Kerç boğazında baş verən qarşıdurma yalnız Rusiya və Ukrayna arasındakı bir böhran deyil. Dünya tək qoysa, Ukraynanın işğalına qədər uzanacaq proses belə kiçik münaqişələrlə başlaya bilər.
Yenixeber.org:Xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi, yazar İbrahim Karagül Azov dənizindəki son hadisəni şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna Şərqlə Qərb arasındakı güc mübarizəsinin ən mühüm cəbhələrindən biridir.
“Ukrayna Şərqlə Qərbin sərhədi, Şərqlə Qərb arasında ən vacib fay xətlərindən biridir. Buna görə də Şərq-Qərb güc hesablaşmasının ən kəskin nöqtələrindən biri olacaqdır. Rusiyanın Krımı ilhaq etməsi, dünyanın bunu qəbul etməməsi, Qara dəniz üzərində aparılan güc mübarizələri, ABŞ, NATO və Avropa İttifaqı ilə Rusiya arasında Baltikyanı regiondan Şərqi Avropa və Aralıq dənizinə qədər uzanan hesablaşma, yenə ABŞ və NATO-nun Polşadan Rumıniya və Bolqarıstana qədər ərazidə cəmlədiyi hərbi güc, Ümumavropa ordusu müzakirələri bu hesablaşmaların görüntüləridir”, - siyasi şərhçi yazıb.
İbrahim Karagül Şərqi Aralıq dənizinin də böyük miqyaslı mübarizələrə səhnə olduğunu qeyd edib:
“Suriya müharibəsi tamamilə Şərqi Aralıq dənizi müharibəsidir. Bu müharibənin başladılması və bu günlərə daşınması şəkli İrandan Aralıq dənizinə bir dəhliz inşa etmək, Şərqi Aralıq dənizindən və Suriya üzərindən Xəzərə qədər bir yol tapmaq hesabıdır. ABŞ və İsrailin PKK və İŞİD üzərindən Türkiyənin cənubunu əhatəyə almaq planı bir mühasirə hərəkatı, Aralıq dənizindən İran və Xəzərə qədər xəritə işidir”.
Siyasi şərhçi bütün qarşıdurma nöqtələrinin Türkiyənin ətrafında olmasına diqqət çəkib. O qeyd edib ki, Rumıniya və Bolqarıstanda ABŞ-ın hərbi mövcudluğunun artması Türkiyənin gələcəyi üçün təhdiddir.
“Suriyanın şimalındakı dəhliz ölkəmizi mühasirəyə hədəflənib və elan edilməmiş müharibədir. ABŞ-ın Rumıniya və Bolqarıstandakı hərbi gücü isə Qərb qapılarını Türkiyənin üzünə bağlamağa xidmət edir. İraq və Suriyanın şimalından cənubi-şərqi Anadolu və Qara dənizə doğru uzanan terror dalğası tamamilə bu qlobal qarşıdurmanın parçasıdır, Türkiyəni içəriyə həbs etmə cəhdidir. Bir xəritə görürüb masaya qoyun: Türkiyənin ətrafı yanğın yeridir. Bəsrə körfəzi və Qırmızı dəniz arasındakı bütün ölkələri müharibəyə sürükləyəcək planlaşdırma və hazırlıq müsəlmanların iki müqəddəs şəhərini hədəf almaqdadır və bu, birbaşa Türkiyəni maraqlandırır”, - Karagül qeyd edib.