Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Müharibə, sülh, demokratiya... -Dəyişməyə hazırıqmı?

  

Yenixeber.org: Bu il sentyabrın 27-də işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda başlayan irimiqyaslı hərbi əməliyyatlar 10 noyabrda sona çatdı. 44 gün davam edən döyüşlərdə  işğala məruz qalan rayon və şəhərlərimiz Ermənistanın işğalçı ordusundan əsasən azad edilib. Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli 10 noyabr atəşkəs bəyanatından sonra müharibənin hərbi fazası faktiki olaraq dayanıb. Atəşkəs bəyanatında təsbit olunan razılaşmaların icrası istiqamətində çox çətin və mürəkkəb siyasi-diplomatik mərhələyə qədəm qoyulub.

Ölkəmiz bu mərhələni uğurla davam etdirə biləcəkmi? Hansı  addımların atılmasına zərurət  var?  Bu  fazada kimə və nəyə daha çox ehtiyac olacaq?

Qarabağ probleminin yekun həlli ilə bağlı münaqişə tərəflərinin ziddiyyətli mövqeləri böyük ehtimalla hərbi müstəvidə deyil, bundan sonra masada müzakirə olunacaq. Azərbaycan əldə etdiyi hərbi üstünlüyü qalıcı sülhə çevirmək istiqamətində bütün resurslarını səfərbər etməlidir. Müharibənin ağır nəticələrini ortadan qaldırmaqla yanaşı problemin qalıcı həllinə nail olmaq vəzifəsi qarşıdadır.

Müharibənin ağır nəticələrini ortadan qaldırmaq və qalıcı sülhə nail olmaq uzun zaman və resurs tələb edir. Ərazilərin təhlükəsizliyi, minalardan təmizlənməsi, kommunikasiyaların və kommunal təsərrüfatın bərpası, yol, rabitə, işıq, qaz infrastrukturunun tikintisi, texniki-təchizat, inzibati-siyasi və  humanitar problemlərin həlli sürətlə aparılmalıdır.

Ölkə daxilində iqtidarın sosial-siyasi fəaliyyəti xarici siyasəti gücləndirməyə xidmət etməlidir. Nəzərə almaq lazımdır ki Rusiya post-sovet məkanında maraqlarını konfliktlərlə və hərbi-siyasi elementlərlə, Qərb isə əsasən hüquqi-siyasi vasitələrlə təmin etməyə çalışır. Rusiyanın Qarabağda “sülhməramlı” iştirakı onun Cənubi Qafqazda cari maraqlarını qismən təmin edib. Qərb isə bu hərbi-siyasi proseslərdən faktiki olaraq kənarda qalıb. Qərbin regionda öz maraqlarını daha fəal şəkildə hüquqi-siyasi və diplomatik həmlələrlə ortaya qoyacağı istisna deyil.

Hərbi əməliyyatların uğurla yekunlaşması ölkədə hərbi-inzibati, siyasi-diplomatik mərhələdə uğur qazanmağın formulu isə cəmiyyətin intellektual, siyasi və hüquqi resurslarının səfərbər olunmasından keçir. Bu resursların istiqamətləndirilməsi üçün iqtidarın inzibati metodları işləməyəcək. Əksinə,  neqativ effekt doğura bilər. Yubanmadan ciddi siyasi qərarlar qəbul edilməsi, etimadlı hüquqi-siyasi və iqtisadi islahatların həyata keçirilməsi vacibdir.

 

                                            Ölkəmiz bu prosesə nə qədər hazırdır?

İlk növbədə ölkədaxili ictimai-siyasi münasibətlər sistemini köklü dəyişmək lazımdır. Demokratikləşmə prosesinə start verilməsi üçün kompleks tədbirlər planının qəbuluna ehtiyac var. Cəmiyyətdə demokratik ənənələrin yaranmasını əngəlləyən, hüququn üstünlüyünü tanımayan, ictimai-siyasi iştirakçılığı və demokratiyanı getdikcə sıradan çıxaran idarəçilikdən imtina edilməsı məqsədə uyğun olar. Eyni zamanda iqtisadi azadlıqlar tam təmin edilməlidir.

Ölkədəki bütün siyasi məhbusların azad olunması, inzibati həbslərə, işgəncələrə və siyasi təqiblərə son qoyulması zəruridir.  Azad medianın önündəki bütün əngəllərin qanunvericilik bazası ilə ortadan qaldırılmasına və müstəqil vətəndaş cəmiyyəti institutunun inkişafını dayandıran qanunların ləğv edilməsinə ehtiyac var.  

Ənənəvi idarəetmə təfəkkürü ilə müasir idarəetmə sistemini yeni istiqamətdə inkişaf etdirmək mümkün deyil. Sonuncu növbədənkənar parlament seçkisi göstərdi ki hakimiyyət hələki nə böyük siyasi-hüquqi islahatlara gedə bilir, nə də bu istiqamətdə aydın siyasi iradə görünür.  Demokratik parlament, məhkəmələrin müstəqilliyi və ədaləti bərpa edən dövlət qurumu kimi formalaşması ölkənin beynəlxalq imicini yüksəldə bilər. Eyni zamanda daxili siyasi sabitliyin ən etibarlı təminatı da məhz bu amillərdən asılıdır.

 

İqtidar struktur islahatları aparmaqla, kadr dəyişikliyi etməklə cəmiyyətin köklü problemlərini həll edə bilmir. Ölkədəki sosial gərginliyi mövcud avtoritar idarəetmə ilə cilovlamaq xeyli müşküldür. Şəxsi sədaqət, ailə-qohumluq bağları və inam üzərində qurulan idarəçilik sistemi kənar risklərə qarşı etibarlı təminat deyil.

Daha çox təbii seçilmiş insanların idarəetmənin müxtəlif instansiyalarına cəlb edilməsi mexanizmi tətbiq edilməlidir. Korrupsiya ilə mübarizə siyasi və hüquqi istiqamətlər üzrə şəffaf aparılmalıdır.  

Siyasi-hüquqi istiqamətlər üzrə azad media, müstəqil vətəndaş cəmiyyəti, çoxpartiyalı siyasi sistem bərqərar edilməklə ictimai nəzarəti formalaşdırmaq mümkündür. Qanunların aliliyi, şəffaflıq, hesabatlılıq, vəzifəli şəxslərin gəlir bəyannaməsi, dövlət satınalmalarının (tenderlər) internet üzərindən süni intellekt vasitəsilə müsabiqədə şəffaf aparılması, rəqabət məcəlləsinin qəbulu həyata keçirilməlidir.        

Qarabağ məsələsinin uğurlu hərbi əməliyyatlar prosesində iqtidarın siyasi və psixoloji gücü xeyli artıb. Bunu fürsətə çevirməklə iqtidar ideoloji-siyasi dvident qazana bilər. Cəmiyyətin sabitliyə və tərəqqiyə nail olması demokratik seçkilərdən asılıdır. 27 illik hərbi qələbələr Ermənistanı reallıqdan uzaqlaşdırdı və sonrakı məğlubiyyətini qaçılmaz etdi. Azərbaycan da belə psixoloji tələyə düşməmək üçün sürətlə islahatlar yolunu seçməlidir.

 

Avropa İttifaqı ilə assosiasiya və iqtisadi inteqrasiyanı nəzərdə tutan yeni əməkdaşlıq və tərəfdaşlıq istiqamətində sazişin imzalanmasına çalışmalıdır. Qərbin demokratik institutları ilə münasibətləri yenidən nəzərdən keçirməlidir. Eyni zamanda Türkiyə ilə siyasi-hərbi əlaqələr iqtidarı kənar risklərdən də sığortalayan amil kimi mövcuddur.

Nəsimi Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam