Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qaragöldə sərhəd gərginliyinin pərdəarxası-TƏHLİL

                    ANAJ (İran): “Ermənistan niyə bu qədər gərginlik yaradır və nəyə nail olmaq istəyir”

Yenixeber.org: İran nəşri ANAJ bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın diqqətini Qarabağ müharibəsinin nəticələrinə, bir neçə ay əvvəlki məğlubiyyətin fəsadlarına yönəltməyə, eyni zamanda Moskvada Yerevanın taleyinə laqeyd yanaşdıqlarını Ermənistan ictimaiyyətinə göstərməyə çalışır. O, bu yolla qarşıdan gələn seçkidə Rusiyapərəst olan əsas rəqibinin mövqeyini zəiflətmək istəyir.

Son günlərdə Qaragöl məsələsi Cənubi Qafqazda aktual mövzuya çevrilib. Bu, Qarabağ müharibəsinin nəticəsi olaraq qiymətləndirilir.

Ermənistanla Azərbaycan Dağlıq Qarabağ müharibəsinin başa çatmasından sonra mümkün qarşıdurma və anlaşılmazlığın olmaması üçün aralarındakı beynəlxalq sərhədlərin demarkasiyası və delimitasiyasına qərar veriblər. Hətta bu məqsədlə sərhədlərin müəyyən edilməsi üçün ən yaxşı meyar kimi Sovet dövründən qalmış xəritələr seçilib.

Sərhədlərin demarkasiyası və delimitasiyasının davam etdiyi dövrdə hər iki tərəfin hərbi qüvvələri Qaragöl gölündədir. Mövcud xəritələrə əsasən isə gölün bir hissəsi Azərbaycana, digər hissəsi Ermənistana məxsusdur. Azərbaycan mediasının məlumatına görə, ölkə sərhədçiləri göl istiqamətində sərhədləri müəyyənləşdirmək istəyərkən erməni tərəfi Azərbaycana məxsus bu əraziyə qoşun yeritmək istəyib. Nəticədə tərəflər arasında gərginlik yaranıb.

Yerevan isə həmin ərazidə baş verənləri Ermənistanın ərazi bütövlüyünə qarşı addım kimi qələmə verib. Üstəlik, Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) göndərdiyi məktubda quruma üzv dövlətləri mövcud vəziyyətə müdaxilə etməyə çağırıb.

Əslində, bu, Rusiyaya ünvanlanmış məktub idi. Təbii ki, Qazaxıstan və ya Qırğızıstanın Ermənistana qoşun göndərəcəyini heç kim gözləmir. Nəticədə KTMT Ermənistana cavab belə verməyib.  Görünən odur ki, Qaragöl ətrafında cərəyan edən hadisələr qanuni meyarlara söykənir və üçüncü tərəfin bu məsələyə qarışması üçün heç bir əsas yoxdur.

Bəs Ermənistan niyə bu qədər gərginlik yaradır və bununla nəyə nail olmaq istəyir?

Yerevanın davranışını iki cür izah etmək olar. Ancaq bu iki ehtimala nəzər yetirməmişdən əvvəl bu il iyunun 20-də Ermənistanda növbədənkənar seçkinin keçiriləcəyini vurğulamaq yerinə düşər. Bu seçkidə Nikol Paşinyan sabiq prezident Robert Köçəryanla mübarizə aparacaq.

İki ssenariyə gəlincə:

1. Paşinyan Rusiyanın bu məsələdə passivliyini görür və əslində, onun baş verənlərə görə cavabdehlik daşmadığını anlayır. Əslində, Yerevan Moskvaya ondan mənfi cavab alacağını bilə-bilə, daha dəqiqi, elə mənfi cavab almaq üçün müraciət edib. Bununla Paşinyan Rusiyanın diqqətini Qarabağ müharibəsinin nəticələrinə, həmçinin bir neçə ay əvvəlki məğlubiyyətinin fəsadlarına yönəltməyə çalışır. Daha önəmlisi isə o, Moskvada Yerevanın taleyinə laqeyd yanaşıldığını Ermənistan ictimaiyyətinə göstərmək istəyir. Paşinyan bununla seçki ərəfəsində Rusiyapərəst rəqibinin mövqeyini zəiflətmək niyyətindədir.

Bundan başqa, Nikol Paşinyan Ermənistan ictimaiyyətinə Köçəryanın başçılıq etdiyi siyasi blokun Moskvadakı lobbiyə arxalandığını göstərməklə də ona qarşı inamsızlıq yaratmaq istəyir. Eyni zamanda, bu, həm də Qarabağ müharibəsindəki son məğlubiyyətə görə Rusiyanın məsuliyyət daşıdığına işarədir.

2. “Köçəryan klanı” da vəziyyəti gərginləşdirməklə məşğuldur. O, Ermənistan ictimaiyyətində belə fikir formalaşdırmağa çalışır: Paşinyan nəinki Dağlıq Qarabağı qorumaq iqtidarında deyilmiş, onun Ermənistan ərazisini qorumaq imkanı da yoxdur. Guya indi Azərbaycan Ermənistan ərazisini işğal edir.

Bundan başqa, “Köçəryan klanı” belə bir fikir aşılayır ki, Moskva Ermənistanı məhz Paşinyana inamsızlıq üzündən müdafiə etmək istəmir. Guya Kremlin Yerevanı dəstəkləməsi üçün Ermənistanda hakimiyyətə Rusiya ilə əlaqəsi olan, Moskvanın etibar etdiyü qüvvə gəlməlidir.

Bu iki ehtimala əsaslanaraq söyləyə bilərik ki, problemin əsas səbəbi Azərbaycanın “Ermənistana qarşı təcavüzü” və ya “təxribatçı addımları” deyil. Səbəb Ermənistanda qarşıdan gələn seçkidir.

(Fars dilindən tərcümə – WorldMedia.Az. Mənbə: ارمنستان اخیر بین آذربایجان و یادداشت| پشت‌پرده تنش)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam