kimi, 1948-ci ildən fəaliyyətini Ryazanda birinci katib kimi davam etdirib.

original.jpg (120 KB)

Larionovun Kremldəki əsas hamisi Malenkov olub. Aralarındakı dostluq münasibətləri sayəsində Larionovun vəzifə yollarında həmişə yaşıl işıq yanıb. Amma bu rahat vəzifə yolları Stalinin vəfatından sonra rəvanlığını itirib. Xruşov Malenkovu “zərərləşdirdikdən” sonra Larionov Kremldəki əsas dayağını itirib. Buna baxmayaraq, o, Xruşovla dil tapmağı bacarıb. Belə ki, Xruşov Stalinin fəaliyyəti haqqında məmurlara qeyri-rəsmi olaraq mətbuatda tənqidi çıxış etməyi göstəriş verəndə, Larionov bu işə könüllü gedib. Bununla da o, vəzifə kürsüsünü qoruya bilib.

Ümumiyyətlə, müasirlərinin yazdıqlarına görə, Larionov işgüzar birinci katib olmaqla yanaşı, yuxarılar qarşısında mütiliyi, yaltaq mövqeyi ilə də fərqlənib. Onun Xruşov qarşısında növbəti dəfə “baş əyməsi” isə həyatına son qoyub.

scale_2400.png (174 KB)

22 may 1957-cu ildə Xruşovun müttəfiq respublikaların və vilayətlərin birinci katibləri ilə keçirdiyi müşavirədəki çıxışında “Amerikaya çatmaq və onu ötmək” şüarı birinci katiblər qarşısında yeni vəzifələr qoyub. Xruşov bu şıxışında bütün sahələrdə öhdəlik planlarının artırılması tələbini irəli sürüb. Bir il ərzində “alovlu” nitqin heç bir nəticəsi olmayıb. Xüsusilə ərzaq qıtlığı olan bir dövrdə ət məhsullarının tədarükü Xruşovu ciddi narahat edib. Baş katib 1958-ci ilin dekabrında bütün müttəfiq respublikalar və vilayət partiya komitələrinə 1959-cu ildə ət istehsalını artırmaq üçün “qətiyyətli tədbirlər” görmək barədə göstəriş məktubu göndərib.

Bu məktub Larionov üçün yeni “imkanlar” açıb. O, 9 yanvar 1959-cu ildə “Pravda” qəzetində çıxış edərək Ryazanda ət istehsalının üç dəfə artırılması haqqında vilayət partiya komitəsinin qərar çıxardığını bəyan edib. Məqalə böyük rezonans yaradıb və Xruşov tərəfindən yüksək qiymətləndirilib. Hələ heç bir planı yerinə yetirməmiş Larionov “Lenin” ordeni ilə təltif olunub.

scale_1200.jpg (122 KB)

Larionov verdiyi vədin üstündə dayanıb. Ryazan vilayəti dövlətə 50 min ton əvəzinə 150 min ton ət məhsulu təhvil verib. Ancaq necə, hansı yolla?

Larionov vədinə əməl etmək üçün bütün mümkün variantlardan istifadə edib. Kolxoz sədrlərinə tapşırıq verilib ki, kəndlilərə məxsus mal-qara onlardan məcburi şəkildə pulla alınsın. Beləliklə, ilkin mərhələdə əhalinin şəxsi təsərrüfatlardan zorla 257 min baş iribuynuzlu mal-qara alınıb, 103 mini isə kökəldilmədən və böyüdülmədən kəsilmək üçün təhvil verilib. Amma bu verilən vəd üçün kifayət etməyib. Larionov vilayətin partiya və təsərrüfat fəallarına vilayətdə məktəb tikintisi, təmir, xidməti avtomobillərin alınması və s. üçün dövlət büdcəsindən ayrılmış pullarla qonşu vilayətlərdən mal-qara almaq barədə göstəriş verib. Həmin ərəfədə bütün idarə və müəssisə rəhbərləri məhz bu işə cəlb olunublar. Hətta məktəb direktorları da vilayətləri gəzərək heyvan “alver”i ilə məşğul olublar.

“Gərgin” fəaliyyət öz nəticəsini verib. Mağazalarında 100 qram ət tapılmayan Ryazan dövlətə 150 min ton ət məhsulu təhvil verib. 13 oktyabr 1959-cu ildə mərkəzi qəzetlərin birinci səhifəsində “Ryazan möcüzəsi” adlı məqalədə Xruşovla Larionovun telefon danışığına da yer verilib. Xruşov Larionovu təbrik edib: “Bütün ryazanlıları qələbə münasibətilə təbrik edirəm...”

c0428dbe38dab9bca56982c3bb29ebd4.jpg (108 KB)

Daha sonra bu “qələbə”yə görə Larionov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Birinci katib Leninqradda yaşayan oğluna yazdığı məktubda keçirdiyi qürur hissini gizlədə bilməyib: “Mən hazırda özümü göylərdə hiss edirəm. Sovet hökumətinin qurulduğu 42 il ərzində ilk birinci katibəm ki, Sosialist Əməyi Qəhrəmanı adını almışam...”

Birinci katib özünü göylərdə çox saxlaya bilməyib. 1960-cı ildə planı daha artıqlaması ilə yerinə yetirəcəyini söz verəndə Ryazandan Kremlə minlərlə açıq imza ilə məktub göndərilib, məktublardakı ən yadda qalan xahiş və cümlə isə belə olub: “Bizi ət repressiyasından qurtarın...”

Kremlin çoxsaylı müraciətlərə reaksiyası sərt olub. Araşdırmalar nəticəsində Larionovun maxinasiyaları üzə çıxıb. Birinci katib Xruşovdan onu qəbul etməyi xahiş edib. Xruşov “qəhrəman “ birinci katibin xahişini qəbul etməyib, əksinə, Larionovu vəzifəsindən azad edib.

22 sentyabr 1960-cı ildə Larionov vəfat edib. Yerli qəzetlər onun ürəktutmadan vəfat etdiyini yazsa da, əsl həqiqət fərqli olub. Larionov intihar edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam