Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaxarova İlham Əliyevlə Putinin görüşünü şərh etdi

    

Zaxarova İlham Əliyevlə Putinin görüşünü şərh etdi
Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını həvəslə izləyirik.
Yenixeber.org: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirdikləri son görüşü necə dəyərləndirir? Bu görüş iki ölkə arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması prosesində hansı rolu oynayır?” sualını cavablandırarkən belə deyib. Bildirib ki, Rusiya XİN prezidentin gündəliyni və görüşlərini şərh etmir. Bu barədə məlumatlar Rusiya Federasiyası prezidentinin rəsmi saytında yerləşdirilir. 

Bununla belə Zaxarova vurğulayıb ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir. 

"Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını həvəslə izləyirik. Münasibətlrimiz dinamik şəkildə inkişaf edir və bunun üçün böyük potensial mövcuddur. Bu istiqamətdə bir sıra işlər görülüb və bəziləri də həyata keçirilmə mərhələsindədir." - deyə, Zaxarova bildirib. 

Rusiya XİN rəsmisi onu da vurğulayıb ki, Azərbaycanla Rusiya regional təhlükəsizlik üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olduqca müsbət və faydalı əməkdaşlıq edirlər. Bu sahədə ölkələrimiz arasında müvafiq mexanizmlər üzrə bir sıra qurumlar, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələr aparılır. Zaxarovanın sözlərinə görə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə çox gözəl dialoq mövcuddur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam