Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qarabağın qaranlıq yolları -İşğaldan azad edilmiş bölgələrin bərpasında niyə şəffaflıq yoxdur?

 

ABŞ-ın Azərbaycandakı səfiri  Li Litzenbergerin işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına xarici şirkətlərin cəlb edilməsi ilə bağlı dedikləri tenderlərlə bağlı problemi yenidən gündəmə gətirdi. “Azərbaycan daha çox ABŞ şirkətinin gəlməsində, Azərbaycana sərmayə yatırmasında maraqlıdırsa, tövsiyə edirəm ki, açıq tenderlər keçirməyə başlasın və bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri buradakı proqramlara müraciət edə bilsin. Bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri dəqiq bilsin ki, Azərbaycan hansı istiqamətlərdə maraqlıdır, onlar da buradakı inkişafa öz töhfələrini verə bilsinlər”, – deyə diplomat vurğualayıb.

Yenixeber.org: Xatırladaq ki, cari ilin dövlət büdcəsindən işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinə 2.2 milyard manat ayrılıb. Bundan başqa, Qarabağ Dirçəliş Fondunda toplanan könüllü ianələr də eyni istiqamətdə xərclənir. Avqust ayında Maliyyə Nazirliyinin yaydığı açıqlamadan məlum oldu ki, sözügedən 2,2 milyard manat vəsaitin 16,9%-dən və yaxud 372,1 milyon manatından istifadə edilib.

İlin 10 ayı ərzində tikinti-quruculuq işləri sürətlə gedib, Füzuli Beynəlxalq Hava limanı inşa edilib, Şuşaya Zəfər yolu çəkilib, eyni zamanda şəhərin elektrik, su təsərrüfatı bərpa edilib, Ağdam və Füzuli rayonlarının təməli atılıb, Yuxarı Ağalı kəndində ağıllı kənd layihəsinin icrasına start verilib. Habelə Toğana-Kəlbəcər istiqamətində yolun genişləndirilməsi layihəsi icra olunur. Bu mürəkkəb layihədə dağlıq reylefdə bir neçə uzun məsafəli dağ tunellərinin inşası həyata keçirilir. Bundan başqa, işğaldan azad edilmiş edilmiş bölgələrin nəqliyyat infrastruktrunun – dəmir yolları və avtomagistralların bərpası istiqamətində də geniş işlər aparılır.

İki gün əvvəl isə Zəngəzur dəhlzinin təməli sayılan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə start verilib. Bu mərasimdə açıqlanan məlumata görə, yolun və Füzuli Hava Limanının tikintisinə 12 Türkiyə şirkəti cəlb olunub. Onlardan yalnız İstanbul Hava Limanını da inşa etmiş “Çengiz Holdinq”in adı məlumdur. Bundan başqa, Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində “Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş” və “Özgun Yapı Sanayi ve Ticaret AŞ” şirkətləri iştirak edir. Onlarla bərabər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və onun “məsləhət bildiyi” yerli şirkətlər də bu layihələrin icrasına səfərbər olunub.  

Bəs bu layihələr xarici və yerli şirkətlərə necə verilib, tenderlər keçirilibmi? Apardığımız araşdırma zamanı məlum oldu ki, işğaldan azad edilmiş bölgələrin, habelə müharibə zamanı dağılmış evlərin və infrastrukturun bərpası ilə bağlı bəzi dövlət qurumları tenderlər keçirib. Məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə baş tutan 6 tender Mingəçevir şəhərində, Ağdam və Bərdə, Füzuli, Cəbrayıl, Tərtər, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında, Gəncə, Naftalan şəhərlərində rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı olub.

Tenderlərin qalibləri Komitənin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu 1 162 min manat, “Rabitəinşaat” ASC 4 579 min manat, “Conco” QSC 4 895 min manat, “Real-İnşaat” 5 671 min manat, “Az Graft Construction” 3 388 min manat və “Parlaq-N” MMC-lərdir 2 116 min manat əldə ediblər.

Maraqlıdır ki, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi belə böyük məbləğdə tikinti işlərinə aid olan layihələr üzrə satınalmanı açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi 4 gün vaxt verilib.

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi təkliflər sorğusunda iştirakçıların sayını və təklifləri açıqlamayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.

Zəngilanın Ağalı kəndində salınacaq “Ağıllı kənd” layihəsinin hansı şirkətlər tərəfindən inşa olunduğu barədə internet resurslarında heç bir məlumat yoxdur. Həmçinin Ağdam şəhərinin Baş planın hazırlanması ilə bağlı tenderin keçirilib-keçirlmədiyi, tikintinin hansı şirkətlərə verilməsi barədə informasiya tapmaq mümkün olmadı.

Şuşa şəhərinin baş planını isə Böyük Britaniyanın “Chapman Taylor” şirkəti hazırlayacaq. Şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub. Şirkətə bu işlə bağlı 4 milyon manata yaxın vəsait ödəniləcək.

Füzuli şəhərinin Baş Planının hazırlanması üzrə layihənin qalibi isə Bakı Dövlət Layihə İnstitutu olub. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qalibə 991 min 200 manat verəcək.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə cəlb edilmiş şirkətlərlə bağlı ətraflı informasiya yoxdur. Tenderlərin keçirilməsi, onların nə qədər şəffaf olması da müəmmalıdır. Proses tamamilə ictimai nəzarətdən kənardır və işə məsul olan dövlət qurumları hər hansı informasiya verməkdən yayınırlar. 

İqtisadçı Toğrul Maşallı bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə ayrılmış vəsait bir sərəncam əsasında bölünüb: “Bu ilin mart ayında Prezident tərəfindən belə bir sərəncam verilib və bölgü ona əlavə edilib, amma təəssüflər olsun ki, onun haqqında bizdə hər hansı informasiya yoxdur. Biz ayrı-ayrı məlumatlra malikik, il ərzində bir neçə sərəncamlar dərc olunub. Yəni mart ayında verilmiş sərəncama dəyişikliklər və əlavələrdən söhbət gedir”. 

Ekspert onu da qeyd etdi ki, ayrılmış vəsaitlərin təxminən üçdə biri üzrə heç bir bölgü aparılmayıb: “Biz görürük ki, müxtəlif işlərlə bağlı müəyyən məbləğdə vəsaitlər ayrılır. Görünür, əvvəlcədən konkret plan yoxdur ki, bu vəsaitlər necə xərclənəcək. Sadəcə bir büdcə ayrılıb, il ərzində nəyə lazımdırsa, tədricdən ona yönəldilir”. 

Vəsaitlərin nə qədər şəffaf xərclənməsinə gəlincə, T. Maşallı bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yalnız büdcədən ayrılməş 2.2 milyard deyil, bu işə yönəldilmiş dövlət qurumlarının daxili büdcələri hesabına da işlər görülür: “Məsələn, telekommunikasiya, kənd təsərrüfatı, meliorasiya kimi qurumların işləri 2020-ci ilin sonlarından başlamışdı. Biz deyə bilərik ki, Qarabağın bərpasına göstərilən rəqəmdən daha çox vəsait ayrılıb. Amma informasiyamız yoxdur ki, hansı şirkətlər bu tenderləri necə qazanıblar. Məsələn, biz bilirik ki, bölgədə hava limanlarının və yolların tikintisində “Azvirt” şirkəti iştirak edir. Bu barədə adıçəkilən şirkətin özü informasiya yayıb, amma məlum deyil ki, layihələri necə əldə edib, tenderlərlə, yoxsa birbaşa müqavilələrlə, bu barədə heç tender elanı barədə informasiya mövcud deyil”. 

İqtisadçı vurğulayıb ki, bölgədə işləyən Avtomobil Yolları Dövlət Agentliyi, AZAL hədisz dərəcədə qeyri-şəffaf təşkilatlardır. “Onlar Azərbaycanın başqa ərazilərində gördükləri işlərlə bağlı heç bir informasiya yaymırlar, o ki qaldı Qarabağın bərpası ilə bağlı… Beləliklə, bütün işlər qeyri-şəffafdır, həm bilmirik, nə qədər vəsaitlər ayrılır, həm də onlar necə qalib gəlib və vəsaiti necə xərcləyirlər. Bunlar ictimaiyyət üçün tamamilə qaranlıqdır”. 

Sonda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın bu ilin aprelində “BBC Azərbaycanca”-ya müsahibəsində Qarabağın bərpası ilə bağlı bir fikrini xatırlatmaq yerinə düşər. Cənab Şarp demişdi ki, daha böyük sual qələbədən milli inkişafın təşviqində necə istifadə etməkdir: “Aydındır ki, ölkə miqyasında hamının, əhalinin bütün sektorlarının azad edilmiş ərazilərin bərpa olunmasında iştirak etməyə həvəsi var. Hökumətin bütün əhalini, cəmiyyətin bütün sektorlarının, QHT, media və müxalifətin milli bərpa proqramında iştirakına icazə verməsi və bunu bir imkan kimi görməyi təşviq etməsi zəruridir. Zənnimcə, bunlar qarşıda duran əsas məsələlərdir. Beləliklə, üzərində işlənəsi xeyli məsələlər var…”(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam