Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalinin nəşinin mavzoleydən çıxarılmasını tələb edən stalinci –Spiridonov yaltaqlığının qurbanı olub

Mövcud olduğu 70 il ərzində SSRİ-nin şəhər, vilayət, diyar partiya komitələrinə yüzlərlə birinci katib təyinatı olub. Onların əksəri tarixdə heç bir hadisə ilə yadda qalmayıb. Sadəcə 5-10 il bu vəzifədə işləyib təqaüdə gediblər. Birinci katiblərin kiçik bir qismi sonrakı vəzifələri ilə tarixə düşüblər. Moskva vilayət partiya komitəsinin birinci katibi Nikita Xruşov, Dnepropetrovsk vilayət partiya komitəsinin birinci katibi Leonid Brejnev, Penza vilayət partiya komitəsinin birinci katibi Konstantin Çernenko, Stavropol diyar partiya komitəsinin birinci katibi Mixail Qorbaçov, Sverdlov vilayət partiya komitəsinin birinci katibi Boris Yeltsin zaman-zaman vəzifə pillələri ilə yüksələrək SSRİ-nin birinci kürsüsünə sahib olublar.

Yenixeber.org: Bir qism birinci katiblər güllələnməklə, digər bir qismi həbsxanalara düşməklə tarixin yaddaşına həkk olunublar və belələrinin sayı çox az olub.

1954-1962-ci illərdə əvvəlcə Leninqrad şəhər, sonra isə Leninqrad vilayət partiya komitəsinin birinci katibi olmuş İvan Spiridonov isə tamam fərqli bir hadisə ilə tarixə düşüb.

Spiridonov_I_V.jpg (55 KB)

İvan Spiridonov 1905-ci ildə Nijeqorodda anadan olub. Orta təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə zavodda çilingər kimi başlayıb. 1939-cu ildə qiyabi yolla Leninqrad Sənaye İnstitutunu bitirib. 1939-1950-ci illərdə Orlovda və Leninqradda zavod direktoru vəzifəsində işləyib.

1950-ci ildən İvan Spiridonov fəaliyyətini partiya və sovet orqanlarına bağlayıb. O, 1951-ci ildə Leninqrad vilayətinin Moskva rayonunna sənaye və iqtisadiyyat məsələləri üzrə katib təyin edilib. Daha sonra Leninqrad vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə təyinat alıb. 1957-ci ildə isə Leninqradın birinci katibi olub.

Qatı stalinçi kimi tanınan İvan Spiridonov Leninqrada rəhbərlik etdiyi illərdə ölkənin ən yaxşı birinci katiblərindən sayılıb. Məhz onun dövründə Leninqrad sakinlərinin mənzil problemləri sürətlə həll olunub. Spiridonov bacarıqlı və işgüzar kadr olsa da, birincilər qarşısında əyilməyi, mütiliyi ilə də fərqlənib. Müasirlərinin yazdıqlarına görə, birinci katib üçün ən çətin vaxt Kremldən vilayətə gələnləri qarşılamaq və yola salmaq olub. Rəsmilərin Leninqrada səfərlərində o, hər şeyin qaydasında olması üçün əldən-ayaqdan gedib.

220px-Spiridonov_&_Hrustshov.jpeg (105 KB)

İvan Spiridonovun elə bu mütiliyi də onun karyerasına son qoyub.

1961-ci ilin oktyabrın 30-da partiyanın 12 gün davam edən 22-ci qurultayının sonuncu günündə, səhər iclasında qurultayın gündəliyində olmayan bir məsələ gözlənilmədən müzakirəyə çıxarılıb. Həmin gün qurultayın iclasına Şvernik sədrlik edib. İclas başlayan kimi o, katibliyə daxil olan müraciəti əsas gətirərək Leninqrad vilayət partiya komitəsinin birinci katibi İvan Spiridonava söz verib. Təbii ki, bütün bunlar əvvəlcədən planlaşdırılıb. Spiridonov öz çıxışında Leninqrad kommunistlərinin müraciətini qurultay nümayəndələrinə catdıraraq Stalinin nəşinin mavzoleydən çıxarılması məsələsinin qurultayda müzakirə olunmasını təklif edib. Qurultay onun təklifini müsbət qəbul edib və müzakirələr başlanıb.
Xruşovla Spiridonovun sövdələşməsi isə bir gün əvvəl Xruşovun bağ evində baş tutub. Spiridonov Xruşovun təklifini böyük məmnuniyyətlə qəbul edib.

Beləliklə, İvan Spiridonovun təklifi, qurultay nümayəndələrinin səs çoxluğu ilə Stalinin nəşi mavzoleydən çıxarılıb.

Sözsüz ki, İvan Spiridonov bu “tarixi” missiyanın qarşılığında Xruşovdan çox şeylər gözləyib. Amma onun düşündüyü kimi olmayıb.

9-2.jpg (93 KB)

 

1962-ci ildə Xruşov partiya fəalları ilə iclas keçirirkən özünə qarşı olan münasibəti öyrənmək üçün kiçik bir hiyləyə əl atıb, iclasda iki vəzifədən birindən, ya baş katib, ya da Nazirlər Soveti sədri vəzifəsindən azad olunmaq istədiyini bildirib. Bunu yaşı və səhhəti ilə əlaqələndirib. Bu şıxışından sonra dərhal yerlərdən çıxışlar başlanıb. Məmurlar Xruşovun ünvanına sağlığa bənzər təriflər yağdırıblar, onun enerjili olduğunu bildiriblər, az qala deyiblər ki, Xruşov vəzifələrinin birini təhvil versə SSRİ dağılacaq.
İclasda İvan Spiridonov da çıxış edib. Yaltaqcasına baş katibin ünvanına təriflər yağdırdıqdan sonra birinci katib təklif edib ki, Xruşov sağlamlığı naminə vəzifələrinin birindən hökmən getməlidir. Bu şıxış Xruşovun qəzəbinə səbəb olub. Elə səhərisi gün İvan Spiridonov tutduğu bütün vəzifələrdən azad edilib. Xruşov onu SSRİ Ali Sovetinə sədr seçdirib. (SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri başqa bir vəzifədir)

İvan Spiridonov bu vəzifədə 1970-ci ilə qədər çalışıb. Sonra onu Kremldən birdəfəlik uzaqlaşdırıblar.
Stalinin nəşinin mavzoleydən çıxarılması təklifinə görə İvan Spiridonov milyonların lənətini qazanıb. Ona ünvanlanan saysız-hesabsız məktublarda Spiridonov ən ağır təhqirləri oxuyub. Sonralar özü də nə qədər böyük səhv addım atdığını etiraf edib:

“Bu tərəfimdən atılan ən yanlış addım idi. Amma başqa çıxış yolu da yox idi. Xruşov məni məcbur etmişdi...”

spiridonov_iv.jpg (167 KB)

İvan Spiridonov 1991-ci ildə, 85 yaşında vəfat edib. Qarışıq 90-cı illərdə onun Novodeviçye qəbirstanlığında dəfn edilməsinə icazə verilməyib. Sabiq birinci katib Troekurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam