Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Tibb eksperti:Səhiyyə Nazirliyinin iki quruma parçalanması...

Səhiyyə Nazirliyinin iki quruma parçalanmasının uğurlu olduğunu deyə bilmərəm. Məncə, bu, idarəetmənin effektivliyinə pozitiv təsir göstərə bilməz. Səhiyyə Nazirliyini köklü şəkildə yenidən qurmaq lazımdır.

Yenixeber.org:Məlumata görə, bu sözləri tibb eksperti Adil Qeybulla Səhiyyə Nazirliyinin tərkibindəki bir çox xəstəxana və poliklinikaların TƏBİB-ə (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) birləşdirilməsini şərh edərkən deyib. A.Qeybulla bildirib ki, istənilən halda icbari tibbi sığorta olmasa, Qərb təbabətinin standartlarını yaratmasaq, vətəndaşları narahat edən tibbi xidmətdəki problemlər həllini tapmayacaq:

“İcbari tibbi sığorta vətəndaşların sosial müdafiəsinin əsas predmetidir. İcbari tibbi sığorta olmayan yerdə Qərb təbabətindən danışmaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, indi əsas məsələ sığorta ilə bağlı olmalıdır. Səhiyyə Nazirliyindən xəstəxanaların əksər hissəsini ayırıb ayrıca bir strukturda birləşdirmək nə verəcək? Əlavə qurum yaratmağa ehtiyac vardımı? İdarəetməsinin optimallaşdırılması baxımından bu addım münasibdirmi? Məncə, ya Səhiyyə Nazirliyi qalmaqla qurumun təkmilləşdirilməsi və sığortanın yaradılması həyata keçirilməli, ya da bu qurum tamamilə ləğv edilib bütövlükdə hamısı TƏBİB-ə birləşdirilməli və icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır”.

Ekspert bildirib ki, İcbari Tibbi Sığorta Fondu da ləğv olunmalıdır. Onun fikrincə, bu, Sosial Müdafiə Fondunun tərkibində olmalıdır:

“Türkiyədə buna Sosial Güvənlik Qurumu olan bir fond rəhbərlik edir və bunun əsas məqsədi də həm pensiya işlərini, həm sosial müdafiə, həm də icbari tibbi sığorta məsələlərini həll etməkdir. Əlavə qurumların hər biri dövlət idarəetməsini optimallaşdırmır, əksinə problem yaradır”.

Xatırladaq ki, Baş nazir “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Fərmana əsasən, sığorta sistemiylə maliyyələşən səhiyyə müəssisələri TƏBİB-in tərkibinə keçməlidir. Fərmanın icrası olaraq, Novruz Məmmədovun qərarıyla bəzi səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq, TƏBİB-in tabeliyinə keçib. (Axar.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam