Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Stalin dövrünün baş hakimi –Qolyakov da qəzəbə gəlib, ancaq güllələnməyib, dərs deməyə göndərilib

 


O, öz işinin mükəmməl bilicisi olub, vəzifəsinin icrasında çətinlik çəkməyib. Amma İvan Qolyakov bütün fəaliyyəti dövründə problemlərlə üzləşib, yüksək ranqlı dövlət məmurları ilə münasibətləri tənzimləmək problemi ilə...

Yenixeber.org: Əslində, SSRİ-də bu məsələ bütün dövlət məmurları üçün problemə çevrilib. İddialı Kreml məmurları ilə fikir ayrılığı yaradanlar, birincilərin iradəsinə əks fikir söyləyənlər, müstəqil qərar çıxaranlar, təşəbbüskarlar, təklif vermək istəyənlər Mərkəzi Komitə üçün “arzuolunmaz şəxs”ə çevriliblər. Bir çox hallarda isə, xüsusilə Stalin hakimiyyəti illərində onlar vəzifələri ilə yanaşı, həyatlarını da itiriblər. Amma bu baxımdan İvan Qolyakovun bəxti gətirib. SSRİ-nin ən ağır və mürəkkəb dövründə, 1938-1948-ci illərdə SSRİ Ali Məhkəməsinin sədri olan Qolyakov sovet liderinin “qara siyahı”sından qurtula bilib.

İvan Qolyakov 1888-ci ildə Moskva vilayətində, Dmitrovo rayonunun Peşkovo kəndində anadan olub. I dünya müharibəsində və vətəndaş savaşında iştirak edib. 1918-ci ildə bolşeviklər partiyasına üzv olub. 1919-cu ildən 9-cu orduda siyasi şöbədə xidmətə başlayıb, sonra həmin ordunun 14-cü diviziyasında hərbi tribunalın sədri vəzifəsinə təyin edilib. Xidmətdə olarkən o, Şimali Qafqaz universitetində ictimai fənnlər fakültəsinin hüquq bölməsində ali təhsil alıb.

Иван_Терентьевич_Голяков.jpg (49 KB)

1925-ci ildə Qolyakovun xidməti yeri dəyişdirilərək Belarusiyaya göndərilib və o, Belarusiya hərbi dairsində hərbi tribunalın sədr müavini vzivəsində çalışıb.

Bu illər ərzində İvan Qolyakov SSRİ Prokurorluğunda (1946-cı ildən Baş Prokurorluq) və SSRİ Ədliyyə Komissarlığında (nazirliyində) bacarıqlı mütəxəssis kimi tanınıb. Mütəmadi olaraq o, Moskvaya ayrı-ayrı istintaq işlərinin aparlmasına cəlb edilib.

Onu digər həmkarlarından fərqləndirən əsas cəhətlərdən biri o olub ki, Qolyakov xidməri iş zamanı, istintaq prosesində vəzifəcə özündən yüksək olanların fikirlərinə müticəsinə “bəli” deməyib, öz mövqeyini açıq söyləməyi bacarıb, fikirlərini əsaslandıra bilib. Bir tərəfdən onun məntiqli əsasları, hadisəyə düzgün qiymət vermək bacarığı “yuxarıların” xoşuna gəlsə də, digər tərəfdən bu “ötkəm”liyə qısqanclıqla yanaşılıb.

382458_73_i_127.jpg (49 KB)

1938-ci ildə Qolyakov SSRİ prokoruru Andrey Vışinskinin təqdimatı ilə Rusiya prokuroru təyin edilib. Qolyakov bu vəzifədə cəmi iki ay yarım işləyib. Bu kiçik müddətdən sonra Vışinski onu bu vəzifədən azad edib. Əsas kimi Qolyakovun başqa vəzifəyə keçməsi göstərilib. Bəzi araşdırmaçılar isə qeyd ediblər ki, xidməti iş prosesi zamanı Qolyakovla Vışinski arasında fikir ayrılığı yarandığına görə baş prokuror Qolyakovu öz yaxın ətrafında görmək istəməyib.

Həmin ərəfədə, 1938-ci ildə 14 il SSRİ Ali Məhkəməsini sədri olan Aleksandr Vinokurov Stalinin qəzəbinə düçar olaraq Səhiyyə Komissarlığına kiçik bir vəzifəyə göndəriləndə, Mərkəzi Komitədə Ali Məhkəməyə yeni sədr təyinatı müzakirə olunub. Yeddi namizəd arasında Stalin İvan Qolyakovun üzərində dayanıb. Bu təyinatda SSRİ ədliyyə komissarı Nikolay Rıçkovun böyük rolu olub.
Beləliklə, İvan Qolyakov 1938-ci ildə SSRİ Ali Məhkəməsinin sədri vəzifəsinə təyinat alıb və 10 il bu vəzifədə işləyib.

1341612418.jpg (133 KB)

Amma bu vəzifədə də Qolyakov üçün “yuxarılarla” münasibətlri tənzimləmək çətinlik yaradıb. Qolyakovla Rıçkov 1937-ci il repressiyasına düşənlərin qismən bəraət almasına cəhd ediblər. Daha sonra onlar heç bir istintaq aparılmadan “NKVD üçlüyü”nün verdiyi ən ağır cəzaları yüngülləşdirməyə çalışıblar, bunu “səhv və yanlış” addım kimi qiymətləndiriblər. Onlar bu məsələ ilə bağlı Stalinə və həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Vyaçeslav Molotova rəsmi məktub ünvanlayıblar. Müraciətə hər iki şəxs tərəfindən rədd cavabı verilib. Lavrenti Beriya isə bu təklifi “axmaq və absurd təklif” kimi dəyərləndirib.

Düzdür, Qolyakov Stalinin “böyük təmizlik” dövründə fəal iştirakçı kimi tanınıb, amma o, günahsız insanların “xalq düşməni”, “əks-inqilabçı” damğalarını çox vaxt qəbul edə bilməyib və məhkəmənin qərarlarını maksimum yüngül cəzalarla yekunlaşdırmağa çalışıb.

1001843178.jpg (59 KB)

 

Bu “yüngül”lük Qolyakovla ağır başa gəlib. 1948-ci ildə Qolyakov və Ali məhkəmənin digər altı üzvü vəzifədən sui-istifadədə, rüşvət qarşılığında cəza tətbiqlərinin azaldılmasında ittiham olunaraq vəzifələrindən uzaqlaşdırılıblar.

Vəzifəsindən birbaşa Stalinin göstərişi ilə uzaqlaşdırılan Qolyakov onu qarşıda nə gözlədiyini yaxşı dərk edib, güllələnmə, ən yaxşı halda isə sürgün. Amma sabiq baş hakimə heç bir cəza verilməyib. Stalin, Molotov və Beriyanın birgə qeyri-rəsmi görüşündə Beriya Stalindən Qolyakovun həbsinə icazə istəyəndə Stalin məsələyə birdəfəlik son qoyub:
- Lavrenti, sən bu “aktiv” fəaliyyətinlə bütün Moskvanı Sibirə köçürəcəksən. Oolyakova dəyməyin. Ona imkan vermək lazımdır ki, elmi yaradıcılıqla məşğul olsun. Qolyakov yaxşı hüquqşünasdır.
İvan Qolyakov sonrakı fəaliyyətini Ümumittifaq Hüquq Elmləri İnstitutunda davam etdirib, həmin institutun direktoru olub, Moskva Dövlət Universitetində professor kimi mühazirələr söyləyib, hüquq sahəsi ilə bağlı onlarla kitabı işıq üzü görüb.

golyakov_it.jpg (214 KB)

O, 1961-ci ildə, 72 yaşında vəfat edib. İvan Qolyakov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam