Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ RUSİYA VƏ TÜRKİYƏNİ MÜHASİRƏYƏ ALIR -Vaşinqton nədən Türkiyəni yox, Yunanıstanı dəstəkləyir?

Yenixeber.org: Son günlər Polşa ilə Belarus arasında çox ciddi gərginlik yaşanır. Düzdür, qaçqınlar və miqrantlar bu gərginliyin səbəbi kimi görünsə də, əsl səbəb Polşanın Amerikaya, Belarusun isə Rusiyaya yaxın olmasından qaynaqlanır. Başqa sözlə desək, söhbət böyük dövlətlər arasındakı amansız rəqabətdən gedir. Ona görə ABŞ-ın Yunanıstana hərbi güc cəlb etməsinə də bu kontektsdən yanaşmalıyıq.
ABŞ Rusiyanı Qara dəniz, Şərqi Avropa, Balkanlar, Baltik dənizi və Orta Asiya istiqamətindən əhatəyə almağa cəhd göstərir. ABŞ-ın Yunanıstana hərbi güc cəmləşdirməsinin və Aralıq dənizinin şərqinə göstərdiyi marağın bir məqsədi də Türkiyəni əhatəyə almaq, digər hədəfləri isə Rusiyanı dövrəyə salmaq və Çinin bu regionda artan istəklərini əngəlləməkdir.
Məlumdur ki, Çin “Bir zolaq, bir yol” layihəsi çərçivəsində Egey və Aralıq dənizlərinə böyük maraq göstərir və Yunanıstanın Pirey limanına sərmayə yatırır. Yunanıstanın strateji limanlarından biri olan Afina limanında isə Rusiyanın ağırlığı artır. Ona görə də Amerikanın Yunanıstana topladığı hərbi güc, heç şübhəsiz ki, digər səbəblərlə yanaşı, bunlarla da əlaqədardır.
Bu, hələ hamısı deyil. Beləliklə, ABŞ Yunanıstanı dəstəklədiyini açıq bəyan edir və Türkiyəyə siqnal göndərir, həmçinin göstərir ki, Afina ilə Ankara arasındakı gərginlikdə o, Afinanın tərəfindədir.
Hazırda Yunanıstan Amerikanın bazasına çevrilir və ABŞ Yaxın Şərqə, Mərkəzi Asiyaya, Qara dənizə, Qafqaza, Xəzər hövzəsinə doğru irəliləməyə çalışır. Əfqanıstandan məğlub çıxan ABŞ Orta Asiyada baza tapmayıb, İranın öhdəsindən gələ bilməyib, İraqdakı hərbi imkanlarını xeyli azaldıb, Suriyada Əsədi devirə bilməyib. Qarabağdakı təşəbbüsü tamamilə Rusiyaya buraxan ABŞ, Yunanıstan vasitəsilə Egey dənizindəki mövqeyini gücləndirir.
ABŞ, eyni zamanda Gürcüstanı və Ukraynanı NATO üzvü etmək istəyir və Montro boğazlar konvensiyasından yan keçməklə Qara dənizdə daimi qalmaq niyyətindədir.
Bu şərtlərlə Türkiyə ABŞ-ı Qara dənizə çağırmaq əvəzinə, onu regiondan uzaq tutmalıdır. Bunun üçün isə Montro konvensiyasına tam sadiq qalınmalıdır.
Ankara Rusiya, Çin, İran və digər qonşu ölkələrlə əlaqəni gücləndirməli, Türkiyənin öncül rol oynadığı ittifaqları möhkəmləndirməli və türk dünyası,islam ölkələri ilə əlaqələri daha da genişləndirməlidir.
İstehsalçı iqtisadiyyat prioritet olmalıdır. Bunun üçün strateji planlamanın həyata keçirilməsi çox vacibdir. Daxili tələb ilə ixrac potensialı nəzərə alınmalıdır. Təhsildəki, elmdəki, hüquqdakı və demokratiyadakı səviyyə mütləq qaldırılmalıdır.
Mustafa Kamal Atatürkün bir sözünü unutmayaq: "Əsas - daxili cəbhədir”...
“Cumhuriyet” - (Türkiyə)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam