Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Heç bir güzəştə imkan verməyəcəyik” - Türkiyə MN

30 illik işğala son qoyan azərbaycanlı qardaşlarımızın qələbəsini qeyd edirik və sevinclərini bölüşürük.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, 10 noyabr tarixli sülh bəyanatı ilə Ermənistanın işğalı sona çatdı və Azərbaycanın doğma yurdu olan Qarabağ azad edildi.

“11 noyabrda bölgədə atəşkəsin təftişi və nəzarət üçün qurulmasına qərar verilmiş Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzi ilə bağlı anlaşma memorandumu imzalandı. Bu Mərkəz ilə bağlı prosedur və prinsiplər Rusiya Federasiyası ilə müzakirə olunur. Nümayəndə heyətləri arasında ilk görüş dünən Milli Müdafiə Nazirliyində keçirilib. İclaslar bu gün də davam edəcək.

İmzalanmış atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesini yaxından izləyəcəyik, heç bir güzəştə imkan verməyəcəyik və ehtiyac olsa, tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi göstərəcəyimizi bir daha vurğulamaq istəyirik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam