Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycansayağı “İcbari tibbi sığorta” və “Büdcəyə qənaət”-PROBLEM

          Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi əhalinin qəsdinə durublar

  

Yenixeber.org: Uzun sürən müzakirələrdən, çək-çevirdən, bir neçə dəfə təxirə salındıqdan sonra nəhayət ki, Azərbaycanda "İcbari tibbi sığorta" tətbiq olunmağa başlayıb. Amma başlayıbmı? Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus olan xəstəxana və poliklnikaların mütləq əksəriyyətində hər şey "köhnə hamam-köhnə tas" vəziyyətindədir. "İcbari tibbi sığorta" tətbiq olunduqdan sonra həkimlərin əmək haqlarının artırılacağ deyilirdi, amma olmadı. Müxtəlif analizlərin və həkim qəbulunun pulsuz olacağı deyilirdi, amma olmadı. Bu tibb müəssisələrinin mütləq əksəriyyətinin, o cümlədən Mərkəzi Klinik xəstəxananın, laboratoriyalarına analiz aparmaq üçün heç bir müvafiq preparatlar verilmir. Səbəb ənənəvi pul dövriyyəsi sisteminin pozulmasıdır. Heç kəs, xüsusilə rəhbərlik, “müftə” işləmək istəmir. Ona görə də, dövlət tibb müəssisələrində işləyən həkimlər analiz vermək üçün xəstələri özəl klinikalara göndərirlər. Özəl klinikalarda isə qiymətlər “ceyranın belindədir”. Belə görünür ki, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi əhalinin qəsdinə durublar, onları incitmək yolunu tutublar. Səhiyyə Nazirliyi minlərlə imkansız vətədaşımız hesabına “vəsaitə qənaət etmək” (pul “qazanmağın” alternativ yolu yoxdur ki?) yolunu tutub (?). Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi isə, son illərin ən uğursuz kadrı olan nazirinin rəhbərliyi altında, “qanunsuz pensiya təyin edilməsi” bəhanəsi ilə, ucdantutma, yüzlərllə insanın pensiyası kəsir və bu yolla “büdcəyə qənaət edir”. Heç kim inkar etmir ki, Azərbaycanda qanunsuz pensiya təyin edilməsi halları olub və belə getsə yenə də olacaq. Ancaq qanunsuz pensiya təyinatının nəticəsi ləğv ediləndə nə üçün bu qanunsuz hərəkəti törədənlər məsuliyyətə cəlb edilmir? Çünki belə olacağı təqdirdə cavabdeh həkimlər bir çox hallarda pensiyaların qanuni təyin etdiklərini sübut edəcəklər. Bu isə “pensiya ödənişlərinə qənaət etdiyi” ilə öyünən nazir Sahil Babayevə sərf etmir. Qeyd edilən nazirliklərin rəhbərləri fərqində deyillər ki (bəlkədə qəsdən edirlər), onların bu hərəkətləri insanların, xüsusilə də, aztəminatlı insanların, əlillərin, qazilərin güzəranına ciddi əks təsir göstərir, cəmiyyətimizdə sosial gərginliyi artırır? Onlar nə üçün nəzərə almırlar (bəlkə də qəsdən edirlər) ki, insanlar, onları kimin incitməsindən asılı olmayaraq, günahı dövlətdə görürlər və beləlikə də, vətəndaşı dövlətdən narazı salırlar?

44 günlük Vətən Müharibəsində qazandığımız qələbədə ölkəmizdə xalq-iqtidar birliyinin bərqərar olmasının xüsusi rol oynadığını hamımız gördük. Ermənilərin, onların havadarlarının, xüsusilədə Rusiya “sülhməramlılarının” davranışları göstərir ki, müharibə hələ bitməyib və bizi gələcəkdə yeni sınaqlar gözləyir. Bu sınaqlardan uğurla çıxmağımızın, yeni-yeni qələbələrin yolu isə, ilk növbədə, xalq-iqtidar birliyinin davam etməsindən keçir. Bu birliyin pozulmasına, ölkədə sosial-siyasi gərginliyin yaradılmasına çalışanlara layiqli cəzalarının verilməsinin vaxtı çatmayıbmı?

Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam