Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putin Paşinyandan Zəngəzur dəhlizini tələb edir: Xəritə mesajı isə bəhanələri boşa çıxartdı

Kremlin Rusiya və Türkiyə arasında birbaşa marşrutun yaradılmasına can atması Ermənistanı çıxılmaz vəziyyətə salıb; İndiyə qədər rəsmi İrəvanın müqavimət göstərdiyi bütün proseslərə hazırda Rusiya açıq dəstək verir...

Yenixeber.org: Cənubi Qafqaz regionunda proseslər Ermənistanın maraqlarına uyğun cərəyan etmir. Regionda baş verən hər bir hadisə demək olar ki, zəncirvari xarakter daşıyır. Və Ermənistanın məğlub dövlət statusununu daha da möhkəmləndirir.

Hazırda elə geopolitik mənzərə yaranıb ki, bu durumda rəsmi İrəvanın ucundan tutub, müvazinətini qoruya biləcəyi hər hansı "regional kəndir" qalmayıb. Əksinə, indi Azərbaycan da daxil olmaqla, digər geopolitik iradə mərkəzlərinin əlində olan "regional kəndir" yeni reallıqlara müqavimət göstərəcəyi təqdirdə, yalnız Ermənistanın "dərin böhran quyusu"na atılması üçün yararlı ola bilər. Və bu, Ermənistan cəmiyyətində də etiraf olunduğu kimi, uydurma erməni dövlətçiliyinin tamamilə süquta uğraması təhlükəsini aktuallaşdıran əsas faktora çevrilməkdədir.

Məsələ ondadır ki, rəsmi İrəvan böyük səbirsizliklə Rusiyanın Azərbaycana sərt təzyiq göstərə biləcəyi məqamı gözləyir. Ancaq müşahidələr onu göstərir ki, bu, baş verməyəcək. Və Ermənistanın gözləntiləri hazırda bumerang effekti verməyə başlayıb.

zaxarova-777.jpg (6 KB)

Səbəb isə olduqca sadədir. Belə ki, Kremldə Azərbaycana qarşı Ermənistanın ümid bəslədiyi təzyiqlər barədə ümumiyyətlə, düşünmürlər. Əksinə, Rusiyanın indiki geopolitik maraqları Azərbaycanla daha geniş strateji tərəfdaşlıq münasibətlərini diqtə edir. Kreml rəsmi Bakı ilə ortaq mənfəət çərçivəsində iqtisadi-ticari əməkdaşlığı genişləndirməyin planlarını qurur.

Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bu planın bəzi detallarını artıq açıqlayıb. O, bildirib ki, Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Və Rusiyanın bir sıra önəmli şirkətlərinin təmsilçiləri noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədirlər.

Təbii ki, Ermənistanın siyasi dairələrində bu açıqlamadan gələcəyə yönəlik müəyyən nəticələr çıxara bilərlər. Hər halda, Rusiya üçün hazırda iqtisadi-ticari faktorların geostrateji hədəfləri reallaşmaq baxımdan, böyük əhəmiyyət daşıdığını anlamaq o qədər də çətin deyil. Və rəsmi İrəvan Ermənistanın gələcəyini planlaşdırarkən bu önəmli reallığı mütləq nəzərə almaq məcburiyyətindədir.

Paşinyan hakimiyyəti Rusiyanın Ermənistan ilə maliyyə-iqtisadi münasibətlərdən elə bir ciddi mənfəət əldə etmədiyini diqqətə almalıdır. Çünki, Kreml bu münasibətlərdə xərcləyərək, heç nə qazanmayan tərəf rolunda çıxış edir. Ermənistan rentabelli iqtisadi-ticari tərəfdaş deyil. Ona görə də, Rusiya Ermənistanda nə ala, nə də sata bilir. Nəticədə bu münasibətlər ən yaxşı halda, Ermənistanın çökmüş iqtisadiyyatına, geriyə dönəcəyi elə əvvəlcədən böyük şübhələr doğuran maliyyə yatırımı ilə məhdudlaşır.

1_7b3382cd.jpg (91 KB)

Azərbaycan isə tamamilə fərqlidir. Rusiya Azərbaycandan öz istehsalı olan məhsullar üçün önəmli bazar kimi faydalanmaq imkanına malikdir. Eyni zamanda, Rusiyanın Azərbaycan məhsullarına da öz daxili bazarında ehtiyacı var. Ən əsası isə Rusiya şirkətləri üçün Azərbaycan qarşılıqlı faydalı yatırım məkanıdır. Xüsusilə də, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başladılmış nəhəng quruculuq işləri Rusiya şirkətləri üçün olduqca cazibədar görünür.

Maraqlıdır ki, Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bu önəmli məqamı ermənilərin lazımi nəticə çıxara biləcəkləri qədər aydın şəkildə ifadə edib: "Biz bu ortaq fəaliyyət imkanlarına Rusiya və Azərbaycan arasındakı münasibətlərdə önəmli mərhələ kimi yanaşırıq. Gələcəkdə bu münasibətlərin daha da inkişafına nail olmaq niyyətindəyik".

Müasir dünyada strateji münasibətlər qarşılıqlı mənfəət üzərində qurulur. Rusiya da artıq bu reallığa uyğunlaşmağa çalışır. Kreml Rusiyanın maraqlarını və hədəflərini ermənilərin bitib-tükənməyən xəyalları və kaprizlərinin girovuna çevirmək praktikasından böyük sürətlə uzaqlaşır. Və bundan sonra Ermənistana öz mövcudluğunu qorumaq üçün Rusiya ilə hərbi müttəfiqlik müqaviləsi yetərli olmayacaq.

Rusiya prezidenti Vladimir Putinin “Valday” beynəlxalq klubunun iclasında dediklərinə diqqət etdikdə buna növbəti dəfə əmin olmaq mümkündür. Belə ki, Rusiya prezidenti Azərbaycan-Ermənistanın münasibətlərindən bəhs edərkən, üçtərəfli anlaşmaların icrasınin, eləcə də, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağın vacibliyini vurğulayıb. O, bildirib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir.

c3cc6b1ac147169850cafa00adab565e.jpg (88 KB)

Təbii ki, bu "kompromislər" məsələsi daha çox Ermənistana yönəlik iraddır. Çünki məhz rəsmi İrəvan müxtəlif bəhanələrlə üçtərəfli anlaşmaların icrasını əngəlləyir. Regionda bütün iştirakçıların marağını ifadə edən nəqliyyat-kommunikasiya xətlərinin açılmasını gecikdirir. Sərhədlərin delimitasiya və demarkasiya prosesini bloklayır.

Rusiya prezidenti isə öz açıqlaması ilə rəsmi İrəvanın bütün bəhanələrini əhəmiyyətdən salır. Kreml sahibi Rusiyanın regionda geniş iqtisadi-ticari münasibətlərin qurulmasında birbaşa maraqlı olduğunu növbəti dəfə biruzə verir. Və onun açıqlamaları əslində, Paşinyan hakimiyyətinə direktiv xarakteri daşıyır.

Məsələ ondadır ki, prezident Vladimir Putin indi ən vacib məsələnin sərhəddəki vəziyyəti həll etmək olduğunu qabardıb: "Əlbəttə ki, Rusiyanın iştirakı olmadan bu məsələ ilə bağlı nəsə etmək mümkün deyil. Bu problemi həll etmək üçün isə iki tərəf və Rusiyadan başqa heç kimə ehtiyac yoxdur".

Göründüyü kimi, rəsmi İrəvanın Minsk Qrupu həmsədrlərini regiondakı proseslərə ortaq etmək cəhdindən Kremldə qətiyyən məmnun deyillər. Ona görə də, prezident V.Putin Paşinyan hakimiyyətinə üstüörtülü şəkildə vəziyyəti gərginləşdirməyə ehtiyac olmadığının mesajını verir. Yəni, Kreml sahibi rəsmi İrəvana anlatmağa çalışır ki, Rusiya ABŞ və Fransanın bu regionuna yerləşməsinə hər hansı şans tanımaq niyyətində deyil.

Prezident V.Putin hesab edir ki, əgər, Ermənistan problemləri konstruktiv şəkildə həll etmək istəyirsə, regiona aid olmayan güclərin müdaxiləsi olmadan, yalnız Rusiyanın vasitəçiliyi yetərlidir: "Burada çox sadə, praqmatik reallıqlar var. Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr mövcuddur”.

acc530950a292dc2edf6d48ab09dd79b.jpg (113 KB)

İndi bu açıqlamaya rəsmi İrəvanın reaksiyası da böyük maraq doğurur. Çünki, Kreml sahibi Paşinyan hakimiyyətinə mövcud rəsmi sənədlər əsasında problemin həllini təklif edir. Və Rusiyanın Ermənistan tərəfindən irəli sürülən bəhanələrə ciddi yanaşmadığına eyham vurur.

Nəhayət, Rusiya prezidentinin nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə dedikləri də rəsmi İrəvan üçün açıq direktiv təsiri bağışlayır. Çünki, prezident V.Putin bildirib ki, Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Və bu, açıq ifadə edilməsə belə, Kremlin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu düşünməyə əsas verir.

Məsələ ondadır ki, prezident V.Putinin dedikləri açıq-aşkar Zəngəzur dəhlizinin ad çəkilmədən təsir olunmasıdır. Bundan sonra rəsmi İrəvanın üçtərəfli anlaşmalar üzərindən manipulyasiya cəhdləri o qədər də asan olmayacaq. Çünki Rusiya nəinki Zəngəzur dəhlizinin açılmasına qarşı deyil, əksinə, hətta bu layihəni dəstəkləyir. Hər halda, bu dəhlizin Rusiya və Türkiyə arasında birbaşa əlaqə yaradacağını izah etməyə qətiyyən ehtiyac yoxdur.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü iddia etmək mümkündür. Ən azından ona görə ki, indiyə qədər rəsmi İrəvanın müqavimət göstərdiyi proseslərə Rusiya açıq dəstək verir. Bu baxımdan, Ermənistanın mövcud reallıqlarla barışmaqdan başqa yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam