Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Almaniya da Rusiya əleyhdarı dəstəyə qoşuldu:Kreml niyə narahatdır?


 

 
“Almaniya təhlükəsizlik sahəsində özgə dövlətlərdən asılı mövqedədir və bu, yalnız mənim gəldiyim qənaət deyil. Almaniya Federativ Respublikasının Müdafiə naziri Annegretin özü də ölkəsinin müdafiəsinin ABŞ çətiri olmadan mümkünsüzlüyünü etiraf edir”.
 
Yenixeber.org: Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Almaniya Müdafiə naziri Annegret Kramp-Karrenbauerin Rusiya ilə effektli dialoq qurmaq üçün yalnız “güc diliylə" danışmağın lazım gəldiyi barədə fikirlərinə münasibət bildirərkən belə deyib.
 
Ötən gün öz Facebook statusunda Almaniya Müdafiə nazirinin Rusiyaya qarşı sözlərinə mövqe bildirən Zaxarovanın fikrincə, bir halda ki Almaniya hərbi və təhlükəsizlik sayəsində müstəqil deyilsə, o zaman hansı "güc dili"ndən danışmaq olar?  
 
Zaxarova Yaponiyadan sonra ən böyük ABŞ xarici hərbi kontingentinin Almaniyada yerləşdirildiyini xatırladaraq deyib ki, bu da onun müstəqilliyi barədə kifayət qədər informasiya verir.
 
Almaniyadakı "guya hərbi qüvvə sayılan, amma eyni zamanda özlərinin olmayan" sadəcə alman "anbarında saxlanılan" Amerika nüvə silahlarını kiçimsəyən Zaxarova bunun Berlinə güc qazandırmadığını bildirib:


 
“Gücün var, ancaq o gücün sahibi özün deyilsənsə, onu lazım olduğu anda idarə edə bilməzsənsə, əlindəki silahı harasa atmağına icazən yoxdursa və eyni zamanda onu itirməkdən qorxursansa, bu, asılılığın əlamətidir. Qısaca desək, sadəcə harasa yamaq edilmiş kimisən. Yeri gəlmişkən, bu, Almaniyanın öz etirafıdır və "zəiflik, uğursuzluq, səriştəsizlik" mənasını verir”, - Zaxarova belə yazıb.
 
Mariya Zaxarovadan başqa, Rusiya Müdafiə Nazirliyi də Annegret Kramp-Karrenbauerin sözlərinə münasibət bildirib və onun fikirlərini “ibtidai sinif şagirdlərinin açıqlamaları” ilə müqayisə edib. 
 
Bəs, Kremlin qəzəbini öz üzərinə cəlb etməyi bacaran alman nazir nə deyib ki, Moskvanın bu qədər qıcığına səbəb olub?
 
Kramp-Karrenbauer 25 noyabrda Bundestaqda keçirilən dinləmələrdə çıxış edərkən Berlinin hərbi xərclərə daha çox vəsait ayırmasının vacibliyinə toxunub və bunu iki mühüm amillə əlaqələndirib: “Pandemiya qarşı mübarizə; Rusiya ilə "güclü diliylə" danışmaq bacarığını artırmaq, bunun üçün isə öz hərbi mövqeyini gücləndirmək. Alman nazirin fikrincə, Rusiyanı Avropanın nüvə silahından arındırılması prosesinə cəlb etməyin hərbi dillə danışmaqdan başqa alternativi yoxdur. 
 
Kramp-Karrenbauer həmçinin qeyd edib ki, "Rusiya, silahlı qüvvələrinin modernləşdirilməsinə geniş miqyaslı sərmayələr qoyması və yeni silah növlərinə sahib olması Avropaya qarşı rus təhdidinin hələ də bir gerçək olaraq qaldığını göstərir". Nazir bu məsələ ətrafında Baltikyanı ölkələrin, İsveçin, Orta və Şərqi Avropanın nümayəndələri ilə də müzakirə aparmağın vacibliyinə inanır.


 
Maraqlıdır ki, gələcək ilin hərbi büdcəsini artırmaq istəyən təkcə Almaniya deyil. Noyabrın 19-da Birləşmiş Krallıq hökumətinin də dörd il ərzində müdafiə xərclərini əlavə 16,5 milyard funt sterlinq artıracağı məlum olub. Beləliklə, London müdafiə büdcəsi önümüzdəki 4 ildə hər il 10%-ə yaxın artacaq. Bu, son 30 ildə rekord bir büdcə xərci kimi İngiltərə tarixinə düşəcək. Pentaqon da öz növbəsində İngiltərənin bu qərarını məmnuniyyətlə qarşılayıb.
 
NATO ölkələrinin bu qərarlarına Rusiya da laqeyd qalmaq fikrində deyil. Noyabr 10-da Rusiya Prezidenti Vladimir Putin, Rusiyanın strateji nüvə qüvvələrini modernləşdirməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə, “nüvə üçlüyü” Rusiyanın təhlükəsizliyinin əsas zəmanəti olaraq qalır. Qeyd edək ki, “nüvə üçlüyü” beynəlxalq hərbi termindir və nüvə hərbi strategiyasının üç komponentini əhatə edir: strateji aviasiya, qitələrarası ballistik raketlər, nüvə sualtı raket daşıyıcıları. Rusiya Prezidenti son illərdə Moskvanın bu istiqamətdə səylərini artırdığını gizlətməyib, prioritet olaraq orduya və donanmaya yeni raket və aviasiya sistemlərinin tədarük edildiyini bildirib. Putin onu da etiraf edib ki, nəticədə bu gün strateji nüvə qüvvələrindəki müasir silahların payı 82 faizə yüksəlib. Almaniya Müdafiə naziri də bu faktı əsas gətirib ölkəsinin müdafiə gücünü artırmasının vacibliyini irəli sürüb.
 
Əslində Almaniyanın hərbi qüdrətini artırmaq tələbi yalnız indi ortaya çıxmayıb. Hələ Obama hakimiyyəti illərində ABŞ bütün NATO ölkələrindən, əsasən də Qərbi Avropadan hərbi xərcləri artırmağı tələb edirdi. Daha sonra Tramp hakimiyyətə gəldi və bu tələbi daha ciddi şəkildə ortaya qoydu. Vaşinqtonun fikrincə, Qərbi Avropa ölkələri ABŞ-ın hərbi qüdrətinə arxayın olub, NATO Nizamnaməsinin tələblərini belə yerinə yetirmirlər. Nizamnaməyə əsasən, Alyans üzvləri hər il hərbi büdcəyə ÜDM-lərinin ən azı 2%-i miqdarında vəsait ayrımalıdır. Amma 2017-ci ilə qədər bu tələbə NATO-nun yalnız 5 üzvü əməl edirdi. Trampın basqıları ilə 2019-cu ildə bu say 9-a yüksəlsə də, qaneedici deyil. Çünki hərbi xərclərini artıran ölkələr əsasən ÜDM-si zəif olanlardır: Polşa, Yunanıstan, Rumıniya, Litva kimi. Almaniya və Fransa kimi nəhənglər isə yanını yerdən tərpətmək istəmirlər.

 

Nəticədə ÜDM-ın 3.42%-ni müdafiəyə xərclərinə ayıran ABŞ sanki müttəfiqlərinin “müftə hambalına” çevrilir və NATO-nun ümumi büdcəsinin 2/3-ni qarşılayaraq Avropa ölkələrini rus təhdidindən qorumaq məsuliyyətini öz üzərinə götürmüş olur. Dolayısıyla Avropa ölkələri NATO çətiri altında öz rifahlarını yüksəldir, iqtisadiyyatlarını inkişaf etdirir, ABŞ isə iqtisadi inkişafdan qalır. Halbuki, Trampın qeyd etdiyi kimi, Rusiya ABŞ üçün yox, Qərbi Avropa ölkələri üçün təhdiddir.
 
Bununla belə, Tramp hakimiyyətinin bu tələblərinə ən çox qarşı çıxan Fransa və Almaniya idi. Makron hakimiyyəti Vaşinqtonun bu tələblərinə əməl etməmək üçün hətta NATO-nu “beyin ölümü prosesini belə tamamlamış meyit”ə bənzədir, Avropanın öz müdafiə sistemini qurmaq təklifi ilə çıxış edirdi. Bir növ, Vaşinqtonu şantaj edərək hərbi öhdəliyindən boyun qaçırmağa çalışırdı. Almaniyanın Baş naziri Angela Merkel isə daha usta şəkildə özünü “karlığa” vurur, hətta iqtisadi maraqlarını ön plana çıxarıb Rusiya ilə “Şimal axını-2” layihəsini reallaşdırmağa çalışır, Avropanın enerji mərkəzinə çevrilmək istəyirdi. Fransa şirkətləri də “Şimal axını-2” layihəsinə investisiya qoyaraq, “qaz tortu”ndan pay almaq eşqinə düşmüşdülər. Almaniya və Fransanın əllərindəki bəhanəsi isə çox sadə məntiqə əsaslanırdı: Rusiya nüvə gücüdür, onu təhdid diliylə yox, iqtisadi əməkdaşlıqla ram etmək lazımdır. Bu da Vaşinqtonda xüsusi qıcıq yaradırdı. İş o yerə çatmışdı ki, Tramp hakimiyyəti Almaniyadakı hərbi qüvvələrini ölkədən çıxararaq Polşaya yerləşdirməklə Berlini təhdid edirdi.


 
Almaniya Müdafiə nazirinin Moskvada sərt reaksiya ilə qarşılanan son çıxışı artıq Berlində ABŞ  ordusunun humayəsindən mərhum olmağın yaradacağı təhlükənin yetərincə anlaşıldığını göstərir və onun ağır nəticələri aradan qaldırmağa hesablanıb. İndiki şəraitdə yalnız Fransanın öz mövqeyində dirəndiyi təəssüratı yaranır. Fransada dünən başlayan və Paris küçələrini müharibə meydanına çevirən xalq üsyanlarının əsl səbəbi də bu baxımdan Makronun “beyin ölümü keçirən NATO” düşüncəsindən vaz keçməməsindən qaynaqlana bilər. Bütün bu hadisələrin ortaq təhlükələrə qarşı NATO üzvləri ilə münasibətləri normallaşdırmaq və ortaq təhlükələrə qarşı birgə mübarizə aparmaq vədiylə hakimiyyət kürsüsünü qazanan Baydenin Ağ evdə oturması ərəfəsində baş verməsi də təsadüfə bənzəmir.
 
Xatırladaq ki, ABŞ-ın 2020-ci il hərbi büdcəsinə ayırdığı vəsait 730 milyard dollardan çoxdur və ÜDM-nun 3.42%-ni təşkil edir. ABŞ-ı təqib edən 3 Avropa ölkəsinin hərbi büdcəsi isə belə sıralanır:(ovqat)
 


Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam