Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan:“Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

İrəvanla Bakı arasında “qaynar xətt” işləyir, lakin bu, təəssüf ki, qurbanların olmayacağına zəmanət vermir.

Yenixeber.org: Bunu “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz danışıqların konkret nəticələrə gətirməsi üzərində işləyirik. Nəyə görə danışıqların konkret nəticəsi yoxdur? Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır, belə ki, Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır”, - Paşinyan bildirib və əminlik ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır.

Paşinyan əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. “Kimsə belə düşünürsə, o, nə Qarabağ xalqını, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır”, - baş nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam