Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Erməni batalyonu” -Azərbaycana terror hücumları planlaşdırır

Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Və ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

Yenixeber.org: Bu barədə Türkiyə təhlükəsizlik qaynaqları məlumat yayıb.

Suriyanın şimalında erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbər vermişdik. Bildirilir ki, erməni batalyonu Qarabağda gedən müharibədən Suriyanın şimalına geri dönüb və Ermənistanın bu müharibədə məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır.

“Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma “erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”, – mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdir.

“Əldə edilən məlumatlara görə Ermənistanın Dağlıq Qarabağda uğradığı ağır məğlubiyyətin ardınca PKK-ya bağlı erməni qrupları səs-küylü terror aksiyaları planlaşdırmağa başlayıb. “Erməni batalyonu” bu məğlubiyyətdə Rusiyanı da günahkar bilir və nəticədə Türkiyə, Azərbaycan da daxil olmaqla Rusiyada da mülki hədəflərə qarşı canlı bombalarla terror hücumları həyata keçirməyi planlaşdırır”, – mənbələr bildirir.

Suriyanın şimalında qurulan “erməni batalyonu”na 2017-ci ildə Rakkada İŞİD-lə döyüşlərdə öldürülən erməni Nübar Ozanyanın adı verilib. Qruplaşma əsasən solçu ideologiyaya malik ermənilərdən formalaşdırılıb. Batalyonun rəhbərləri arasında Ermənistan ordusunun zabitləri və istefada olan generalları da var./Axar.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam