“ABŞ-ın MƏQSƏDİ “BİR ZOLAQ, BİR YOL” LAYİHƏSİNİ ƏNGƏLLƏMƏKDİR” -“Ukrayna və Gürcüstan NATO üzvü olarsa...”
“ABŞ dünya liderliyini saxlamaq istəyir. Amerikan hökuməti hesab edir ki, ölkənin dünya liderliyi ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra yaratdığı azad ticarət və liberal iqtisadi sistem əsasında qurulmuş dayanıqlı dünya nizamından asılıdır”.
Yenixeber.org: Bu fikirlər Türkiynin “Cumhuriyet” qəzetində nəşr olunan məqalədə əks olunub. Məqalədə daha sonra qeyd edilir:
“İkinci Dünya Müharibəsindən sonra dünya nizamı çərçivəsində ABŞ tərəfindən qurulmuş institutlardan biri NATO-dur və bu təşkilat ilk növbdə Amerikanın maraqlarına xidət göstərir.
Amerika administrasiyası Çinə və Rusiyaya mövcud dünya nizamını dəyişmək istəyən təftişçi güc kimi baxır və bunu özünə qarşı ciddi təhlükə kimi dəyərləndirir.
Çin sürətli iqtisadi inkişafdan sonra dünya liderliyinə iddia etməyə başlayıb. Çinin bu statusu əldə etməsi öz təşəbbüsü olan “Bir zolaq, bir yol” layihəsinin nailiyyət qazanmasından asıldır.
21-ci əsrdəki qlobal hakimiyyət uğrunda mübarizə ABŞ ilə Çin-Rusiya arasında gedir. Özlərini Amerika təhlükəsi qarşısında görən Çin və Rusiya getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar. Müəyyən vaxtdan sonra ABŞ əleyhinə Çin-Rusiya blokunun meydana gəlməsi nəticəsində ikiqütblü dünya nizamı yarana bilər.
Co Baydenin ABŞ prezidenti seçiməsilə bu ölkənin Çin və Rusiyaya qarşı olan geostrateji hücumları sürətlənməyə başlayıb. ABŞ Çini şərqdən “Bir zolaq, bir yol” layihəsinin iki əsas marşrutundan biri olan Cənubi-Çin dənizi və Asiya-Sakit okean bölgəsində, qərbdən isə quru yolunu təmin edən Mərkəzi Asiyada önləməyə və mühasirəyə almağa çalışır. Pentaqonun Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda hərbi obyektlər yaratmağa cəhd göstərməsinin başlıca məqsədi bu istiqamətdə Çinin “Bir zolaq, bir yol” təşəbbüsünü əngəlləməkdir.
ABŞ-ın Rusiyanı mühasirəyə almaq səyləri isə “Baltika-Polşa-Rumıniya-Qara dəniz” xətti üzrə davam edir. Amerika bu xətti Belarusun çökməsi və Ukrayna ilə Gürcüstanın NATO-ya daxil olması hesabına möhkəmləndirmək istəyir. Onlar Qara dənizi nəzarətə götürmək və NATO-nu Rusiyanın qonşusu etmək niyyətindədirlər. Rusiyanın mühasirəyə alınması xətti Baltika, Ukrayna, Qara dəniz və Gürcüstandan başqa Mərkəzi Asiya ölkələrində qurulacaq hərbi obyektlər sayəsində genişləndirilə bilər.
Əgər Ukrayna və Gürcüstan NATO üzvü olarsa, onda Qara dəniz NATO-nun nəzarət etdiyi akvatoriyaya çevrilər və boğazlar haqqındakı Montre konvensiyasının əhəmiyyəti və dəyəri artar.
Türkiyənin təhlükəsizliyinə təhdid Atlantikadan gəlir. ABŞ-İsrail layihəsi olan PKK-nın dövlət qurmaq prioriteti Suriya ərazisinə sürüşdürülüb. PKK isə PYD adıyla Amerikanın dəstəyini alaraq, Suriyada addım-addım öz məqsədinə doğru gedir.
Bu gün Suriya ərazisinin şimalı PKK ilə mübarizə arenasıdır. PKK ilə mübarizədə qarşımızda Amerika, pərdə arxasında isə İsrail dayanır. PKK ilə mübarizə terrorizmlə mübarizə səviyyəsini çoxdan aşıb. Burada söhbət terror qruplarının neytrallaşdırılması və ya zərərsiz hala gətirilməsindən getmir. Əsas məsələ Yaxın Şərqdə geosiyasi dəyişiklik layihəsinin həyata keçirilməsidir.
Atlantik strukturu(ABŞ və Avropa Birliyi) Türkiyənin Şərqi Aralıq dənizindəki, Kiprdəki və Egey dənizindəki qanuni hüquqlarının və maraqlarının əleyhinədir. Atlantik strukturuyla heç də yaxışı münasibətləri olmayan Türkiyə bu gün Yaxın Şərqdə, İraqda, Suriyada, Yunanıstanda, Bolqarıstanda, Rumıniyada yerləşən ABŞ hərbi bazaları tərəfindən əhatəyə alınmış vəziyyətdədir. Ukrayna və Gürcüstanın da NATO-ya qəbul olunmasıyla Türkiyə cənubdan, qərbdən, şimaldan və şərqdən Amerika hərbi hissələrinin tam əhatəsinə düşəcək.
Belə olan halda kritik sual yaranır: Ukrayna və Gürcüstanın NATO -ya üzv olması təhlükəsizlik baxımından Türkiyənin maraqlarına uyğundurmu? Türkiyə bu iki ölkənin NATO alyansına daxil olmasını dəstəkləməlidirmi?
Türkiyənin qarşısında iki əsas strateji tapşırıq dayanır: birincisi, “daxili cəbhəni” təhlükəsiz saxlamaq, ikincisi, təhlükələri realistcəsinə dəyərləndimək və bunu yenidən formalaşdırılan dünya nizamına uyğunlaşdırmaqdır.
Müdrik insan təkcə bu gün haqqında deyil, həm də sabahkı gün barəsində düşünür!”
“azpolitika”