Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Putin Ərdoğandan nə istəyib? -Soçi görüşünün Qafqaza təsirləri barədə  

 

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti  Vladimir Putin arasındakı Soçi görüşü diqqətləri özünə çəkib. Üç saata yaxın davam edən görüşdə Suriya başda olmaqla regional məsələlər, iqtisadiyyat, turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, S-400 məsələsi də gündəmə gəlib. Rusiya və Türkiyə mediasında hər iki ölkənin bir-birinə lazım olduğu, hətta niyə lazım olduğunu əsaslandıran yazılar yayılmağa başlayıb. Bizi isə daha çox maraqlandıran məsələ regiona dair hansı danışıqların və razılaşmaların ola biləcəyidir. 

             Putin Ərdoğandan “Paşinyanı istəyib”?

Şübhə yoxdur ki, Putin və Ərdoğan arasındakı görüşdə müzakirə edilən məsələlərdən biri də Ermənistanın baş naziri Paşinyanın Gürcüstanın baş naziri Qaribaşvili vasitəsilə Türkiyə prezidenti Ərdoğana dialoq təklif etməsi olub. Təbii ki, Rusiya Ermənistan və Türkiyə liderləri arasında belə bir dialoqun olmasını arzulamır. Biz bunu hələ “Sürix protokolları”na  münasibətdən bilirik. Üstəlik, nəzərə almaq lazımdır ki, o zaman Ermənistanda Rusiyaya yaxın qüvvələr hakimiyyətdə idi və Kremlin baş tutacaq hər hansı görüş və razılaşmaya birbaşa təsir imkanı vardı. Ancaq indi vəziyyət əvvəlkindən fərqlidir. İndiki Ermənistan hakimiyyəti Rusiya ilə elə də yola getmir. Paşinyanın Türkiyəyə açıq dialoq təklif etməsi və bunu ictimailəşdirməsi  o deməkdir ki, İrəvanda pozitiv cavab alacaqlarından elə də əmin deyildilər. Türkiyə isə qərarsız idi, onun qərarına bir çox amillər təsir edə bilər. 

“Anadolu” Agentliyinə verdiyi müsahibədə açıq hiss olunurdu ki, İlham Əliyev də hələlik bu prosesin əleyhinədir. O, Ermənistanı səmimi olmamaqda qınayırdı, Türkiyəyə isə xatırladırdı ki, İrəvanla danışıqlara getməsi üçün öncə Ermənistanda Konstitusiya dəyişməlidir və orada Türkiyəyə olan ərazi iddiaları götürülməlidir. Bu isə Paşinyan üçün hazırda siyasi ölüm şərtidir. Paşinyan özünün yazmadığı və ya yazdırmadığı müddəaların əsirinə çevrilir. Başqa tərəfdən, Əliyev deyir ki, Paşinyan elə dialoq istəyirsə, Ərdoğanın 3+3 təşəbbüsünə qoşulsun. Bəs, Paşinyan oraya niyə qoşulmur? Çünki orada yenə dominantlardan biri Rusiyadır. Başqa məsələ də var ki, bu formata Gürcüstanın münasibəti  isti deyil. Təbii ki, bu da Qərblə münasibətlərdən qaynaqlanan məsələdir. 

Ərdoğan Putindən belə bir təklif alıbsa, o zaman bunun qarşılığı nə ola bilər? Biz ümumi mənzərədən görürük ki, Rusiya  Türkiyəyə Azərbaycanda daha rahat hərəkət imkanı, Azərbaycana isə Qarabağa tam nəzarət imkanı tanıyacağına söz vermiş ola bilər. Amma bunun bir aldatmaca olub-olmadığını bilmək çox çətindir. Çünki sülhməramlı adı altında Azərbaycanda fəaliyyət göstərən rus qoşunları son günlərdə bir neçə yüksəklik və istiqamətdə irəliləyərək nəzarət bölgələrini artırıblar. Ancaq bütövlükdə Qərbi regiona buraxmamaq, Ermənistanın da Qərbə yolunu bağlamaq üçün Putin belə bir vəd verə bilərmi? Buna indi cavab vermək çətindir. Gələcəkdə daha aydın biləcəyik. 

İndilik isə görünən odur ki, Ərdoğanın Nyu-York səfəri onun əsəblərinə ciddi təsir edib. Təbii ki, regional siyasətinə də… 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam