Ümummilli lider Heydər Əliyev: “Dostum Əliağa Cəfərov Qubadlıda ən güclü adamlardan biridir, o bizə lazımdır”-MƏXFİ QOVLUQDAN
(Bu məktub ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına Ümummilli lider Heydər Əliyevin Prezident Yanında Xüsusi İdarənin (o idarə indi DTX-nin cərgəsindədir) rəisi Şəmsi Rəhimovla söhbəti əsasında yazılıb).
Yenixeber.org: Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən bu məktubu keçmiş Prezident Yanında Xüsusi İdarənin (İndi həmin idarə Dövlət Təhlükəsizlik Xidmətinin strukturundadır) informasiya şöbəsinin müdiri kimi yazıram.
O vaxt idarənin başçısı Şəmsi Rəhimova Prezident Heydər Əliyev belə bir tapşırıq vermişdi:
“Şəmsi müəllim, Siz mənə Qubadlıda Cəfərovlar ailəsi haqqında geniş məlumat verin.
Mən o ailəni çox yaxşı tanyıram".
Ertəsi gün Şəmsi Rəhimova belə bir məlumat verdik:
- Cəfərovlar ailəsi Qubadlını quranların, onu terrordan, erməni yanğınlarından qoruyan ailədir. Cəfərovlar ailəsi, xüsusən ailə başçısı Əliağa Cəfərov həmin ərazidə 46 uşağı erməni terrorçusu V.D.Muradyanın cəngindən xilas edib.
Əliağa Cəfərov dostumdur... O, mərd, möhkəm, dəyanətli adamdır. Qubadlı camaatı onunla fəxr edir.
Prezident Heydər Əliyevin Şəmsi Rəhimovla qırx beş dəqiqəlik söhbəti tarix olaraq qalır.
Mənim tarixdən silinən və ümumən dünya tarixində ləkə kimi qalan Minsk qrupunun üzvlərinə mesajım var:
- Siz cənablar, qaytarın Qubadlıdan dartıb, apardığınız zinət əşyalarını, xalça, palazları, qədim kilimləri.
- Gülü nənənin tuxuduğu 10 dəst xalçanı, Zəri nənənin 9 dəst kilimini, Mina nənənin toxuduğu 19 dəst palazını qaytarın. (Hər dəstin uzunluğu 12 metr, eni isə 8 metrdir).
Məlumata görə Minsk qrupunun üzvlərinin daşıyıb, apardıqları Qubadlı antikvarları bu günlərdə dünya bazarlarında satış meydanlarına çıxarılıb.
Düşünürəm: Məgər Qarabağ torpaqlarını vəhşi ermənilərin terror birləşmələrindən azad edən, torpaqlara, təbiətə dinclik bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev nə üçün Nobel mükafatına təqdim olunmasın. Aranı kim kəsib, cənablar?
Məlumata görə dünyada “Prezident İlham Əliyevin müharibə taktikasını” öyrənməkdə davam edən strateqlər var. 50-dən artıq inkişaf etməli dövlətlərdə erməni barmağı xalqa toxuna bilməz.
Azərbaycan MN-yi üçün açıq bir sual var: Cənablar, siz nə üçün Azərbaycan Ali Baş Komandanını yüksək hərbi titula görülməsi istiqamətində çalışmırsız, söz demirsiz. Siz saxta şouları, məzhəkələrdən əl çəkin, “dünyanın yaxasından” yapışıb, tələb edin. Mənim Ali Baş Komandanıma General-Simus rütbəsini verin.
Çünki o, Azərbaycan millətini genetik ölümdən xilas etdi. Beynəlxalq terrorun ölüm düşərgəsindən çəkib çıxartdı.
Azərbaycan tarixində bir nömrəli kitab bilicisi, ölkənin kitabxanalarını dağılmaqdan xilas edən, elimizə, təhsilimizə soxulan, kitablarımızı dağıdan, onu viran qoyan ermənilərin “Krunk” təşkilatına qarşı amansız mövqe tutan Əliağa Cəfərova tapşırmışdı ki, (o, ümummilli lider Heydər Əliyevlə üç dəfə görüşmüşdü).
Mən səni Qubadlıya göndərəcəm. Hökmən gedən kimi orada qəbiristanlığı, meşələri, yaralı təbiəti xilas edib, dirildəsən. Sən çox güclü adamsan, Əliağa...
Bu günədək Qarabağ ərazisində əslən Qubadlı rayonundan olan 87 yaşlı Ayətulla Səfayi, 90 yaşlı Şeyx Möhtəşəm, 92 yaşlı Şeyx Mirzadə, 80 yaşlı Ayətulla Bakılı, 79 yaşlı Axund Maarif, 75 yaşlı Ayətulla Bərxudar və neçə-neçə digər din xadimi qəddarlıqla qətlə yetirilmişlər. Onların sayı 65 nəfərdi.
Amma Minsk qrupunun simasız üzvləri haray-həşir qoparıb ki, o filmi göstərmək olmaz. Nə üçün?.. Səbəb məlum deyil.
Araşdırmalarımız göstərir ki, əslən erməni millətindən olan 116 nəfərin azərbaycanlı olmasını, onların İslam dinini qəbul etmələrini təşkil ediblər. Amma BMT sülhü təbliğ dən bu din xadimlərini xatırlamadılar. Fransanın “Anten-2” telekanalı onların öldürülmələri ilə bağlı film də çəkib.
Filologiya elmləri doktoru, professor və Rusiya Beynəlxalq Ekologiya Akademiyasının akademiki Əliağa Cəfərov həm də, birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında yazılmış "Birinci xanımın missiyasi" kitabının müəlliflərindən biri və layihə rəhbəridir. Kitab Mədəniyyət Nazirliyinin və Prezident Administrasiyasının müsbət rəyini də alıb.
Həmçinin, BMT Nizamnaməsinin VII Fəsli bütövlükdə sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlərə aid edilmişdir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Zəngəzur dağları ilə Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşir.
Ərazi dağlıq olsa da, onun əlverişli Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çay vadiləri vardır.
Müxtəlif mənbələrə görə, rayon XVI əsrdə həmin ərazidə yaşamış Qubad bəyin adını daşıyır.
Doxsan üç kənddən ibarət olan rayonun ərazisi dağlıq, dağətəyi və aran zonalarından ibarətdir. Zəngin coğrafi şəraiti, mülayim iqlimi, münbit torpağı var.
Bərgüşad çayı (Bazarçay) – Araz çayının sol qolu olmaqla öz mənbəyini Kəlbəcərdən götürür, uzunluğu 158 km, su toplayıcı sahəsi 5600 km2-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır. Çayın hövzəsindən azca aralı dəfn olunmuş Ayətulla Xankişinin, Ayətulla Muradın, Ayətulla Frauzun ziyarətgaha çevrilmiş məzarları partladılıb. Məlumata görə bu üç ayətullah İrandan köçüb gələn din xadimlərindən olub. Çayın hövzəsinin 2020 km2-i, çay yatağının isə 93 kilometri Ermənistan ərazisinə düşür. En kəsiyindən az sulu illərdə respublika ərazisində 9,3 m3/san, çox sulu illərdə isə 20,9 m3/san su axır. Ermənilər sənaye və məişət-çirkab sularını bu çaya yönəltdiriblər.
Həkəri çayı – Araz çayının sol qolu olmaqla uzunluğu 113 km, su toplayıcı sahəsi 2570 km2-dir. Çayın en kəsiyindən az sulu illərdə 6,27 m3/san, orta sulu illərdə 15,3 m3/san, çox sulu illərdə isə 24,2 m3/san su axır. Çayın suyundan içmək və suvarma məqsədi ilə istifadə olunurdu. Bu gün ondan-zəhərli sudan istifadə edilməsi mümkün deyil.
Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar var idi. Bunlardan: Armudlu, Həcər, Şirinpir, Sobu, Çayzəmi, Topağac, Üçağac, Qaraağac, Kəklik, Söyüdlü-Əli, Gölçüj, Qaraqışlaq, Fətə, Narlı, Turşsu, Bağırbəyli-çinar, Dəvədərə, İşıqlı-novlu, Zağlıq, İmamzadə, Qoçlar-çinarlı, Səvədərə, Ağsu, Bəylik, Almalıq, Qış bulaq, Hütməyit novlu, Mustanlı dağ, Çilli, Hacılı Əli, Quyubulaq, Şorbulaq və başqa dağ, meşə bulaqları: Novlu, Seytas, Göyərçikl, Göyarabas, Xallava, Aşağı Çibikli, Yuxarı Çibikli, Əyin, Çardaxlı, Mehrili, Xocamsaxlı, Zor, Poladlı, Dəmirçilər, Hərtiz, Göyyal, Fərcan, Saldaş, Qiyaslı, Tatar, Əliquluuşağı, Eyvazlı, Davudlu, Qədili, Qundanlı, Balahəsənli, Müskanlı, Məlikəhmədli, Qayalı, Xıdırlı, Mahmudlu, Hacılı, Hat, Deşdahat, Başarat, Armudluq, Muradxanlı, Xəndək, İşıqlı kəndlərinin təbii bulaqları daha məşhur idi. Bundan başqa 46 km uzunluğunda içməli su kəmərləri, Hal, Mazhurlu, Məmər və Xanlıq kəndlərini içməli su ilə təmin edirdi.
Qubadlının 80.250 hektar torpaq sahəsi işğala məruz qalıb. Rayonun “Yazı düzü” “Gəyən düzü” və “Məzrə düzü” kimi münbit torpaqları məşhur idi. Bu düzlər quraqlığa davamlı olduqları üçün orada əsasən taxıl, üzüm əkilirdi.
Qubadlının meşə sahəsi 13160 hektardır. Meşələrindəki qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, yemişan, armud, zoğal, qarağat ağacları sürətlə kəsilərək daşınır.
Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yaralı, istifadəyə verilmiş Hacılı trovertin yatağı; kərpic istehsalına yaralı Xanlıqkənd (ehtiyatları 990 min m3) gil yatağı; ehtiyatları, 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar yatağı; istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı su yatağı işğal altındadır.
Qubadlı qəsəbəsinin ərazisində diametri 80 sm, hündürlüyü 35 m, yaşı 160 il olan 2 ədə şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Gödəklər kəndində diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı, Xanlıq kəndində diametri 800 sm, hündürlüyü 40 m, yaşı 1600 olan 3 ədəd şərq çinarı, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 sm, hündürlüyü 35 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı dövlər qeydiyyatına alınmış təbiət abidəsi kimi qorunurdu. İşğaldan sonra bu yerlər dağıdıldı.
Muradxanlı kəndində “Qalalı” mağarası və Əliquluuşağı kəndində “Kilsə kaha” abidə kompleksi də ən qədim təbiət abidələrindən hesab olunurdu. Qubadlı şəhərində, Mahmudlu, Qayalı, Məlik Əhmədli, Ləpəxeyranlı, Avdalanlı, Xıdırlı, Balahəsənli, Armudlu və Qədili kəndləri ətrafındakı təbii qayalar haqqında fransızlar və almanlar sənədli filmlər çəkib.
Poladlı kəndinin qarşısındakı “Kəmədə qaya”, “Ala qaya” və onların ətrafındakı əhəng daşlarından düzülmüş sədd, “Pisirin” bulaq qaya kompleksi, “Avadanlarlı” dərəsindəki “Damcı” bulaq ən gözəl təbiət yadigarları idi.
Başarat kəndi ərazisindəki “Topağac” mənzərəsi əfsanəvi yurd yeri idi. Məlumata görə rayonun təbii su ehtiyatlarının 31 faizi “zəhərli su hövzəsi” kimi qeyd olunub.
Rövşən Novruzoğlu:
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.