Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Həbsə… gənclər gedir-Yeni kadrlar köhnə sistemin qurbanlarına çevrilir… 

 

2019-2021-ci illər ərzində ölkədə Azərbaycanda 8 icra başçısı, bir keçmiş nazir və xeyli sayda başqa yüksək çinli məmurlar həbs edilib. Onlardan ikisi Ağıstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev həbsdə, “Azərxalça” ASC-nin sabiq rəhbəri Vidadi Muradov isə həbsdən buraxıldıqdan bir neçə gün sonra vəfat edib. Qalanların ya məhkəməsi davam etdirilir, ya da müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Elə məmurlar da var ki, külli miqdarda dövlət vəsaitini talan etdikləri barədə hüquq mühafizə orqanları rəsmi məlumat yaysalar da, hazırda azadlıqdadırlar. Məsələn, XİN-nin 3 idarə rəisi, Fərhad Mollazadə, Səlim Əlizadə, Nurupaşa Abdullayev istintaq müddətini ev dustaqlığı şəraitində keçirirlər. “Rabitə işi”, “MTN işi” ilə bağlı tutulanların əksəriyyəti isə artıq bir neçə ildir, azadlığın dadını çıxarırlar.

Yenixeber.org: Ötən iki il ərzində korrupsiya həbsləri qeyd olunan hadisələrlə yekunlaşmayıb. Mühüm dövlət vəzifələri tutan gənc kadrların bir neçəsi də məsuliyyətə cəlb olunub. Onların sırasında 2020-ci ilin mayın 8-də həbs edilmiş Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovu, bu ilin aprelin 22-də saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmiş “Yeni klinika”nın direktoru Pərviz Abbasovu və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevi, noyabrın 4–də həbs edilmiş Müasir İncəsənət Muzeyinin sabiq icraçı direktoru Xəyyam Abdinovu və bir gün sonra həbs edilən Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın bacısı İlknur Əliyevanı göstərmək olar. Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun azadlıq yolu uzaqda deyil. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs müddətini 4 il 6 aya endirib. Baxmayaraq ki, birinci instansiya məhkəməsi R.Bayramov haqqında ittiham olunduğu maddələr üzrə ən az – 8 il müddətinə azadlıqdan məhrum etmişdi. 

Gənclərin korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. bu qəbildən olan cinayətlərə görə həbs edilməsi üzücü olduğu qədər də düşündürücüdür. Həm də rəsmi təbliğatın “korrupsiya əvvəlki elitanın pis vərdişidir, yeni nəsillə şəffaf idarəçilik qurulacaq” tezisini darmadağın edir. Əlbəttə, bütün gənclərin səhvsiz, cinayətsiz işləyəcəyi barədə maksimal gözlənti heç bir cəmiyyətdə mövcud deyil. Amma Azərbaycanda bu məsələ fundamental problemlərə dayandığına görə, təqdim olunan tendensiya məyusluq yaradır. Çünki ölkədə idarəçilik korrupsiyaya əsaslanır, ona heç bir dövlət və ictimai nəzarət mexanizmləri mövcud deyil. Parlament, ümumiyyətlə, öz rolunu oynaya bilmir, heç bir iradə nümayiş etdirmir. Məsələn, deputat Cavanşir Feyziyevin Britaniyada həbs qoyulan 20 milyon dollarlıq hesabları ilə bağlı müzakirə açmağa belə özündə cəsarət tapmadı. Halbuki, parlament üzvü biznes fəaliyyəti ilə məşğul ola bilməz – bu, qanunverciliyinin müstəsna tələbidir. Yaxud, Respublika Prokurorluğunun bilavasitə səlahiyyətində olsa da cənab Feyziyev barədə araşdırma aparmağa təşəbbüs göstərmədi. Ölkədə normal hüquqi cəmiyyət bərqərar olsaydı, Dövlət Vergi Xidməti deputatın şirkətlərinin ödədiyi vergilər barədə informasiya yayardı. Mərkəzi Seçki Komissiyası 15 ildə 3 dəfə Milli Məclisə mandat alan Cavanşir Feyziyevin mal bəyanlarını çıxarıb cəmiyyətə göstərərdi. Mətbuat Şurası öz funksiyasını icra edirsə, İdarə Heyətində təmsil olunan milyoncu deputatın maliyyə qalmaqalı haqqında hüquq mühafizə orqanlarına müraciət edərdi, onun səlahiyyətlərini dayandırardı və s. 

Feyziyev misalında ortaya çıxan mənzərə Azərbaycanda hüquq böhranının, qeyri-şəffaflığın, hökumətin nə qədər məsuliyyətsiz olduğunun, ictimai rəyin qara qəpik qədər əhəmiyyətə malik olmadığının bariz sübutudur. Belə bir şəraitdə gənc kadrların dövlət vəzifələrində təmiz işləməsi mümkündürmü? Bu sistem ondan şəffaf işləməyi tələb edə bilərmi? Əlbəttə, bunlar ritorik suallardır, hakim sistem öz tələbatına uyğun kadrları seçir və onlar vahid, korrupsiyaya əsaslanan iş prinsipini qəbul edirlər. Bu qaydalar nədən ibarətdir: dövlət vəsaitlərinin tenderlər və s. yollarla mənimsənilməsi, rüşvət sövdələşmələri, “otkatlar”, xərclərin şişirdilərək silinməsi…

Bu gün hansı dövlət qurumu şəffaf tender keçirir? İstisnasız olaraq, heç biri. Tenderlər məmurların öz şirkətlərinə ötürülür və büdcə pullarının bir hissəsi mənimsənilərək daha yuxarı instansiya ilə bölüşdürülür. Dövlət qurumlarında, dövlət şirkətlərində büdcə vəsaitləri necə xərclənir: smetalar şişirdilir, artıq xərclər yazılır və əldə olunan vəsaitlər eyni sxemlər üzrə bölüşdürürlərək mənimsənilir. Bəs dövlətin maliyyə nəzarətini həyata keçirən orqanlar nə edirlər? Əlbəttə, onlar yoxlamalar, auditlər həyata keçirirlər, xırda-para pozuntuları hesabata salıb iri korrupsiya  layihələrindən öz paylarını götürürlər. 

Belə qaydalarla yaşayan sistemdə gənc kadrlar nəyi dəyişə bilər, ümumiyyətlə onlardan bunu tələb edən varmı? Əlbəttə, yoxdur və yeni kadrlar başlarını aşağı salıb sistemin qaydalarına tabe olub işləyirlər, günü birində ya “korrupsiyaya qarşı mübarizə” kampaniyalarının qurbanı olur, yaxud sistem qaydalarını pozduqları üçün cəzalandırırlar. Çünki sərt qaydalar var, veriləndən artıq mənimsəmək, yuxarıların “payına” göz dikmək, onları aldatmaq olmaz.

Sistem dəyişmirsə, onun hansısa bir hissəsinin dəyişməsi mümkün deyil. Eləcə də kənardan daxil olanların ora yeni qaydalar gətirməsi qeyri-mümkündür. Necə deyərlər, ətlə dırnaq kimi ya qaynayıb, qarşımalısan, ya da iylənib kənara atılmalısan…(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam