Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Kokand faciəsi: Türkmənistandakı erməni daşnaklarının törətdiyi 1919-cu il soyqırımı

 

 

Yenixeber.org: 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında yaşayan ermənilərin modernləşmə çərçivəsində milli özünüdərki və bir millət kimi formalaşması terror təşkilatlarının yaradılması və öz məqsədlərinə çatmaq üçün terror aktlarından istifadə ilə sıx bağlılığı var.

 

O dönəm üçün əsas məqsəd isə müstəqil Ermənistan dövlətinin yaradılması idi. Bununla əlaqədar, 19-cu əsrin sonundan etibarən, eyni vaxyda bir neçə erməni terrot təşkilatı yaradılır. 1885-ci ildə İstanbulda yaradılan Armenikan, Xnçak (1887, Cenevə), Daşnaksütyun (1890,Tbilisi) bu təşkilatlar sırasındadır. Bu terror təşkilatları təkcə Osmanlı İmperiyası ərazisində deyil, həmçinin Azərbaycan, Gürcüstan və o dövrdə Türküstan adlandırılan Orta Asiyada mülki şəxslərə qarşı zorakılıq aktlarının, amansız qətllərin həyata keçirilməsində fəal iştirak edirdilər.

 

Erməni dilindən "Erməni İnqilab Birliyi” kimi tərcümə olunan Daşnaksütyun terror təşkilatı xüsusi fəallıq "nümayiş etdirirdi”. Qeyd etmək lazımdır ki, 1892-ci ildə Tbilisidə baş tutan ilk partiya qurultayında Daşnaksütyun tərəfdarlarına xitabən Belə bir sərəncam verilmişdi: "... hər yerdə, istənilən şəraitdə, türkləri, kürdləri, sözünə əməl etməyən satqın erməniləri öldür, intiqam al!"

 

 

1907-ci ildə Osmanlı İmperiyasında sayı 167 minə çatan Daşnaksütyunun tərəfdarları qurultayın sözügedən şüarına sadiq qalaraq,məqsədlərinə çatmaq üçün təxribatlar, qətllər və zorakılıq aktları həyata keçirirdilər.

 

Daşnaksütyun tarixinin daha çox türklərə və azərbaycanlılara münasibətdə xüsusi qəddarlığı ilə "məşhur"laşan az öyrənilən səhifəsi erməni terrorçuların Türküstanın müsəlman-türk əhalisinin məhv edilməsində iştiraklarından bəhs edir.

 

Qeyd etmək lazımdır ki, "fəaliyyətlərinin" ilkin mərhələsində daşnaklar Rusiya İmperiyası tərəfindən Osmanlı İmperiyasına qarşı "beşinci kolon" kimi fəal şəkildə istifadə olunurdular. Öz növbəsində, Osmanlılar, Birinci Dünya Müharibəsinin xarici cəbhələrində döyüş əməliyyatları aparmaqla yanaşı, ölkə daxilindəki bu Vətən xainləri ilə də mübarizə aparmaq məcburiyyətində qaldılar.

 

Amma 1917-ci ildə Rusiya İmperiyası süqut etdi və daşnaklar bu ölkənin dəstəyini itirdilər. Burjua Cümhuriyyətinin qısa müddətli mövcudluğundan sonra İmperiyanın yerində Sovetlər ölkəsi meydana gəldi. Dünyada ilk sosialist respublikanın rəhbərliyi müharibədən çıxmaq qərarı verdi, nəticədə daşnaklar Osmanlı qoşunları ilə üz-üzə qalaraq tar-mar oldular. Onlardan çoxu qaçmağa məcbur oldular, özəlliklə də o dövrdə müstəqil Ermənistan respublikasının formalaşması prosesinin getdiyi Cənubi Qafqaza üz tutdular. Yeri gəlmişkən, Ermənistan Respublikasında hakim partiya Daşnaksütyun idi.

 

Daşnakların qəddarlığı və cəza vermək qabiliyyəti Sovet hakimiyyəti dövründə də realizə edildi.

 

Məsələ ondadır ki, Türküstanda Sovet hakimiyyətinin qurulması müəyyən problemlərlə üzləşdi buna görə də daşnakların köməyinəehtiyac duyuldu. Artıq 1918-ci ildə Kokanda əksəriyyətini ermənilər təşkil edən 11 eşelon hərbçi göndərildi. Gələn ermənilər yerli sakinlərə qarşı qəddarlıq nümayiş etdirməyə başladı, bu isə geniş miqyaslı qırğınla nəticələndi. Özü də ermənilər yalnız trkləri deyil, farsları, yəhudiləri, yerli rusları da öldürdülər. Soyğunlar və zorakılıq aktları günlərlə davam edirdi. Yerli sakinlərin yaşayış məntəqələri yandırılaraq tamamilə məhv edilirdi. Çox tanışimzadır, Qarabağdakı şəhər, qəsəbə və kəndlərdə eyni olaylar baş verdi. İndiki erməni işğalçıları qaniçən babalarının sadiq davamçılarıdır.

 

Daşnakların vəhşilikləri nəticəsində Kokand (müasir Özbəkistan) yandırıldı, Suzak, Bazar-Korgon (Qırğızıstan) kəndlərinin bütün sakinləri güllələndi. Türküstanın digər yaşayış məkanlarının sakinləri də məhv edildi, qırğın Cəlalabad (Qırğızıstan) sərhədlərinə çatdı. Müsəlman qadınlar qaçırılaraq qənimət kimi daşnaklar arasında paylaşdırılırdı.

 

1919-cu ildə Sovet hökuməti daşnakların tərksilah edilməsinə və dəstələrinin dağıdılmasına qərar verdi. Hesab edilirdi ki, erməi daşnaklarının hərəkətləri Sovetlərlə münasibətləri qəlizləşdirirvə yeni hakimiyyəti rüsvay edir. Hətta əhalinin Sovet hakimiyyətinə rəğbət bəsləyən hissəsi belə, üsyan etmək məcburiyyətində qaldı.

 

"19-20-ci əsrlərdə Türküstan və Cənubi Qafqaz. Daçnaklar: Fərqanədən Qarabağa qədər” kitabının müəllifi Şuhrat Salamova görə, daşnakların Fərqanə vadisindəki 1 illik "fəaliyyət”i dövründə 35 150 ​​min arasında dinc sakin öldürüldü. Özbəkistan Milli Ensiklopediyasında əks olunan rəqəm də 35 min nəfərdir.

 

Şuhrat Salamov həmçinin bildirir ki, alim Baymurza Haytın materiallarına və Türküstan Muxtariyyətinin ilk Baş Naziri Mustafa Şokayın qeydlərinə görə, təkcə Kokandda bir gün ərzində erməni daşnakları və bolşeviklər tərəfindən on mindən çox, Əndicanda isə dörd min yarımdan çox insan məhv edilib.

 

Təəssüf ki, Şuhrat Salamovdan əvvəl bu mövzuya lazımi diqqət yetirilməmişdi. Hətta zorakılığa məruz qalan şəhərlər haqqında məlumat almaq üçün vikipediyanı vərəqləyəndə belə, bu hadisələr barədə heç bir bilgi almaq mümlkün olmurdu. SSRİ dövründə Azərbaycanda da erməni daşnaklarının vəhşiliyi ilə bağlı hərtərəfli araşdırma aparmaqdan çəkinirdilər, bunun nəticəsində çoxları həqiqəti bilmədi və tarix təkrarlandı.

 

Göründüyü kimi, Özbəkistanın müstəqillik qazandıqdan sonra İrəvanda səfirliyini açmamasının səbəblərindən biri də elə budur. Keçmiş sovet respublikalarının deməkolar ki, həebirinin paytaxtında digər respublikanın diplomatik nümayəndliyi var, amma Özbəkistanda Ermənistan səfirliyi yoxdur; Ermənistanın Özbəkistandakı səfirinin iqamətgahı isə İrəvanda yerləşir (!). Bundan əlavə, müstəqillik dövründə Özbəkistan liderləri heç vaxt Ermənistana səfər etməyiblər.

 

Digər səbəblərdən biri də Azərbaycanın cənub-şərq hissəsindəki ərazilərin Ermənistan tərəfindən işğal olunması idi. Prezident İslam Kərimovun dövründə Özbəkistan, Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edirdi və hər zaman davamlı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirdi. Özbəkistanın hazırkı prezidenti Şəvkət Mirziyoyev də eyni mövqedədir. Təsadüfi deyil ki, prezident Mirziyoyev bu ilin 11 dekabrında prezident Əliyevə zəng vuraraq onu Dağlıq Qarabağda hərbi əməliyyatların sona çatması münasibətilə təbrik etdi, eyni zamanda qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzuladı.

 

Ermənistanda fəaliyyət göstərən, Qarabağ erməniləri də daxil olmaqla, erməni diasporunun ən böyük partiyası olan Daşnaksütyunun ideyaları müasir ermənilər tərəfindən də dəstəklənir. 100 illik tarixə malik sözügedən terror təşkilatının "şanlı” ənənələrini davam etdirən daşnaklar, birinci Qarabağ müharibəsində (1991-1994) də öz qəddarlıqları ilə ”ad qazanmağı” bacarmışdırlar.

 

Hanquk Regionşünaslıq Universitetinin professoru, doktor Rövşən İbrahimov (Cənubi Koreya)

 Mənbə: Vesti.az

Tərcümə: Selcan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam