Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İsrail hökuməti hərəkətə keçdi: “NSO Grup“un lisenziyası geri alına bilər- SKANDAL BÖYÜYÜR

 

             “Pegasus“ 45 ölkə ilə işləyir, 90 ölkənin təklifini isə rədd edib

Yenixeber.org: Əsası 2010-cu ildə qoyulmuş rəqəmsal texnologiya üzərindən casusluq fəaliyyəti göstərən “Pegasus“la bağlı beynəlxalq qalmaqal davam edir. İsrail şirkəti hələ ki, üzərinə sel kimi axan bu ittihamları rədd etməyə çalışır. Rəsmi şəkildə bildirir ki, o, əlində olan texnologiyanı yalnız və yalnız terrorun dəf olunması üçün satıb. Bu texnologiyadan insan hüquqlarını pozmaq üçün istifadə yasaqdır.

Xatırladaq ki, “Pegasus“ sözü yunan mifologiyasında Qorqona Meduza və Poseydondan törəmiş qanadlı at anlamını verir. Bu məsələdə Troya müharibəsinin taleyini həll etmiş məşhur "Troya atı" ifadəsi də son dərəcə önəmlidir. Belə ki, Troyan proqramı deyilən kompüter virusu hazırda dünyada geniş yayılıb. “Pegasus” da Troyan proqramın bir növü sayıla bilər, ancaq bu proqram daha çox mobil telefonlara nəzarəti əldə etmək üçün “qanad çalıb havaya qalxır”.

“Pegasus” həm də 4 növü olan “spyware” (caus) proqramıdır. Şəxsin və ya təşkilatın məlumatı olmadan kompüterdə, mobil telefonda və ya digər rəqəmsal cihazda olan məlumatları ələ keçirmək üçün istifadə olunur.

Tüm dünyayı saran ve sarsan casus yazılım: "Pegasus" - LOG

“Pegasus”un hansı miqyasda fəaliyyət göstərməsi ilə bağlı təsəvvür yaratmaq üçün bir faktı deyim: “The Washington Post” yazır ki, İsrailin rəqəmsal “NSO Grup”u tərəfindən yaradılan bu şirkət Fransa (Emmanuel Makron) , İraq (Bəhrəm Saleh) və Cənubi Afrikanın (Cyril Rmaphos) prezidentlərinin telefon nömrəsini izləyib. 10 ölkənin baş naziri də izlənilənlər arasındadır. Hətta bu siyahıda kral da var. Daha öncə isə “The Guardian” müəyyən etmişdi ki, cənab Makronla yanaşı daha 13 ölkə rəhbəri nəzarət altında olub. O sıyahıda Pakistanın Baş naziri İmran Xan da var.

Fransanın ən məşhur nəşrlərindən olan “Le Monde” yazır ki, Fransa prezidenti Emmanuel Makron və Baş nazir Eduard Filipin telefonları Mərakeşin kəşfiyyat xidməti tərəfindən izlənib. Hökumətin daha 15 üzvünün telefonu da nəzarət altında olub. Nəşr bildirir ki, cənab Makronun 2017-ci ildən istifadə etdiyi telefonunu casus proqramı “özəlləşdirib” . Mərakeş tərəfi bununla bağlı rəsmi məlumat yayıb və bu iddianı “heç bir əsası olamayan saxta ittiham” kimi dəyərləndirib. Onu da deyək ki, Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb və bu barədə rəsmi məlumat yayıb.

Pegasus casus yazılımı: Emmanuel Macron da listede | DÜNYA | DW | 21.07.2021

Bu məsələ ilə bağlı aparılan araşdırmanın nəticəsi bazar günü dünyanın 17 nüfuzlu nəşrində işıq üzü görüb. Həmin materialları isə Parisdə fəaliyyət göstərən “Forbidden Stories” jurnalist qrupu yayıb. Bu qrupun xüsusi missiyası var. Onlar bu və ya digər ölkədə təqib olunan jurnalistlərin yazılarını çap edirlər.

Araşdırma 2016-2021-ci illəri əhatə edir və ortada 50 min telefon nömrəsi var.

“Amnesty İnternational” təşkilatının baş katibi Agnes Callamard bəyan edib ki, ən azı 14 dövlət başçısının “NSO Grup”a daxil olan “Regasus” tərəfindən izlənməsi dünya liderlərinin canına üşütmə salıb. “NSO Grup”un “bizim texnologiya cinayətkarlara qarşı istifadə olunur” kimi bəyanatları bundan sonra keçərli sayıla bilməz.

Pegasus casus yazılımı nedir? İşte bilmeniz gerekenler - ShiftDelete.Net

“Radio France” müəyyən edib ki, Mərakeş kralı VI Məhəmmədlə yanaşı kral ailəsi üzvlərinin də telefonlarının dinləməsi haqqında yerli kəşfiyyat xidmətində məlumatlar var.

Ancaq kral ailələrinin “Pegasus”dan istifadə halları da geniş yayılıb. “The New York Times” və “The Times of Israel” yazır ki, Birləşmiş Ərəb Əmirlikləri 2013-cü ildən “Pegasus”un xidmətindən yararlanır.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə "Amazon.com" şirkətinin qurucusu Ceff Bezos arasında “WhatsApp” üzərindən gedən yazışmaların da izlənildiyi məlum olub.

Səudiyyə şahzadəsi dünyanın ən varlı adamının intim görüntülərini ələ  keçirib yaydı - Məhəmməd bin Salman Ceff Bezosa virus göndərib...

2020-ci ilin avqustunda (23) İsrailin “Haaretz” qəzeti müəyyən etmişdi ki, “Pegasus” Birləşmiş Ərəb Əmirliyinə və digər varlı körfəz ölkələrinə yüz milyonlarla dolların müqabilində həmin proqramı satıb. “Pegasus” isə bu kimi ittihamları rədd edir. 2020-ci ilin dekabrında isə “Al-Jazeera” müəyyən etmişdi ki, İsrail bu imkanlardan digər ölkələrə qarşı istifadə edir. Hətta öz müttəfiqlərini də izləyir.

Hindistanda isə müxalifət ayağa qalxıb. Telefonu dinlənən ana müxalifətin lideri Raul Qandi və tərəfdarları istintaq araşdırılmasının tələbi ilə çıxış edir. Onlar həm də daxili işlər naziri Amit Shahın istefası tələbini irəli sürüb. Hindistanda 300 telefon nömrəsinin dinlənildiyi ortaya çıxıb.

Pegasus Spyware Scandal: Rahul Gandhi, Prashant Kishor, 2 Union Ministers  Among Pegasus Targets

“Pegasus”la bağlı ən maraqlı faktlardan biri də odur ki, Meksikanın narko-kartelləri də bu xidmətdən yararlanıb. Onlar əsasən narko-ticarətlə bağlı araşdırmalar aparan jurnalistləri və bəzi dövlət yetkililərini hədəf alıblar.

Böyük Britaniyanın “The İndependent” nəşrinə açıqlama verən “Pegasus”un adının gizli qalmasını istəyən rəsmisi deyib: “İnsan hüquqları bizim üçün puldan daha önəmlidir. Ortada olanlar səhv fərziyyələr və təsdiqini tapmamış ehtimallardan başqa bir şey deyil”.

Bir detalı da qeyd edək İsrailin gündəlik nəşri olan “Haaretz” yazır ki, bu şirkətin 2019-cü ildə dəyəri 1 milyard dollar olub. Araşdırmamız zamanı onu da müəyyən etdik ki, bu şirkət bir müddət ABŞ-ın “Francisco Partners” şirkətinə məxsus olub, ancaq 2019-cu ildə yenidən geri alınıb.

Britaniyanın “The İndependent” qəzeti onu da öyrənə bilib ki, bu şirkətdə 750 nəfər işləyir. Onların 45 müştərisi var. Bütün işlər qanuni əsaslarla həyata keçirilir.

Pegasus' skandalı

O da məlumdur ki, 2019-cü ildə “The Financial Times” yazmışdı ki, “NSO” 1.5 milyard müştərisi olan “WhatsApp”ın işinə qeyri-qanuni müdaxilə edib, onların müştərilərinə qarşı casusluq əməlləri sərgiləyib. Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündə də bu şirkətin yer aldığı dəfələrlə bildirilib.

“The İndependent” yazır ki, adının gizli qalmasını istəyən şəxs bildirib ki, şirkət 90 ölkənin əməkdaşlıqla bağlı təklifini rədd edib. Əməkdaşlıq etdiyi 5 ölkə ilə isə əlaqəsini insan hüquqlarının pozulması səbəbindən kəsməli olub.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Reuters”ə bəyan edib ki, media azadlığı Avropa Birliyinin əsas dəyərləri sırasında öndə gedir. Bu kimi əməllər tamamilə qəbuledilməzdir.

Bəs, bu kimi ittihamlara İsrail nə deyir? “The Times of İsrail” yazır ki, İsrailin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Mossad və Hərbi Kəşfiyyat idarələrinin təmsilçilərindən ibarət komissiya yaradılıb. Onlar bu məsələni araşdırmağa çalışacaq. İsrail rəsmiləri deyirlər ki, hökumət bu işə son dərəcə ciddi yanaşır.

Artıq “NSO”un ABŞ-da çalışan vəkili Clare Locke bəyanat yayaraq deyib ki, onun təmsil etdiyi şirkət “Pegasus”un hər hansı sui-istifadəsinə görə məsuliyyət daşımır.



NSO Grup”un həmtəsisçisi olan Şalev Hulio (Shalev Hulio) “The Washington Post”a deyib: “Bizim sistemdən sui-istifadə ilə bağlı səslənən bütün ittihamlar məni narahat edir”. O bildirib ki, özləri də araşdırma aparır, əgər deyilənlər təsdiqini taparsa, biz ciddi addımlar atacağıq. O, İsrailin “103 FM” radiosuna isə belə demişdi: “Bizim platforma insanların həyatını xilas edir, terror hücumlarının qarşısını alır, bu sadə həqiqəti başa düşmək lazımdır”. Xatırladaq ki, bu platforma Fələstində siyasi fəalların və terrorçu qrupların fəaliyyətini yaxından izləmək üçün yaradılıb. Daha sonra isə təyinatını dəyişərək beynəlxalq casus şəbəkəsinə çevrilib.

Şalev Hulio deyib ki, “NSO Grup”un öz qaydaları var. Bunu daxili konstitusiya da adlandırmaq olar. Biz bu proqramı yalnız hökumətlərə satmışıq. Hər hansı bir şəxs və ya təşkilat bu proqramı ala bilməz. İkincisi, biz bu proqramı hər hökumətə də satmamışıq. Biz 11 il ərzində 45 ölkəyə bu proqramı satmışıq. 90 ölkənin təklifindən isə imtina etmişik.

İsrail mediası istisna etmir ki, ittihamlar təsdiqlənsə, “NSO Grup”a verilən lisenziya geri alına bilər.

Bir şeyi də qeyd edək ki, “AFP”, “Wall Street Journal”, “CNN”, “The New York Times”, “Al Jazeera”, “El Pais”, “AP”, “Le Monde”, “Bloomberg”, “Economist”, “Reuters” və “The Guardian” kimi media nəhənglərinin jurnalistlərinin də fəaliyyəti rəqəmsal casus şəbəkəsinin lupası altında olub. Bütövlükdə 189 jurnalist izlənilib. Bu sırada Azərbaycan jurnalistlərinin də adları çəkilir.
“Pegasus”un əməkdaşlıq etdiyi 45 ölkə arasında Azərbaycan da var. Ermənistan kimi bədnam qonşusu olan ölkənin casus məlumatlarına tələbatı daha yüksəkdir. O da sirr deyil ki, Azərbaycan ilə İsrail arasında strateji tərəfdaşlıq mövcuddur. Bu isə Azərbaycanın İsrail texnologiyasına birincilər sırasında giriş əldə etməsinə imkan verir.

VİRTUAL AZƏRBAYCAN

Ümumiyyətlə götürdükdə isə Azərbaycan bu qalmaqalda kiçik bir fraqmentdir. Hətta o qədər kiçidir ki, bir çox media mərkəzlələrinin mövzu ilə bağlı yazılarında ölkəmizin adı heç çəkilmir də. Azərbaycanda isə müxalif dairələr bunun tam əksini sübut etməyə çalışırlar. Onlar bu qalmaqalın yaratdığı fürsətdən özünü reklam kimi yararlanmağa can atırlar. Bu, başadüşüləndir. Ancaq gördüyünüz kimi, ortada olan həqiqət və miqyas ciddi şəkildə fərqlidir.

Elbəyi Həsənli, Sürix
P. S. Bu yazı Qərb mediasında gedən məqalələr əsasında hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam