Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sirli qaz biznesi:heyrətamiz rəqəmlər

                 Azərbaycan mavi yanacağı daxildə və xaricdə hansı qiymətə satır?

Yenixeber.org: Azərbaycanda bu il əhaliyə satılan qazın qiyməti təxminən 30 faiz bahalaşıb. Bununla bərabər, xaricə satılan qazın da həcmi ildən-ilə artır. Amma Nə SOCAR, nə Dövlət Neft Fondu, Nə də Energetika Nazirliyi qazın hansı qiymətə ixrac edildiyi barədə cəmiyyətə informasiya vermirlər. Səbəb gətirirlər ki, kommersiya sirridir. İctimai sərvətlərin satışı yəqin ki, yalnız Azərbaycanda sirr hesab olunur, çünki Rusiya və başqa qaz ixrac edən ölkələr vaxtaşırı qiymətləri açıqlayıb, ictimaiyyətə hesabat verirlər. 

Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 20,3 milyard kubmetr qaz hasil edilib. Qazın 6,4 milyard kubmetri Azəri-Günəşli Çıraq (AÇG) yatağından, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Nazirlik bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib. 
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kubmetr, Avropaya təqribən 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kubmetrdən çox qaz nəql olunub. 
Dövlət Gömrük Komitəsi isə ötən həftə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmini açıqlayıb. 9 ayda ölkəmizdən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib. Hesabat dövründə Türkiyəyə 1 milyard 206,7 milyon dollarlıq 7 milyard 832,9 milyon kubmetr, Gürcüstana 280,9 milyon dollarlıq 2 milyard 261,5 milyon kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ilin ilk 9 ayında ölkədən ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib. 

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 965,46 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,7% azdır. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13,12%-i Azərbaycanın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 44,53% azalıb.

Bu azalma 2021-ci ilin yazında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz ixracı haqqında müqavilənin müddətinin bitməsi ilə əsaslandırılıb. Beləliklə, Azərbaycan bu ilin avqust ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə qayıdıb. Birinci yerdə Rusiya (49,89%), ikinci yerdə İran (21,54%), dördüncü yerdə Əlcəzair (9,57%) qərarlaşıb.

Xatırladaq ki, “Mərhələ-1” çərçivəsində Türkiyəyə qazın nəqli haqqında müqavilənin müddəti aprelin 16-da bitib. Nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. Bu saziş 20 il öncə – 2001-ci ildə Türkiyə və Azərbaycan prezidentləri tərəfindən imzalanmışdı. 

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Donmez bildirib ki, Azərbaycanla 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql oktyabrın 1-dən həyata keçirilir.

Bəs Azərbaycan xaricə qazı hansı qiymətə satır? Bu qiymət hazırda dünya bazarlarındakı yüksək tariflərlə uyğunluq təşkil edirmi?

ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, Azərbaycan qazı İtaliya və Yunanıstana spot qiyməti ilə, Türkiyəyə və Gürcüstana isə uzunmüddətli müqavilə üzrə satır. “Spot qiymət bir neçə ay əvvəl müəyyənləşdirilmiş qiymətdir, ona görə də hazırda dünya bazarında yüksək qaz qiymətlərindən əhəmiyyətli daxilolmalar görsənmir. Çünki müqavilələr qazın sıçrayışlı qiymət tariflərindən əvvəl imzalanıb”,-deyə ekspert əlavə edib.

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sırasında ilk yerdə Türkiyə dayanır. Ekspert qeyd edir ki, ixracın təxminən 70 faizi qardaş ölkənin payına düşür: “2021-ci ilin 9 ayında 6,5 mlrd m3-dən çox qaz ixrac olunub. Bu həcmin 2022-ci ildə daha da artırılması və 11 milyard kubmetrə qədər çatdırılması nəzərdə tutulur. Türkiyə ilə Azərbaycanın enerji üzrə iqtisadi əlaqələri digər ölkələrdən fərqlidir, Azərbaycan Türkiyə ilə qaz kontraktlarında güzəştli tariflərə üstünlük verir”.

Satış qiymətlərinə gəlincə, ekspert satılan qaz həcmi ilə əldə olunan gəliri bölərək, ölkələr üzrə mavi yanacağın hansı qiymətlərə satıldığını hesablayıb. Eyni zamanda, bu rəqəmləri ölkə daxilində qazın əhaliyə pərakəndə satış tarifləri ilə müqayisə edib.

Onun sözlərinə görə, Azərbaycan İtaliyaya qazın hər min kubmetrini 317.3 dollara, Yunanıstana 326, Türkiyəyə 154, Bolqarıstana 153, Gürcüstana 93 dollara satır. Beləliklə, Azərbaycanın qaz ixracında orta rəqəm 200 dollara çatmır (197 dollar).

Q.İbadoğlu bildirir ki, qazın Azərbaycanda daxili satış qiyməti  bu rəqəmlərlə müqayisə oluna bilər. Pərakəndə satışda hər min bubmetr qaz əhaliyə 147.7 dollara başa gəlir:   

“Məlum oldu, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə demək olar ki, eynidir. Adını çəkdiyim ölkələrin hamısı qaz idxalçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlərlə daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa, ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!”, – deyə iqtisadçı hökumətə çağırış edib.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam