Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya atəşkəs üçün niyə tələsir?-ANALİZ

 

Moskvanın vasitəçilik təşəbbüslərinin puça çıxması onun nüfuzuna böyük zərbə vuracaq və bölgədə yeni siyasi reallıqlar yaradacaq

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Azərbaycan və Ermənistan arasında qarşıdurma ritorikası səngiməli və Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoyulmalıdır. Onun sözlərinə görə, Rusiya Federasiyası Qarabağda atəşkəsə nəzarət mexanizmi üzərində fəal işləyir: “Ermənistan və Azərbaycan nümayəndələrinin Moskvadakı görüşündən sonra ümidlər özünü doğrultmadı, Qarabağda döyüşlər davam etdi, bu, məqbul deyil”.

 Nazir Rusiya, Azərbaycan və Ermənistanın yaxın vaxtlarda bölgədəki atəşkəsə nəzarət mexanizmi barədə razılığa gələ biləcəyini söyləyib:“İndiyə qədər atəşkəslə bağlı qəbul edilmiş iki sənəd vəziyyəti kökündən dəyişmək üçün yetərli deyil, buna artıq əmin olduq. Müdafiə Nazirliyimiz daxil olmaqla, ilk növbədə Azərbaycan və Ermənistandan olan həmkarlarımızla birlikdə bu istiqamətdə fəal işləyirik. Ümid edirəm ki, belə bir mexanizm yaxın gələcəkdə razılaşdırılacaq”.

 

Qeyd edək ki, oktyabrın 10-da olduğu kimi, ayın 18-də də Rusiyanın təşəbbüsü ilə əldə olunmuş növbəti humanitar atəşkəs razılığı faktiki, işləmir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, erməni silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərinə hücuma keçməyə cəhd göstəriblər. Habelə cəbhəyanı kəndlər və Göygöl rayonu ərazisindəki mövqelər artilleriya atəşinə məruz qalıb. Bu gün ölkə prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğalda olan daha 13 kəndinin azad edilməsi ilə bağlı tvit atıb.

Rusiyanın vəziyyətdən narahatlığı isə getdikcə artır. ABŞ-ın “The Hill” nəşrində Hyuston Universitetinin iqtisadiyyat üzrə fəxri professoru Pol Roderik Qreqori bunun səbəbini belə izah edir:

“Rusiya prezidenti Vladimir Putinə ölkənin yaxın xaricində daha bir münaqişə lazım deyildi. Münaqişə ciddi geosiyasi yön ala bilər – Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə paktı var, Türkiyə isə Azərbaycanın müttəfiqidir. Rusiya və Türkiyə hələ Suriyada qarşılıqlı münasibətlərini yoluna qoymalıdırlar. Türkiyə həm də NATO üzvüdür və bu da onunla Rusiya arasında hər hansı qarşıdurmanı qəlizləşdirir. Münaqişəni səngitmək hər kəsin, xüsusilə Rusiyanın marağındadır. Azərbaycan prezidenti İlham Əliyev danışıqların tərəfdarı olduğunu, ancaq güzəştə getməyəcəyini deyir, ermənilərdən tələb edir ki, Azərbaycan ərazisindən sülh yoluyla çıxsınlar. Ermənistan da İlham Əliyevin sözlərinə əməl etmək istəmir”.

Rusiya əvvəlki status-kvonu bərpa etmək üçün Azərbaycana təzyiq göstərir. Moskvanın müttəfqi döyüşləri uduzub və hər gün məğlubiyyət seriyasına yeni kəndlər, qəsəbələr, şəhərlər əlavə olunur. Cəmi 3 həftə ərzində hərbi itkilərin miqyası ölçüyəgəlməzdir: minlərlə hərbçi, yüzlərlə zirehli texnika, artilleriya qurğuları, o cümlədən Rusiyanın dünyada məşhur olan zenit-raket kompleksləri. Hələlik görünən odur ki, Rusiya istəyinə nail olmaq üçün iki istiqamətdən Bakıya təzyiq göstərməyə çalışır. İlk növbədə Ermənistanın boşalan hərbi arsenalını doldurur. Bu məqsədlə hər gün Rusiyanın müxtəlif şəhərlərindən Ermənistana silah-sursat dolu təyyarələr uçur. İkinci istiqamət üzrə Rusiya beynəlxalq təşkilatlarla və vasitəçi ölkələrlə ortaq mövqe formalaşdırmaqla, Azərbaycandan müharibəni dayandırmağı tələb edir. Bəzi ekspertlər Gəncənin ballisitik raketlərlə vurulmasında Rusiyanın təhrikçi rolunu da qeyd edirlər.

Rusiyanın tələsməsi özünün düşdüyü gərgin situasiya bağlıdır. Cənubi Qafqazda müharibənin genişlənməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Əvvəla, güc tətbiqi ilə “dondurulmuş” münaqişənin həll olunması Moskvanın iştirakçısı olduğu başqa konfliklərin də “donunu” aça bilər. İkincisi, NATO üzvü olan  Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanın Qafqazdakı ənənəvi maraqlarına və milli təhlükəsizliyinə təhdid sayılır. Üçüncüsü, Türkiyə və İsrailin müasir döyüş texnikasının köməyi ilə əldə olunmuş parlaq nəticələr Rusiya hərbi-sənaye kompleksi üçün ciddi antireklamdır. Rusiya müxtəlif ölkələrlə silah satışı üçün milyardlarla dollar dəyərində müqavilələr imzalayıb. Təklif olunan zirehli texnika, HHM vasitələri böyük partiyalarla Ermənistana havayı verilib. İndi onlar Qarabağ ətrafında Azərbaycan Ordusu tərəfindən PUA-larla və başqa dəqiq silahlarla asanlıqla sıradan çıxarılır. Dünyaya nümayiş olunan bu videokadrlar istehsalçı ölkələrin hərbi sənayesi üçün çoxlu yeni müştərilər deməkdirsə, Rusiya üçün tamamilə əksidir – onun müştəriləri azalacaq.

Sergey Lavrovun atəşkəs rejiminə nəzarət mexanizmlərinin vacibliyi barədə bəyanatına gəlincə, real situasiyada onun tətbiqi sual altındadır. Çünki həm münaqişə tərəflərinin, həm də Türkiyənin məsələyə yanaşması tamamilə fərqlidir. Məsələn, Ermənistanın baş naziri mətbuata son açıqlamasında danışıqlar prosesini mənasiz adlandırır, Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınacağı ilə hədələyir. Müşahidəçilərə görə, Paşinyanın tam radikal mövqeyə keçməsi onun dalana düşməsi ilə bağlıdır. İşğalda olan ərazilərin böyük bir hissəsinə nəzarət itirilib, minlərlə canlı qüvvə itkisi var, ordunun malik olduğu hərbi arsenalın əhəmiyyətli hissəsi məhv edilib. Paşinyan əllərini qaldırıb sülh istəsə, Azərbaycanın şərtlərini qəbul etməlidir. Qəbul edərsə, qəzəb içində olan erməni cəmiyyəti onu hakimiyyətdən silib-süpürəcək. Paşinyanın sona qədər getməkdən başqa yolu qalmayıb. Rusiya bu itkiləri kompensasiya etmək üçün ona heç nə vəd etmir.

Azərbaycanın mövqeyi müttəfiqi Türkiyənin münasibəti ilə tam üst-üstə düşür: atəşkəs sülh demək deyil, status-kvo bərpa oluna bilməz, işğalda olan bütün ərazilər azad edilməlidir. Danışıqlar bir şərtlə başlaya bilər ki, Ermənistan Bakının şərtlərini qəbul edib, ordusunu geri çəksin. Lavrovun atəşkəs tələbi ilə bü mövqe arasında ciddi paradoks var. Müttəfiqlər yaxşı başa düşürlər ki, Moskvanın şərtləri qəbuledilməzdir və bu, təkcə atəşkəslə yekunlaşmayacaq. Sülhməramlıların bölgəyə yerdilməsi üçün Bakıya sərt təzyiqlər göstərilə bilər.

Yekun olaraq qeyd edək ki, Rusiyanın situasiyanı nəzarət altına almaq üçün vasitəçilik təşəbbüslərinin puça çıxması bölgədə yeni siyasi reallıqlar yaradacaq. Moskvanın aqressiyası getdikcə arta bilər. Doğrudur, Türkiyə faktoru qüvvələr nisbətini qismən balanslaşdırsa da, bütün təhlükələrin aradan qalxması demək deyil…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam