Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan erməni məmurları “Troya atı”na bəzətdi

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan parlament seçkilərində qələbə qazanacağı təqdirdə kadr islahatları aparacağını vəd edib.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Paşinyanın sözlərinə görə, təmizləmələr əvvəlcə dövlət müəssisələrində “Troya atı” hesab etdiyi şəxslərə qarşı başladılacaq.
“2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub “Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün “Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”, - deyə Paşinyan Araqatsot vilayətində sakinlərlə görüş zamanı bildirib.


O, həmçinin vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı da “siyasi vendetta” vəd edib: “Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam