Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyəyə qarşı erməni terroru yeni simada –PKK/YPG nüvəsində “Erməni batalyonu”

 

             

                      “Suriya Demokratik Qüvvələri” çətirində gizlənən terror təşkilatı

Yenixeber.org:  PKK/YPG terrorçuları beynəlxalq ictimaiyyətin diqqətini Suriyaya cəlb eləmək üçün qondarma “Erməni batolyonu” qurublar.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı yeni terror təşkilatının Qəndildən gələn terrorçulardan qurulduğunu bildirib.

Türkiyə dövlətinə qarşı 1970-ci illərdə ASALA, 1980-ci illərdən etibarən PKK terror təşkilatını meydana çıxaran imperial qüvvələr bu dəfə PKK/PYD daxilinə yerləşdirilmiş yeni bir mikro terror təşkilatını işə salıblar.

PYD-nin erməni qolu adlandırılan Nubar Ozanyan batalyonu adlı bu təşkilatın adı 2017-ci ildə zərərsizləşdirilmiş terrorçu Ozanyana həsr olunub.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının məlumatına görə, batalyonda 40-50 nəfər arasında yaraqlı var. PKK/PYD-nin bu qondarma batalyon qondarma “erməni soyqırımı” təbliğatı  və Suriya Demokratik Qüvvələrinin bölgədəki bütün azlıqları təmsil eləməsi yalanını doğrultmaq üçün istifadə edildiyi bildirilir.

Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, 2019-cu ildə qurulan Nubar Ohanyan batalyonu ASALA terror təşkilatını özünə nümunə olaraq qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam