Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cənubi Qafqazda yeni terror təhlükəsi: Rusiya sülhməramlıları antiterror təlimləri ilə kimi hədəfə alıb

Regionun gələcəyi, eləcə də bölgədə maraqları olan ölkələrin ortaq mənfəətləri naminə, Xankəndiyə təlimatçılar göndərən Ermənistanı "terror mənbəyi" statusundan da məhrum etmək lazım gələcək; Cənubi Qafqazın yeni inkişaf mərhələsinə sürətlə keçə bilməsi üçün sülh və sabitlik istiqamətində daha qətiyyətli addımların atılmasına ehtiyac yaranıb...

Yenixeber.org: Savaşın bitməsindən sonra regionda önəmli dəyişikliklər baş verib. Artıq yeni şərtlər, fərqli geopolitik situasiya hökm sürür. Və təbii ki, həm region dövlətlərinin, həm də bölgədə maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinin hədəfləri ciddi şəkildə dəyişib.

İndi regional mübarizə məkanında fərqli strateji maraqlar ön plana keçirilib. Cənubi Qafqaz uğrunda mübarizə yeni mərhələyə daxil olub. Region uğrunda mübarizə daha da intensivləşməklə yanaşı, rəqabətin alətləri də dəyişib.

1ddd6bb0ba23bf3d1f4db75787ebe397.jpg (23 KB)

Ötən ilin sentyabr ayına qədər region uğrunda mübarizə əsasən hərbi-siyasi faktorlara dayanırdı. İndisə bu rəqabətdə siyasi-iqtisadi amillər ön plana keçib. Və bu önəmli dəyişiklik istər-istəməz strateji hədəflərin yenidən müəyyən edilməsinə yol açır.

Əsas məsələ odur ki, Cənubi Qafqazın geniş nəqliyyat-kommunikasiya şəbəkəsi üçün strateji məkana çevrilmə şansı yaranıb. Üstəlik, bu şanslar doğru-düzgün reallaşdırılacağı təqdirdə, regionda maraqları olan dövlətlərin ortaq mənfəət imkanları da genişlənmiş olacaq.

Məsələ ondadır ki, yaxın vaxtlarda regionda bir çox istiqamətlər üzrə nəqliyyat-kommunikasiya xətlərinin açılması planlaşdırılır. Naxçıvan dəhlizi Türkiyə-Azərbaycan, Türkiyə-Rusiya dəmiryolu xətlərinin açılmasına imkan yaradacaq. Eyni zamanda, Azərbaycan-Ermənistan, İran-Ermənistan nəqliyyat-kommunikasiya xətləri də regionda yeni dövrə keçid vəd edir.

Çünki, bütün bunlar sadəcə, adları çəkilən dövlətlərin arasında yeni və fərqli münasibətlər sisteminin yaranması ilə məhdudlaşa biləcək faktorlar deyil. Hər halda, Naxçıvan dəhlizi Avropanı Asiya ilə birləşdirə biləcək yeni və olduqca sərfəli marşrutdur.

Digər tərəfdən, nəqliyyat-kommunikasiya şəbəkəsinin qurulması həm bölgədə, həm də region ətrafında on milyardlarla dollarlıq maliyyə vəsaitinin dövriyyəsini təmin edə bilər. Yəni, bu region qısa müddətdə yeni iqtisadi çağırışların və külli miqdarda investisiya axının əsas poliqonuna çevrilmək şansına sahibdir.

3-savash-editor_97a1e943ee920a296d685c824056f4e8_fpbz79an8josx6h1y0uc-768x403.jpg (63 KB) 

Ancaq bütün bunların reallığa çevrilməsi üçün ilk növbədə regionda sülh və sabitliyin hökm sürməsi qaçılmazdır. Bu istiqamətdə ilk sülhyaratma mərhələsi artıq sona çatıb. 44 günlük savaşla Ermənistan məğlub edilib. Rəsmi İrəvanın regionu hərbi münaqişə ilə şantaj etmək imkanları sıradan çıxarılıb.

Ancaq sülh və sabitliyə təhdid faktorları tam şəkildə zərərsizləşdirilməyib. Belə ki, bölgədə terror təhlükəsi hələ də aktual olaraq, qalmaqdadır. Və bu təhlükənin əsas mənbəyi kimi, Ermənistan yenə də baş rol ifaçısı statusunu saxlayır.

Deməli, indi bütün regionun gələcəyi, eləcə də bölgədə maraqları olan ölkələrin ortaq mənfəətləri naminə Ermənistanı terror mənbəyi statusundan da məhrum etmək lazım gələcək.

Birincisi, Ermənistan ərazisindən Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə silahlı müdaxilə cəhdləri mövcuddur. Bunu ötən ilin dekabr ayında silahlı ermənilərin törətdiyi təxribatlar da sübut edir. Xatırladaq ki, Azərbaycan ordusu silahlı ermənilərin təxribatlarına qarşı antiterror əməliyyatları reallaşdırmaq məcburiyyətində qalmışdı. Bu baxımdan, Ermənistan daxilində terror fəaliyyətini stimullaşdıran və planlaşdıran mərkəzlərin zərərsizləşdirilməsi olduqca vacibdir.

Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində silahlı erməni qruplaşmalarının mövcudluğu da hər kəsə məlumdur. Üstəlik, həmin erməni silahlı qruplaşmalarının mövcudluğunu dəstəkləyə biləcək hüquqi baza da yoxdur.

esir-ermeni-52122-1608119596.jpg (216 KB) 

Məsələ ondadır ki, Azərbaycan ərazisində yalnız Azərbaycan ordusu mövcud ola bilər. Əgər, Xankəndi və ətraf ərazilərdə olan silahlı erməni qruplaşmaları savaşdan sonra orada qalmış Ermənistan ordusunun tör-töküntüləridirsə, onlar dərhal Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yox, əgər, həmin erməni silahlıları Xankəndiyə sığınmış separatçıların nəzarətində fəaliyyət göstərirlərsə, bu, artıq daha ağır cinayətin örnəyidir. Çünki separatçıların özləri də qanundan kənardırlar. Ərazini tərk etməlidirlər. Onların nəzarətində olan silahlı erməni dəstələri isə terrorçuluq fəaliyyəti göstərmiş olurlar. Terrorçulara qarşı isə antiterror əməliyyatı aparılmalı və onlar zərərsizləşdirilməlidirlər.

Azərbaycan dövləti bu məsələdə prinsipial mövqe tutması ilə diqqəti çəkir. Rəsmi Bakı erməni terrorizminə qarşı güzəştsiz mübarizədə qərarlıdır.

Təbii ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən də, ümumiyyətlə, Cənubi Qafqazda terrorizmin baş qaldırmasının qarşısını almaq üçün bölgədə ortaq fəaliyyətə ehtiyac var. Xüsusilə də, Rusiya sülhməramlı qüvvələrinin daha konkret addımlar atması lazımdır. Çünki əsas "terror ocaqları"larının məhz Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə yerləşdiyi qətiyyən şübhə doğurmur. Və antiterror addımlarının Kremlin bölgə ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində əsas xəttə çevrilməsi vacibdir.

Onu da qeyd edək ki, ötən ilin sonlarında bəzi Rusiya KİV-lərində rus sülhməramlılarının erməni silahlı dəstələrinə tərksilah olmaq üçün konkret vaxt verdiyi barədə məlumat yayılmışdı. Həmin məlumatlara inansaq, verilən vaxt bu il yanvarın 12-də artıq sona çatıb. Halbuki, bu istiqamətdə situasiya hələ də qeyri-müəyyən olaraq, qalır.

Ancaq Rusiya Müdafiə Nazirliyinin yaydığı son açıqlama maraq doğurmaya bilməz: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində antiterror təlimləri keçirlər".

rus-sulhm-resize-1-23-750x403.jpg (73 KB) 

Əgər, Rusiya Müdafiə Nazirliyi belə bir məlumat yayıbsa və həqiqətən də antiterror təlimləri keçirilirsə, deməli, vəziyyət ciddidir. Yəni, silahlı erməni terrorçuları artıq təhlükə yaratmağa başlayıblar.

Xankəndi və bu şəhərin ətrafında baş verənlərə görə isə Rusiya sülhməramlı qüvvələri məsuliyyət daşıyır. Ola bilər ki, hələ də tərksilah olunmayan erməni terrorçular üç ölkə arasında imzalanmış sənədlərin icrasına ciddi əngəl törədirlər. Kreml isə Rusiya sülhməramlı qüvvələrinin antiterror təlimləri ilə terrorçulara və onların arxasında olanlara növbəti dəfə xəbərdarlıq mesajı vermək məcburiyyətində qalıb. Əks halda, antiterror təlimlərinə ehtiyac olmazdı.

Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin bu dolayısı xəbərdarlıq mesajına Ermənistanın verəcəyi reaksiyadan çox şey asılıdır. Çünki, bölgədə erməni silahlı dəstələrindən başqa terrorçu qruplaşmalar yoxdur. Deməli, bu təlimlər əslində, silahlı erməni terrorçularını birbaşa hədəfə çevirə bilər. Bu, Ermənistanın bölgədə sabitliyi pozmaq cəhdlərinin məhdudlaşdırılması baxımdan, böyük önəm daşıyır.

Ancaq Rusiya sülhməramlı qüvvələri yalnız dolayısı xəbərdarlıq yükü daşıyan antiterror təlimləri ilə kifayətlənməməlidirlər. Belə ki, Laçın dəhlizinə nəzarət rejiminin sərtləşdirilməsinin vaxtı çoxdan çatıb. Hər halda, həmin dəhlizdən Xankəndiyə getmək istəyən ermənilər ciddi şəkildə yoxlamalardan keçirilməlidir. Apardıqları yüklər və bölgəyə səfər məqsədləri dəqiqləşdirilməlidir.

Məsələ ondadır ki, Laçın dəhlizi üzərindən silah-sursat daşına biləcəyi ilə bağlı ehtimallar kifayət qədər yüksəkdir. Eyni zamanda, Ermənistandan Xankəndiyə göndərilən şəxslərin orada terrorizm fəaliyyəti üzrə təlimatçı və ya sifarişçi funksiyalarını yerinə yetirdikləri də qətiyyən istisna deyil.

Mövlud-Çavuşoğlu.jpg (426 KB) 

Maraqlıdır ki, Azərbaycan kimi, Türkiyə də belə qeyri-müəyyən durumdan ciddi şəkildə narahatdır. Hətta rəsmi Ankara Rusiya sülhməramlı qüvvələrinin bölgədəki fəaliyyətindən narazı olduğunu da artıq açıq şəkildə biruzə verməyə başlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu barədə dedikləri böyük önəm daşıyır: “Rusiya hərbçiləri sadəcə, sülhməramlı olaraq, oradadırlar. Bölgəyə kimin gəlib-getməsi məsələsində qərar vermək məsuliyyəti onlara aid ola bilməz”.

Rəsmi Ankara hesab edir ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən kiməsə keçid icazəsi verərkən bunu əvvəlcə mütləq Azərbaycan ilə razılaşdırmalıdır. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan bölgəyə gediş-gəliş Azərbaycandan icazəsiz baş verməməlidir.

Göründüyü kimi, rəsmi Ankara Rusiya sülhməramlı qüvvələrinin bəzi davranışlarına münasibətdə tamamilə beynəlxalq hüquqa əsaslanan mövqe tutur. Əslində, regionda sülhün və sabitliyin təmin edilməsi üçün bu, yeganə doğru yanaşmadır. Əks halda, terrorizm fəaliyyətinə vərdişli olan Ermənistan bölgədə sülhün və sabitliyin pozulması üçün geniş imkanlar qazana bilər. Buna isə yol vermək olmaz.

Bütün bunları nəzərə aldıqda, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdikləri antiterror təlimlərinin konkret hədəfinin rəsmən elan edilməsi də böyük önəm daşıyır. Halbuki, Kreml hələlik bu barədə susmağa üstünlük verir.

Ancaq böyük ehtimalla uzun müddət susmaq da mümkün olmayacaq. Çünki Cənubi Qafqazın yeni inkişaf mərhələsinə sürətlə keçə bilməsi üçün qətiyyətli addımların atılması qaçılmazdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam