Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin Ermənistana “siyasi nüvə zərbəsi” endirdi: Paşinyan “ağ bayrağı ütüləmək” zorundadır

 


Belə məlum olur ki, Rusiyadan Ermənistana hərbi dəstək gəlməyəcək... Kremlin belə bir niyyəti hazırda ümumiyyətlə, yoxdur... Deməli, Kremldə Dağlıq Qarabağ münaqişəsinin iki dövlət arasında, həm də danışıqlar masası arxasından əvvəl, məhz savaş meydanında həll edilməsinin vaxtının çatdığını düşünməyə başlayıblar...

Yenixeber.org: Cənubi Qafqazın gələcək taleyi ilə bağlı bir çox önəmli məqamlar artıq aydınlaşmağa başlayıb. Əsas aydınlaşan məqam ondan ibraətdir ki, bu regionda artıq bütün geopolitik proseslərdə Azərbaycan mütləq söz sahibi kimi çıxış etmək şansına sahibdir. Və bu önəmli məqam Cənubi Qafqazda tarixi geopolitik, geoiqtisadi dəyişikliklərin baş verə biləcəyindən xəbər verir.

Anlaşılan odur ki, Cənubi Qafqaz regionunun əsas hegemon dövləti statusu artıq Azərbaycana aiddir. Bundan sonra Cənubi Qafqazın gələcək taleyini məhz Azərbaycan müəyyən edəcək. Bu regionun inkişaf modeli də məhz rəsmi Bakının siyasi iradəsinə bağlı olacaq.

photo_77266.jpg (39 KB)

Önəmli və tarixi yenilikdir. Çünki bundan sonra Cənubi Qafqazın “Ermənistan” adlanan “qanayan yara”sı daha bu regionun sülh və əmin-amanlıq içərisində inkişaf etməsinə qarşı əngəl rolunu oynaya bilməyəcək. Və Ermənistan ən yaxın günlərdə öz gələcək taleyi ilə bağlı prinsipial seçim etmək məcburiyyətində qalacaq. Yəni, bu barbar ölkə ya digər Cənubi Qafqaz xalqları ilə dinc yaşamaq variantını qəbul edəcək, ya da regionda yox olub, getmək taleyi ilə barışmalı olacaq.

Son günlər baş verən önəmli hadisələr də bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Ermənistan tarixi ədalət və reallıqlarla üzləşib. Son 30 ildə davam etdirdikləri regional pozuculuq siyasətləri artıq iflasa uğrayıb. Barbar xislətləri artıq açıq-aşkar ortaya çıxıb. Və əvvəllər mövcudluğuna güvəndikləri bütün dəstək qaynaqlarını bir-birinin ardınca itirməyə başlayıblar.

İndi edə biləcəkləri tək şey ona-buna yalvarmaqdan ibarətdir. Əslində bunu olduqca yaxşı bacarırlar. Tarixən yalvarmaq ustası kimi tanınıblar, bunun sayəsində müəyyən üstünlüklərə də nail ola bilmişdilər.

Ancaq elə bir zaman gəlib, çatıb ki, ermənilərin həyasız və arsız yalvarışlarını heç kim eşitmək istəmir. Bu, bir tərəfdən, erməni yalvarışlarından bezmə əlamətidir. Digər tərəfdənsə, artıq ermənilərin bir çoxlarına lazımsız olmaları ilə bağlıdır.

5f7af29155428403bcb00966.jpg (42 KB)

Ancaq heç nəyə fikir vermirlər, durmadan sürəkli yalvarırlar. Dağlıq Qarabağ ərazisindəki baş terrorçu Araik Arutunyan Rusiya prezidenti Vladimir Putunə açıq məktib yazıb. Kreml sahibindən Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına yardımımını xahiş edib.

Halbuki bu barbar terrorçunun yalvarışlarının, xahişlərinin Kremlin divarları arasında ciddiyə alınacağı qətiyyən inandırıcı deyil. Belə ki, bu barbar məxluqda bir qədər utanan üz olsaydı, Kreml sahibinə nəinki yalvarmazdı, əksinə hətta onun adını belə tutmazdı.

Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə və onun işğaldan azad edilməsi uğrunda Azərbaycan ordusunun başlatdığı antiterror əməliyyatlarına öz münasibətini açıq, həm də hər kəsin anlayacağı şəkildə konkret olaraq, bildirib. Və Kreml sahibinin son açıqlaması savaş meydanında üz-üzə gələn hər iki münaqişə tərəfinə açıq mesaj xarakteri daşıyır.

Məsələ ondadır ki, Kreml sahibi Cənubi Qafqaz regionunda belə bir genişmiqyaslı müharibənin başladılmasından məmnun olmadığını vurğulayıb. Ancaq davamında onu da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemləri var: “Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsi sonsuza qədər davam edə bilməz”.

755924791692901.jpg (551 KB)

Təbii ki, Kreml sahibinin bu açıqlaması Ermənistana hətta nüvə zərbəsindən daha ağır və sarsıdıcı effekt verib. Çünki Rusiya Ermənistanın bu planetdə tam ümid bəslədiyi tək dövlət idi. İndi bu dövlətin siyasi lideri diplomatik dillə deyir ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək hüququ var. Ermənistan isə Azərbaycan ərazilərini sonsuza qədər işğal altında saxlaya bilməz.

Bu, o deməkdir ki, Rusiyadan Ermənistana hərbi dəstək gəlməyəcək. Kremlin belə bir niyyəti hazırda ümumiyyətlə, yoxdur. Buradan belə anlaşılır ki, Kremldə Dağlıq Qarabağ münaqişəsinin iki dövlət arasında, həm də danışıqlar masası arxasından əvvəl, məhz savaş meydanında həll edilməsinin vaxtının çatdığını düşünməyə başlayıblar. Yəni, Kremldən verilən mesajın məzmunu sadə və konkretdir: “Nə edirsiniz, edin. Amma özünüz həll edin. Rusiyanı bu savaşa bulaşdırmağa çalışmayın”.

Halbuki Paşinyan hakimiyyəti savaşın başladığı ilk gündən başlayaraq, müxtəlif hərbi siyasi meymunluq etməklə, Rusiyanı bu müharibəyə cəlb etməyə çalışırdı. Rəsmi İrəvan davamlı olaraq, Rusiyaya KTMT çərçivəsində qarşılıqlı hərbi dəstəklə bağlı öhdəliyin olduğunu xatırlatmaqdan yorulmurdu.

nocomment_bbca7671dd853fe6626d927fe5a0ce1a_1ziv48rfeny97hxp3sog.jpg (81 KB)

Kreml sahibi isə hər kəsə, o cümlədən də Ermənistana anlatdı ki, KTMT hərbi təcavüzkara dəstək verilməsi ilə bağlı öhdəlik deyil. Belə hərbi dəstək üçün ilk növbədə hərbi təcavüzə məruz qalınması əsas şərtdir. İndiki haldasa, Ermənistan təcavüzə uğrayan deyil, məhz hərbi təcavüzkar rolunda çıxış edən dövlətdir.

Maraqlıdır ki, Kremldə Ermənistanın Rusiya prezidenti V.Putinin mesajlarını anlaya bilmədiyini düşünürlər. Əks halda, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin vasitəsilə əlavə “tərcümə”yə ehtiyac duymazdılar: “Ermənilərin özləri tərəfindən ərazilərinin bir hissəsi kimi tanınmayan və yəqin ki, heç vaxt da tanınmayacaq Dağlıq Qarabağdan bəhs edərkən, KTMT-nın müdafiə potensialından istifadə haqda danışmaq düzgün deyil”.

Kreml Aleksandr Pankinin bu açıqlaması ilə əslində, Ermənistanın KTMT-nın və Rusiyanın hərbi dəstək öhdəlikləri ilə bağlı manipulyasiya imkanlarını birdəfəlik qapatmaq niyyəti güdür. Çünki açıqlamanın müəllifinin kimliyi də maraq doğurmaqla yanaşı, böyük önəm daşıyır.

052700027231.jpg (32 KB)

Məsələ ondadır ki, bu önəmli açıqlama Ermənistan üçün hər cür can-fəşanlığı edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən verilməyib. Kreml bu işi onun müavininə həvalə etməklə, Paşinyan hakimiyyətinə həm də ermənipərəstliyi hər kəsə məlum olan S.Lavrova olan ümidlərinin də tamamilə yersiz olduğunun mesajını vermiş oldu.  

Bütün bunlara əsasən hesab etmək olar ki, Cənubi Qafqazdakı bu savaş artıq sürətlə öz kulminasiya nöqtəsinə yaxınlaşır. Azərbaycan ordusu hər gün yeni yaşayış məntəqələrini azad edir. Ermənistan isə savaş meydanında biabırçı hərbi fiasko ilə qarşı-qarşıyadır. Dəstək gözlədiyi nüfuzlu supergüclər isə Ermənistana yardıma həvəs göstərmir.

Üstəlik, Paşinyan hakimiyyətinin barbarlığından və həyasızlığından bezən Rusiya prezidenti V.Putinin son açıqlaması isə Ermənistan üçün “siyasi nüvə zərbəsi” kimi də dəyərləndirilə bilər. Bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanı xilas etmək üçün dərhal “ağ bayrağı ütüləmək”dən başqa çıxış yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam